"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi müraciət ünvanlayıb
23.12.2009 [09:19]
Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin İdarə Heyəti ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ayrılması barədə qəbul etdiyi qərara etiraz olaraq, ABŞ-ın Azərbaycandakı səfirliyinə, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Barak Obamaya, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə müraciət ünvanlayıb: “Möhtərəm cənab Prezident! ABŞ Nümayəndələr Palatasının və Senatın Dağlıq Qarabağın separatçı erməni rejiminə 8 milyon dollar ayırması xəbərini hədsiz təəssüf və kədər hissilə qarşıladıq. özünü demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi tanıdan ABŞ-ın bu kobud səhvi yaxın gələcəkdə ona çox baha başa gələcək. Nəzərinizə çatdırırıq ki, 1988-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 20 faizdən çox ərazimiz işğal olunub, bir miyondan artıq müsəlman-türk soydaşımız ev-eşiyindən didərgin düşüb, maddi-mədəniyyət abidələrimiz-məscidlər dağıdılıb. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı Sonqmi, Xatın faciələri ilə müqayisə oluna bilər. Xocalı soyqırımının törədilməsində Ermənistanın indiki hakimiyyəti yaxından iştirak edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səy göstərməli olan ABŞ-ın növbəti dəfə Dağlıq Qarabağa maliyyyə yardımı ayırması başa düşülən deyil. Son 17 ildə ABŞ Dağlıq Qarabağdakı qondarma rejimə 200 milyon dollardan artıq yardım ayırıb. Məlumdur ki, bu yardımlar təyinatı üzrə-humanitar məqsədlər üçün xərclənməyib. ABŞ hökümətinin Ermənistana 2 milyard dollardan artıq yardım ayırması, Cənubi Qafqazda Azərbaycan kimi əhəmiyyətli bir strateji müttəfiqlə münasibətlərin pozulmasına gətirib çıxaracaq. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın növbəti “şıltaqlığı” Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır. Yəqin ki, Siz mənşəcə şotland olan, ABŞ-ın Arkanzas ştatında vəkil işləmiş mərhum Samyuel A.Uimzin “Ermənistan-terrorçu xristian ölkənin gizlinləri” kitabını oxumamısınız. O, öz əsərində belə yazıb: “Azərbaycan dövləti erməni hücumlarından yaxa qurtarandan sonra özünü erməni terrorçularından qorumağa başladı. Konqres Azərbaycanı cəzalandırmaqla buna reaksiya verdi. Birləşmiş Ştatların lobbiləşmiş Konqresindəki erməni lobbisi Azərbaycana yardımın müxtəlif növlərini qadağan edən qanunlar qəbul etdi. Azərbaycana nöqsan tutulurdu ki, guya o, Ermənistanı blokadada saxlayır, göndərilən hərbi avadanlığın Ermənistana çatmasına mane olur. 1992-ci ildə Konqres Azadlığı Müdafiə Aktını qəbul edərək, onun 907-ci maddəsi ilə Ermənistanı “qeyri-qanuni” blokadaya almasını aradan qaldırana qədər Azərbaycanı xarici yardımın müxtəlif növlərindən məhrum etdi. özlərini erməni adlandıran balaca, lakin, hay-küyçü qrupun siyasi təzyiqinə əsasən hərəkət etmək Konqresə başucalığı gətirmir. Erməni faktlarını yoxlamağın vaxtı çoxdan çatmışdır”.
Cənab Barak Obama!
Biz, bu kitabı oxumağı Sizə məsləhət görürük. Ən azından ona görə ki, bu kitabı ABŞ qanunvericiliyinin keşiyində dayanan, müsəlman təəssübkeşliyindən uzaq olan bitərəf və işinin peşəkarı olan Samyuel A.Uimz qələmə alıb. Bu kitab çap olunan ərəfədə o, müəmmalı şəkildə qətlə yetirilib. Sizi əmin edirəm ki, bu qətldə də “erməni barmağının olması şübhəsizdir.
2009-cu ildə ABŞ-ın Florida ştatının Tamp şəhərində Xocalı Assosiasiyası yaradılıb. Bu təşkilatı yaradan milliyyətcə gürcü olan Feliks Sersvadzedir. Onun babası ötən əsrin əvvəllərində Azərbaycanda yaşayıb. O, Azərbaycan xalqının humanistliyinin dəfələrlə şahidi olub. Erməni daşnakları tərəfindən Xocalı soyqırımının törədildiyini eşidən cənab Feliks Sersvadze şəhidlərin ruhuna və ABŞ qanunvericiliyinə hörmət əlaməti olaraq Xocalı Assosiasiyasını qeydiyyatdan keçirməyə səy göstərir. Xahiş edirik ki, bu təşkilatın normal fəaliyyət göstərməsi üçün köməklik göstərəsiniz.
Azərbaycan ictimaiyyəti Dağlıq Qarabağa ayrılmış 8 milyon dollar məbləğində maliyyə yardımını nəzərdə tutan qərarın ABŞ prezidenti tərəfindən imzalanmayacağına əmin olmaq istəyir. İnanırıq ki, Siz və ABŞ höküməti Dağlıq Qarabağ münaqişəsinin tezliklə və sülh yoluyla həlli, 17 ildir ki, öz yurdlarından qaçqın düşmüş, hüquqları pozulmuş Azərbaycan vətəndaşlarının Qarabağa qayıtmaları üçün öz pozitiv səy və fəaliyyətinizi daha da artıracaqsınız”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20

