Siyavuş Novruzov: Qaregin Njde kimi, Ermənistan dövlətinin də ikiüzlülüyü bu gün göz önündədir
15.10.2019 [09:48]
“Prezident İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Qarabağla bağlı bəyanatı və Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşizmə xidmət edən insanların qəhrəmanlaşdırılması ilə bağlı çıxışı tarixi bəyanat və çıxışdır”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
S.Novruzov deyib ki, dövlət başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında bəyan etdiyi “Qarabağ Azərbaycandır!” sözləri Azərbaycan xalqının devizinə çevrilib. Azərbaycan xalqı bu şüar ətrafında birləşərək torpaqlarımızı azad etməyə hazırdır, xalq Prezidentlə birgədir: “İndiyə qədər ermənilərin tarixi, millət kimi xüsusiyyətləri, fəlsəfələri ilə bağlı çoxsaylı tarixi əsərlər yazılıb. Dövlət başçısı bir çıxışında nəinki bütün bunların hamısını əhatə etdi, ümumiyyətlə, dünyadakı erməni millətçiliyinə qiymət verdi, erməni dövlətinin saxta olmasını, həmişə separatçı mövqedə dayandığını diqqətə çatdırdı. Bununla da, faktlar əsasında indiyə qədər tarixi şəxsiyyətlərin ermənilər barədə fikirlərini də üstələyən bir fikir ortaya qoydu”.
YAP İcra katibinin müavini qeyd edib ki, İkinci Dünya müharibəsində SSRİ-nin tərkibindəki xalqlar aktiv iştirak edib, çoxlu sayda insan həyatını itirib: “Azərbaycandan da bu savaşda 600 mindən çox insan iştirak edib, 300 min nəfəri həlak olub. Azərbaycan İkinci Dünya müharibəsində SSRİ qoşunlarının yanacaq və sürtgü materiallarına tələbatının 95 faizini təmin edib. Belə olan halda, Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana 6 metr hündürlükdə heykəl qoyan, onu özünə kumir seçən xalqın hansı ideologiyaya xidmət etməsi göz qabağındadır. Bu yanaşmada Xocalı soyqırımı, Azərbaycanın işğal olunmuş ərazilərində insanlara verilən işgəncələr, azərbaycanlı uşaqların borulara doldurularaq ağzının qaynaqlanması kimi vəhşiliklər öz əksini tapır”.
S.Novruzov Prezident İlham Əliyevin çıxışını əsas götürərək, erməni vəhşiliklərini bütün dünyaya çatdırmalı olduğumuzu vurğulayıb: “Bu aspektdə bir məqama da toxunmaq istəyirəm. Guya Ermənistan, bir tərəfdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür, digər tərəfdən, NATO-nun assosiativ üzvüdür. Qaregin Njde kimi, bu gün Ermənistan dövlətinin də ikiüzlülüyü göz önündədir. Guya Ermənistan dövləti də İkinci Dünya müharibəsində SSRİ-nin tərkibində olub, ancaq Qaregin Njde ətrafında çoxlu sayda erməni ilə ruslara, azərbaycanlılara, ukraynalılara, belaruslara, Orta Asiya xalqlarına qarşı vuruşub. Qaregin Njde Vətənə xəyanətə görə də cinayət məsuliyyətinə cəlb edilib. Erməniçilik, erməni xalqının xisləti budur”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

