/ / Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
18.10.2019 [09:56]
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı ölkəmizin inkişafı ilə bağlı çox mühüm məsələləri diqqətə çatdırdı. Prezident ölkəmizdə həyata keçirilən və bütün sahələri əhatə edən ardıcıl islahatların uğurlu nəticələr verdiyini bildirərək Azərbaycanın “Doing Business” hesabatında 20 ən islahatçı ölkə sırasında yer aldığını xüsusi vurğuladı. Dövlət başçısı, həmçinin ölkəmizin daha yüksək inkişafına mane olan məsələləri, nöqsanları diqqətə çatdıraraq müvafiq tapşırıqlar verdi. Müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, bu gün iqtidarda olan bəziləri aparılan islahatlara qarşı çıxış edirlər. Bu islahatlar həmin şəxslərin şəxsi maraqlarına toxunduğu üçün onlar hər vəchlə ümumi işə, komandanın uğurlu fəaliyyətinə əngəl törətmək istəyirlər. Bu zaman isə ən müxtəlif üsullara əl atırlar ki, bunlardan biri də cənab Prezident tərəfindən yüksək etimad göstərilərək vəzifəyə təyin olunan və ötən müddət ərzində effektiv, sədaqətlə fəaliyyət göstərən yenilikçi, islahatlara meyilli və bu islahatları müvəffəqiyyətlə həyata keçirmək potensialına və iradəsinə malik kadrlara qarşı aparılan qarayaxma, şantaj kampaniyasıdır. Əlbəttə, eyni komandada təmsil olunan bir məmurun digərinə qarşı bu cür davranışı qətiyyən yolverilməzdir. Vəzifəsindən asılı olmayaraq, hər bir məmur Prezident tərəfindən onun qarşısına qoyulan tapşırıqları yerinə yetirmək məcburiyyətindədir. Prezident isə hər bir məmurdan vicdanla, ləyaqətlə xalqa xidmət tələb edir. Ümid edirik ki, sözügedən şəxslər cənab Prezidentin xəbərdarlığından düzgün nəticə çıxararaq özlərinə çəki-düzən verəcək, bu cür qəbuledilməz davranışlarından əl çəkəcəklər. Çünki Prezidentin də vurğuladığı kimi, islahatlara alternativ yoxdur və siyasi hakimiyyətdə bu islahatları ən yüksək səviyyədə davam etdirmək üçün güclü iradə mövcuddur. Heç kim, heç bir qüvvə bu prosesə mane ola bilməyəcək.
Şübhə yoxdur ki, Azərbaycan mediasının mütləq əksəriyyəti də bu islahatların daha uğurlu nəticələr verməsi, geniş auditoriyada təbliğ olunması istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə, prosesin informasiya, ideoloji bazası rolunu oynamağa çalışır. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan mediası ictimai institut kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycanın uğurlu inkişafını təmin edən islahatları dəstəkləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Azərbaycan mediasının fəaliyyətinə həmişə yüksək qiymət verib və mediamızın sərbəst fəaliyyəti üçün münbit şərait yaradılıb. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, O, Özü də ölkəmizdə baş verən bir çox məsələlərdən məhz Azərbaycan mətbuatı vasitəsilə xəbər tutur və dərhal reaksiya verərək lazımi addımları atır. Prezident İlham Əliyevin “Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikri Azərbaycan mətbuatının fəaliyyətinə göstərilən etimadın, jurnalistlərin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Dövlət başçısı mütəmadi olaraq ictimai fəallığın, vətəndaş təşəbbüskarlığının əhəmiyyətini qeyd edərək bu zaman yenə də media orqanlarının roluna diqqət çəkir.
Bizim üçün təəssüf doğuran hal odur ki, bəzi “jurnalistlər” yaradılan əlverişli şəraitdən adekvat yararlanmaq əvəzinə, media adına heç də başucalığı gətirməyən davranışlara yol verirlər. Dövlət başçısının müşavirədə də bildirdiyi kimi, bu gün iqtidarda olan bəzilərinin islahatlara, islahatçı kadrlara qarşı həyata keçirdiyi kampaniyalar bir çox hallarda media orqanları vasitəsilə aparılır və bəzi media qurumları islahatlara qarşı çıxış edən məmurların əlində alət rolunu oynayırlar. Görünür, hələ də bəziləri köhnə vərdişlərindən əl çəkə, mediada bu cür çirkin fəaliyyət üsulunu davam etdirmək arzusunu cilovlaya bilmirlər.
Əlbəttə, media vasitəsinin, mətbuat orqanının bu cür çirkin şantaj kampaniyasında yer alması, ona vasitə olması qətiyyən yolverilməzdir. Mətbuat kimlərinsə şəxsi ambisiyalarını həyata keçirmək üçün mübarizə meydanına çevrilməməlidir. Bu, hər şeydən əvvəl mənəvi, əxlaqi baxımdan doğru deyil. Digər yandan isə KİV-in hamı tərəfindən qəbul olunmuş davranış prinsiplərinin kobud surətdə pozulması deməkdir. Düşünürəm ki, sayları məhdud olan və fəaliyyət sferası daha da daralmış olan bu qrupun qanunazidd fəaliyyətinə qarşı elə ilk növbədə Azərbaycanda klassik media ənənələrini əxz etmiş, dövlət və millət maraqlarını ifadə edən, eyni zamanda, ölkəmizin inkişafını uğurlu islahatların həyata keçirilməsində görən mütərəqqi Azərbaycan mediası öz mövqeyini ortaya qoyacaq.
Hikmət BABAOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

