Bələdiyyə seçkiləri beynəlxalq standartlara uyğun, yüksək seçici fəallığı şəraitində keçirilib
24.12.2009 [09:51]
Seçki prosesini 52 beynəlxalq, 49 mindən çox yerli müşahidəçi izləyib. Beynəlxalq müşahidəçilərin sırasında xüsusilə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Avropa İttifaqı, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və digər nüfuzlu təşkilatların nümayəndələri olublar. KİV nümayəndələri səsvermənin gedişini sərbəst izləyə biliblər.
Səsvermənin gedişi barədə gün ərzində ictimaiyyətə MSK-nın “Seçkilər” İnformasiya Mərkəzindən 5 dəfə məlumat verilib. Bu məlumatlar, həmçinin Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdirilib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 500 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə qoşulub. Bu kameralar vasitəsilə məntəqələrdə səsvermənin gedişini Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkün olub.
Səsvermə zamanı seçkilərin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntuları müşahidə edilməyib. Seçkilərin qanuna uyğun keçirilməsi üçün tam şərait yaradılıb, seçki komissiyalarının üzvləri yüksək peşəkarlıq nümayiş etdiriblər. Seçicilər yaradılmış şəraitdən razılıqlarını ifadə edib, öz seçimlərini azad şəkildə həyata keçirdiklərini bildiriblər. Bələdiyyə seçkilərinin dinamikası aşağıdakı kimi olub: saat 10:00-dək seçicilərin 8,77 faizi, saat 12:00-dək 16,79 faizi, saat 15:00-dək 24,23 faizi, saat 17:00-dək 28,51 faizi və nəhayət, saat 19:00-dək 31,86 faizi səsvermədə iştirak edib. Seçkilərdə 1 milyon 462 min 74 seçici səs verib. Bu, ümumi seçicilərin 31,86 faizini təşkil edir. Respublikanın regionları üzrə səsvermənin ilkin nəticələrinə dair məlumatlar aşağıdakı kimi olub: 45 saylı Abşeron seçki dairəsində seçicilərin 43,04 faizi səsvermədə iştirak edib.
46 saylı Şirvan seçki dairəsində seçicilərin 35,68 faizi, 47 saylı Mingəçevir seçki dairəsində 26,11 faizi, 48 saylı Yevlax seçki dairəsində 26,11 faizi, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsində 30,25 faizi, 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsində 30,97 faizi, 51 saylı Qusar seçki dairəsində 39,63 faizi, 52 saylı Quba seçki dairəsində 41,31 faizi, 53 saylı Quba-Qusar seçki dairəsində 51,65 faizi, 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsində 31,52 faizi, 55 saylı Xaçmaz şəhər seçki dairəsində 29,44 faizi, 56 saylı Xaçmaz kənd seçki dairəsində 29,67 faizi, 57 saylı Kürdəmir seçki dairəsində 28,57 faizi, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində 27,81 faizi, 59 saylı Salyan seçki dairəsində 27,21 faizi, 60 saylı Salyan-Neftçala seçki dairəsində 33,58 faizi, 61 saylı Neftçala seçki dairəsində 27,67 faizi, 62 saylı Saatlı seçki dairəsində 28,67 faizi, 63 saylı Sabirabad birinci seçki dairəsində 26,38 faizi, 64 saylı Sabirabad ikinci seçki dairəsində 36,57 faizi, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində 28,4 faizi, 66 saylı Biləsuvar seçki dairəsində 31,2 faizi səsvermədə iştirak edib.
Respublikanın cənub bölgəsinin 67 saylı Cəlilabad seçki dairəsi üzrə seçicilərin 32,41 faizi, 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 32,27 faizi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə 38,23 faizi, 79 saylı Masallı şəhər seçki dairəsi üzrə 39,65 faizi, 71 saylı Masallı kənd seçki dairəsi üzrə 38,91 faizi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə 32,37 faizi, 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 32,73 faizi, 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə 37,55 faizi, 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə 43,27 faizi, 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 34,48 faizi, 77 saylı Astara seçki dairəsi üzrə 32,81 faizi, 78 saylı Lerik-Lənkəran seçki dairəsi üzrə 27,59 faizi səsvermədə iştirak edib.
Mil-Muğan bölgəsinin 79 saylı İmişli seçki dairəsində seçicilərin 35,87 faizi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində 40,08 faizi, 81 saylı Beyləqan seçki dairəsində 28,78 faizi bələdiyyə seçkilərində səs verib.
82 saylı Ağcabədi seçki dairəsi üzrə seçicilərin 32,86 faizi, 83 saylı Ağcabədi-Ağdam seçki dairəsi üzrə 37,17 faizi, 84 saylı Füzuli seçki dairəsi üzrə 28,9 faizi səsvermədə iştirak edib.
Şirvan bölgəsinin 85 saylı Şamaxı seçki dairəsində seçicilərin 33,57 faizi, 86 saylı İsmayıllı seçki dairəsində 28,44 faizi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində 29,61 faizi, 88 saylı Göyçay seçki dairəsində 27,72 faizi, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində 27,29 faizi, 90 saylı Ağdaş seçki dairəsində 27,03 faizi, 91 saylı Ucar seçki dairəsində 27,8 faizi, 92 saylı Zərdab-Ucar seçki dairəsində 27,08 faizi məntəqələrə gələrək azad seçimlərini ediblər.
93 saylı Bərdə şəhər seçki dairəsi üzrə seçicilərin 36,14 faizi, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə 31,03 faizi, 95 saylı Tərtər seçki dairəsi üzrə 27,16 faizi, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə 29,08 faizi, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə 31,88 faizi, 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə 25,16 faizi, 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə 28,03 faizi, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə 28,68 faizi, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 35,56 faizi, 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə 29,48 faizi, 103 saylı Gədəbəy seçki dairəsi üzrə 28,13 faizi, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə 28,56 faizi, 105 saylı Tovuz seçki dairəsi üzrə 29,09 faizi, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə 28,75 faizi, 107 saylı Qazax seçki dairəsi üzrə 29,9 faizi, 108 saylı Ağstafa seçki dairəsi üzrə 29,86 faizi səsvermədə iştirak edib.
109 saylı Balakən seçki dairəsi üzrə seçicilərin 29,91 faizi, 110 saylı Zaqatala seçki dairəsi üzrə 37,01 faizi, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə 31,69 faizi, 112 saylı Qax seçki dairəsi üzrə 29,43 faizi, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 27,72 faizi, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 29,9 faizi, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə 28,94 faizi, 116 saylı Qəbələ seçki dairəsi üzrə 30,69 faizi, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə 30,89 faizi, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 25,01 faizi bələdiyyə seçkilərində səs verib.
ölkə üzrə bələdiyyə seçkiləri yüksək səviyyədə keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

