/ / Məlahət İbrahimqızı: Ölkəmizdə sosial sahədə reallaşdırılan davamlı tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Məlahət İbrahimqızı: Ölkəmizdə sosial sahədə reallaşdırılan davamlı tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
05.11.2019 [09:31]
“Ölkəmizdə sosialyönümlü layihələrin icrası uğurla davam edir”. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, ölkəmizdə sosial sahədə reallaşdırılan davamlı tədbirlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, bu gün ölkəmizin sosial infrastrukturunun yaxşılaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olunub. Sosial infrastruktur layihələri paytaxtı və regionları əhatə etməklə yanaşı, respublikamızın bütün bölgələrində həyata keçirilməkdədir. Dövlət başçısının rəhbərliyilə həyata keçirilən bu layihələr əhalinin maddi-rifah halının yüksəlməsinə müsbət təsir göstərir.
Sosial layihələrin icrasının uğurla həyata keçirildiyini deyən M.İbrahimqızı bildirib ki, müharibədən, işğaldan əziyyət çəkən, doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində daim tədbirlər görülür. Bu qəbildən olan insanlar daim dövlətin diqqət mərkəzində saxlanılır və onlar qayğı ilə əhatə olunurlar.
“İsti ocaqlarından didərgin salınmış soydaşlarımız üçün son illərdə 100-ə yaxın qəsəbə salınıb. Bu qəsəbələr hər cür infrastruktura malikdir. İşıqlı, asfalt küçələr, məktəb, uşaq bağçası, mədəniyyət evləri sakinlərin ixtiyarına verilib. Bu vaxta qədər üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət indi də davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni salınmış köçkün qəsəbəsi sosialyönümlü layihələrin davam etdirildiyindən xəbər verir. Həmin qəsəbədə də bütün infrastruktur öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsinin, təqribən 20 min insanın yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Bütün bunlar aztəminatlı ailələrə, əlillərə, şəhid ailələrinə və məcburi köçkünlərə göstərilən qayğının dövlət siyasətinin prioritetini təşkil etməsindən xəbər verir”, - deyən millət vəkili söyləyib ki, şəhid ailələrinə, əlillərə və məcburi köçkünlərə diqqət və qayğı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ən çox diqqət yetirdiyi sahələrdəndir.
“2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdi. Mehriban xanım həmin müşavirədə demişdi ki, qaçqınlara və məcburi köçkünlərə qayğı Azərbaycan dövlətinin fəaliyyətinin ən prioritet istiqamətlərindən biridir. Müstəqilliyimiz bərpa olunandan sonra ən ağır dövrlərdə, ölkəmizin inkişafının bütün mərhələlərində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilib. Amma, eyni zamanda, əfsuslar olsun ki, bu sahədə hələ də problemlər var. Ona görə də bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək. Verilən vədlər əməli işlərdə özünü doğrultdu və bu gün də həmin xeyirxah missiya uğurla davam etdirilir. Bütün bunlar deməyə əsas verir ki, sosialyönümlü layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

