Milli Məclisin növbəti iclası keçirilib
04.12.2019 [09:48]
İclasda 15 qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub
Dekabrın 3-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. İclasda 15 məsələyə baxılıb.
Gündəlik təsdiqləndikdən sonra ilk olaraq parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim edib. Sənəddə sığorta faizlərinə və keçid müddəalarına dair maddələrdə aparılmış dəyişiklik ətraflı şərh olunub.
Məlumat dinlənildikdən sonra deputatlar 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda tətbiq olunması nəzərdə tutulan icbari tibbi sığortaya keçidin hüquqi bazasını təmin edəcək qanunu üçüncü oxunuşda qəbul ediblər.
Sonra “İcbari sığortalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 2018-ci il 28 dekabr tarixli qanunların ləğv edilməsinə dair qanun layihəsinə baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, adı çəkilən qanunların ləğvi “İcbari tibbi sığorta haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədardır. Parlament müzakirəyə çıxarılmış qanun layihəsini dəstəkləyib.
İclasda Ailə Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsi (üçüncü oxunuş) barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının məlumatı dinlənilib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə üçüncü oxunuşda parlamentə təqdim olunmuş Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsinə, həmçinin Mülki Məcəllədə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsinə dair qanun layihələri barədə məlumat verib. Plenar iclasda hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Daha sonra millət vəkilləri Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda edilən dəyişikliyi də üçüncü oxunuşda dəstəkləyiblər.
Milli Məclisin iclasında həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Anlaşma Memorandumu ratifikasiya edilib.
Sonra parlamentə bir zərfdə daxil olmuş 4 qanun layihəsinə baxılıb. “Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulmaq haqqında”, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qoşulmaq haqqında” və “Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” qanun layihələrinin qəbul edilməsi məqsədəuyğun sayılıb.
İclasda “2009-cu il 2 oktyabr tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiqinə dair məsələni Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib. Sənəd ratifikasiya olunub.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Layihə səsə qoyulub və qəbul edilib.
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov parlamentə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda edilən dəyişiklik (üçüncü oxunuş) barədə məlumat verib. Deputatlar qanun layihəsini dəstəkləyiblər.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə və “Məşğulluq haqqında” qanunun 31-ci maddəsinə edilən dəyişiklik elektron hökumət elementlərinin hüquqi bazada təsbit olunması məqsədini daşıyır. Deputatlar bu qanun layihəsinə də üçüncü oxunuşda müsbət münasibət bildiriblər.
Bununla da Milli Məclisin iclası yekunlaşıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

