/ / Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələrinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilib
Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələrinin 20-ci ildönümünə həsr olunan konfrans keçirilib
19.01.2010 [08:50]
Konfransda QMİ rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, millət vəkilləri, Azərbaycanın bütün bölgələrindən gələn axundlar, dini icmaların nümayəndələri iştirak edib.
Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirilib.
Konfransda çıxış edən QMİ sədri Allahşükür Paşazadə 1990-cı ilin 20 Yanvar hadisələrinin törədilməsinin “Böyük Ermənistan” ideyası ilə yaşayanların Mixail Qorbaçovu siyasi oyuncağa çevirməsinin nəticəsi olduğunu deyib. A. Paşazadə o zamankı Azərbaycan siyasi hakimiyyətinin 20 Yanvar hadisələri zamanı simasızlıq nümayiş etdirdiyini, Azərbaycan xalqının başına böyük müsibətlər gəldiyini deyib.
Şeyxülislam 20 Yanvar hadisələrində xalqın yanında olduğunu, QMİ-nin insanların ümid yerinə çevrildiyini də xatırladıb. Şeyxülislam Allahşükür Paşazadə deyib ki, biz hələ də şəhidlərə münasibətdə haqq-ədalətin yerini tutmadığını düşünürük: “Geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin, başda Mixail Qorbaçov olmaqla ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmasını tələb edirik”.
20 Yanvar hadisələrinin 20-ci ildönümü münasibətilə QMİ-də keçirilən konfransda çıxış edən A. Paşazadə tarixin acı dərslərinin təkrar olunmaması üçün hadisələrin siyasi xarakterini açıqlayan sənədli filmlərin, əsərlərin yaranmasının, əsl həqiqətlərin üzə çıxmasının və şübhələrə son qoyulmasının vacibliyini vurğulayıb: “Biz bu təşəbbüslə dövlətə müraciət etməyi düşünürük”.
20 Yanvar hadisələri barədə danışan millət vəkili Mübariz Qurbanlı dünyanın heç yerində 1990-cı ilin yanvarında olduğu kimi, 1 milyon insanın şəhidlərini bu cür dəfn etmədiyini söyləyib. Deputat onu da bildirib ki, Azərbaycan xalqı 20 Yanvardan dərs götürməli və hakimiyyəti naşılara verməməlidir.
Millət vəkili Fəttah Heydərov isə çıxışında böyük qazax yazıçısı Oljas Süleymenovun “Əgər Heydər Əliyev 1988-89-cu illərdə Azərbaycanda olsaydı, 20 Yanvar hadisələri baş verməzdi” fikirlərini xatırladaraq, bunun çox böyük qiymət olduğunu deyib. F.Heydərov 20 Yanvar hadisələri zamanı xalqa dəstək baxımından Şeyxülislam Allahşükür Paşazadənin böyük rolunun olduğunu deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov 20 Yanvar hadisələrinin heç bir zaman unudulmayacağını deyib. Komitə sədri 1990-cı ilin 13 -14 yanvarında Bakıda və Sumqayıtda ermənilərə qarşı baş verənlərin Moskva tərəfindən təşkil olunduğunu deyib: “Erməni qırğınını Moskva təşkil etmişdi. Həmin hadisələr baş verəndə azərbaycanlılar ermənilərin xilaskarı kimi çıxış edirdilər. Bu özü böyük faktdır. 20 yanvarda isə əksinə, ermənilər azərbaycanlıların qətlə yetirilməsində iştirak ediblər”.
Millət vəkili Yaqub Mahmudov da 20 Yanvar hadisələrinin lazımınca araşdırılmadığını deyib. Deputat bildirib ki, 20 Yanvar qəhrəmanlıq kimi qeyd olunmalı, hərbi hissələrdə döyüş marşları çalınmalı, “Heyratı” səsləndirilməlidir: “Şəhidlərin məzarına gül qoymaqla işi bitmiş hesab etmək olmaz”.
Y.Mahmudov daha sonra 20 Yanvar hadisələrini törədən Mixail Qorbaçova Nobel mükafatının verilməsini dünyanın ikili standartı adlandırıb: “Bu gün Minsk qrupunun həmsədrlərindən biri olan ölkənin Qarabağda pravoslav kilsəsi açması da ikili standartın nümunəsidir”.
Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Ata isə çıxışında deyib ki, 20 Yanvar Azərbaycan xalqının ən tarixi günlərindən biri, xalqın özünü dərk günüdür.
Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov çıxışında deyib ki, Azərbaycan xalqını heç vaxt dizi üstdə çökdürmək olmaz. O, 20 Yanvar hadisələrinin törədilməsində ermənilərin rolunun olması barədə deyilənlərə münasibət bildirərkən: “o zaman ermənilər Azərbaycanda yüksək vəzifələrə sahib idilər, onların nəyi yox idi ki, belə hadisələrin törədilməsinə qol qoyublar?”, - deyib.
Konfransda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova müraciət qəbul olunub. Şeyxülislam Allahşükür Paşazadənin imzası ilə parlamentə göndəriləcək müraciətdə 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı böyük bir cinayət olduğu bildirilir: “Bu cinayətə rəvac verən imperiya cəlladı Mixail Qorbaçovu birbaşa ifşa edən açıq müraciətin müəllifi kimi, 20 Yanvar şəhidləri qarşısında öz missiyamın ən mühüm məqamını - həmin faciə günahkarlarının dünya qarşısında ifşasını məntiqi sonluğa çatdırmaqda görürəm. Bütün bunları nəzərə alaraq, Sizə müraciət edib, Azərbaycan vətəndaşlarının hüquq və qanuni mənafelərini müdafiə edən ali orqan kimi, qanlı qırğının səbəbkarlarının və əli Azərbaycan xalqının qanına batan cəlladların Beynəlxalq Haaqa Məhkəməsinə verilməsi üçün vəsatət qaldırmağınızı xahiş edirəm. Dəlil və sübutlar, sənədlər və canlı şahidlərin ifadələri, beynəlxalq hüquq zəminində rəylər əsasında canilərin əməllərinin əsl mahiyyəti dünya ictimaiyyətinə açıqlanmalıdır. Əminəm ki, Azərbaycan Milli Məclisi ədalətin zəfər çalması naminə cinayətkarların cəza alması üçün əlindən gədəni əsirgəməyəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

