/ / 2009-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində intensiv il oldu
2009-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində intensiv il oldu
23.01.2010 [04:55]
2009-cu il bir sıra sahələr üzrə ölkəmiz üçün uğurlarla müşayiət olundu. ötən il eyni zamanda, ölkəmizin ən əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində də olduqca intensiv və dinamik iş aparıldı. ümumiyyətlə, son zamanlarda problemin həlli ilə bağlı aparılan danışıqlar prosesinin intensivləşdirilməsi, məsələnin tənzimlənməsi istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların daha ciddi fəaliyyət nümayiş etdirməsi münaqişənin tez bir zamanda həll olunma ehtimalını gücləndirir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesindəki inkişafdan bəhs edilib. Sözügedən iclasdakı çıxışında Prezident İlham Əliyev 2009-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərin olduğunu deyib. Dövlət başçısı hələlik praktiki nəticələrin əldə olunmadığını qeyd edərək vurğulayıb ki, artıq məsələnin hansı yolla həll olunması daha da dəqiqləşib: “Keçən ilin sonunda Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən iclasda məsələ ilə bağlı qəbul edilmiş sənəd münaqişənin hansı yollarla həll olunmasını açıq-aydın göstərir. Orada göstərilir ki, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, önəmli məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Ermənistan bu sənədə qoşuldu, buna qol çəkdi və beləliklə, məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını etiraf etdi. O ki qaldı xalqların öz müqəddəratını təyinetmə məsələlərinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bütün beynəlxalq sənədlər məhz bu yanaşmanı müdafiə edir, o cümlədən, 1975-ci ildə Helsinkidə qəbul edilmiş, bu gün üçün də əsas olan sənəd məsələnin məhz bu yolla həll olunmasını göstərir”.
Azərbaycan tərəfi hər zaman bəyan edib ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər və xalqların öz müqəddəratını təyinetmə məsələsi də bu çərçivədə öz həllini tapmalıdır. ölkə başçısı sözügedən iclasdakı çıxışında bu düsturun Dağlıq Qarabağ məsələsinin həlli üçün həlledici ola biləcəyini deyib: “Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız - məcburi köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri görülməlidir. Gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir. Qeyd etdiyim kimi, Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən görüşdə qəbul edilmiş sənəd məhz bu yanaşmanı təsdiq edir. Ondan əvvəl - 2008-ci ildə Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə imzaladıqları bəyanatda da məhz bu yanaşma göstərilir. Məsələ beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qətnamələr və qərarlar əsasında həll olunmalıdır. Bu hansı qərarlar və qətnamələrdir - bunu siyasətdən bir az başı çıxan adam dərhal deyə bilər. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi - hansılar ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT-in sənədləri, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və heç vaxt müzakirə mövzusu olmayıbdır. Ərazi bütövlüyü bu məsələ ilə məşğul olan Minsk qrupunun bütün üzvləri tərəfindən tanınıb, bu barədə dəfələrlə bəyanatlar verilmişdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunmalıdır”.
Azərbaycan dövləti öz mövqeyində prinsipialdır. çünki bu məsələdə istər beynəlxalq hüquq, istərsə də konvensiyalar Azərbaycanın haqlı olduğunu sübut edir. Prezident İlham Əliyev güclü iqtisadiyyata malik, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iqtisadi, hərbi sahələrdə əldə etdiyi uğurların Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rola malik olacağını bildirib: “Bizim məsələ ilə bağlı prinsipial mövqeyimiz bundan ibarətdir. Biz çalışacağıq ki, bundan sonra da bu mövqeyimizi möhkəmləndirək, gücləndirək. Siyasi və hüquqi cəhətdən əlbəttə ki, bu məsələ açıq-aydındır. Yəni, heç kimdə şübhə doğurmur. Biz öz mövqeyimizi, eyni zamanda, iqtisadiyyatımızın, ordu potensialımızın möhkəmlənməsi ilə daha da gücləndirməliyik. Bu sahədə də çox vacib işlər görülüb. 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin xətti ilə çox böyük işlər görülübdür və biz özümüzü daha da böyük həcmdə hərbi texnika, silah-sursatla təmin edirik. Bununla bərabər, xaricdən 2009-cu ildə çoxsaylı hərbi yönümlü texnika, silah-sursat alınmışdır. Bizim ümumi hərbi xərclərimiz 2 milyard dollara bərabərdir. Biz bu məsələ ilə bağlı səylərimizi daha da gücləndirməliyik. Bu məsələlərlə gündəlik məşğul olmalıyıq. Azərbaycanın hərbi və ordu potensialının gücləndirilməsi, hesab edirəm ki, danışıqlar prosesində ən vacib rollardan birini oynayır. Mən hesab edirəm ki, son müddət ərzində danışıqlarda müşahidə olunan dinamika, yəni, müsbətə doğru dinamika, o cümlədən, Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsinin nəticəsidir”.
Bəli, bütün bu faktlar bir daha göstərir ki, Azərbaycan dövləti işğal altında olan topaqlarının azadlığı uğrunda sona qədər mübarizə aparacaq. Əgər Ermənistan uzun illərdir davam edən sülh danışıqlarını uzatmağa çalışsa, ölkəmiz hərbi yola əl atmaq məcburiyyətində qalacaq. Bunun isə sonda Ermənistan üçün hansı nəticələri vəd edəcəyini düşünmək elə də çətin deyil.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

