Prezidentlərin Soçi görüşü nə vəd edir?
27.01.2010 [09:31]
Yanvarın 25-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarkisyanın görüşü keçirilb. Görüşdə Rusiya prezidenti Dmitri Medvedev də iştirak edib. Münaqişənin tənzimlənməsi ilə bağlı müzakirələrin aparıldığı görüşün detalları ictimaiyyətə açıqlanmasa da, üçtərəfli görüşdən sonra mətbuata açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmsədrlərin təqdim etdikləri konkret təkliflərin nəzərdən keçirildiyini önə çəkib. Rusiyalı nazir ümumi anlaşmanın olduğunu bildirib və qeyd edib ki, bunu hamı sənədin preambulasında təsdiq edib: “Hamı bu sənədin mövcudluğunu faydalı hesab edib. çünki o, danışıqları mücərrəd şəkildə deyil, konkret fikirlər əsasında aparmağa imkan verir. Bu gün başlıca nəticə budur ki, tərəflər sənədin hələlik razılığa gəlmədikləri hissələri ilə əlaqədar konkret ideyalarını, xülasələrini hazırlayacaqlar və onlar mətnə daxil ediləcək. Biz əminik ki, bu, həmsədrlərə onların gələcək işində kömək edəcək”.
Münaqişənin həllində vasitəçi qismində iştirak edən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov isə tərəflərin iki həftə ərzində öz təkliflərini təqdim edəcəyinə ümidvar olduğunu, bundan sonra həmsədrlərin yenidən regiona səfər edəcəyini bildirib.
Politoloq Elşad Mirbəşir Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində intensiv proses aparıldığını bildirib. Onun sözlərinə görə, Soçi görüşü də bu prosesin tərkib hissəsi kimi dəyərləndirilməlidir: “Görüşdə konkret heç bir böyükmiqyaslı razılıq əldə edilməsə də, Rusiyanın xarici işlər nazirinin də qeyd etdiyi kimi, ortada bir sıra pozitiv məqamlar mövcuddur. Hər şeydən öncə prezidentlər prosesin davam etdirilməsi ilə bağlı razılıq əldə etdilər, bu, çox önəmli bir məsələdir. Bu o deməkdir ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsinə inam var. Proses davam etdirilirsə, yaxın gələcəkdə hansısa razılığın əldə olunmasına ümid etmək olar. Mübahisəli məsələlərə yenidən baxılması və bu istiqamətdə tərəflərin yeni təkliflərlə çıxış etməsi ilə bağlı razılığın əldə olunması prinsipial və irəliyə doğru addımdır”.
Politoloq Rusiyanın bu işdə təşəbbüskar qismində iştirakının görüşün əhəmiyyətini artırdığı fikrindədir: “Rusiya olduqca yüksək səviyyədə təşəbbüskarlıq nümayiş etdirir və artıq beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın fəal, həlledici rolunu qəbul etməkdədir. Hesab etmək olar ki, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində pozitiv nəticələrin əldə olunmasına öz dəstəyini əsirgəməyəcək. Mən hesab edirəm ki, 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliləyiş əldə olunacaq. Təbii ki, burada söhbət mərhələli həlldən gedir. Münaqişənin tam həllindən danışmaq çətindir”.
Politoloq Rasim Musabəyov da görüşün əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, Rusiyanın xarici işlər nazirinin fikrinin mücərrəd olduğunu söyləyən R.Musabəyov Madrid prinsiplərinin preambulaya ehtiyacı olmadığı fikrindədir: “Ermənistan tərəfi görüşün faydalı olduğunu bildirib. Ola bilər ki, görüşdə hər hansı bir irəliləyişin olmamasını Ermənistan özü üçün faydalı sayır. Amma Azərbaycan tərəfi hələ heç bir rəsmi fikir bildirməyib. O baxımdan indidən danışmaq bir az tezdir. Merzlyakovun münaqişə tərəflərindən təkliflər istəməsi də qəribədir. Onsuz da hər dəfə gələndə təkliflərlə tanış olurlar. Azərbaycanın mövqeyi birmənalıdır. Elə məsələlər var ki, orada razılıq yoxdur və burada güzəşt məsələsini Ermənistan etməlidir. İndiyə qədər Azərbaycan öz fikirlərini birmənalı şəkildə bildirirdi, indən sonra da yazılı verə bilər. Mən istisna etmirəm ki, Ermənistan tərəfi məsələni aprel ayına qədər uzatmaq istəyir. Onlar fikirləşirlər ki, bəlkə ABŞ Türkiyənin üstünə getsə, rəsmi Ankara geri çəkilə bilər. Bundan başqa, bu il ABŞ-da Konqresə seçkilər keçiriləcək. Ermənistan gözləyir ki, bəzi konqresmenlər erməni lobbisinin gücündən istifadə etmək qərarına gəlsin və qondarma “erməni soyqırımı” məsələsini yenidən qabartsınlar və Ermənistanın mövqeyi möhkəmlənsin. Amma ABŞ bu qondarma “soyqırımı” tanımayacaq, Türkiyə isə geri çəkilməyəcək”.
Politoloq Elman Nəsirli bu görüşə böyük ümidlər bəsləndiyini qeyd etdi. Onun sözlərinə görə, bu da təsadüfi deyildi: “Bu görüş Azərbaycan və Ermənistan dövlət başçılarının sayca qırxıncı görüşü idi. Əsası 1999-cu ildə qoyulan bu görüşlər 11 ildir davam edir. ümummilli lider Heydər Əliyev 23 dəfə Ermənistan rəhbərləri ilə görüş keçirmişdi. Soçi görüşü isə Prezident İlham Əliyevin Ermənistan rəhbərliyi ilə 17-ci görüşü idi. Bu görüşün mərkəzində Rusiya dayanırdı. Rusiya isə Ermənistanın mövqeyinə təsir edə biləcək ən böyük qüvvə hesab edilir. Digər tərəfdən, bu görüş Bakıda keçirilən Humanitar Əməkdaşlıq Forumundan sonrakı dövrə təsadüf edirdi. Bundan başqa, Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərdəki yüksəliş tendensiyası və Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə ilə Rusiyanın münasibətlərinin inkişafı görüşdə ümidləri artırdı. Bakı-Ankara-Moskva əməkdaşlığının münaqişənin həlli ilə bağlı nəticələr vəd etdiyini düşünürdük. Düzdür, son nəticə olaraq, heç bir sənəd imzalanmasa da, indiyə qədər razılaşdırılmayan məsələrlə bağlı müzakirələr aparılıb və danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, imzalana biləcək sənədin preambulası barədə fikir mübadilələri də aparılıb və tərəflər prinsip etibarı ilə bu məsələdə də ortaq mövqe nümayiş etdiriblər. Lavrovun verdiyi açıqlamaya görə, danışıqlar konstruktiv formada keçirilib. Ən əsası isə bu müzakirələrdə tərəflər münaqişənin həllində maraqlı olduqlarını nümayiş etdiriblər. Danışıqlar gizli olduğu üçün təfərrüatlar barədə məlumat yoxdur, amma təşəbbüskarın Rusiya olduğunu nəzərə alsaq, qeyd etmək olar ki, görüşün əhəmiyyəti az deyil. Qeyd olunur ki, əsasən müzakirələr fikir ayrılığı olan məsələlərin ətrafında aparılıb. Tərəflər təkliflər verməlidir. Azərbaycanın mövqeyi dəqiqləşmiş mövqedir. Söhbət kompromisdən gedirsə, Azərbaycan tərəfi Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verir. Təbii ki, bu da Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasından sonra baş verəcək mərhələdir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35

