Pakistanlı jurnalistlər: AZƏRTAC-ın xəbərlərindən daim geniş istifadə edirik
07.02.2020 [10:08]
Pakistanın Azərbaycana səfər edən bir sıra media qurumunun nümayəndələri AZƏRTAC-da olublar.
Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Azərbaycan və Pakistan arasında sıx dostluq və tərəfdaşlıq münasibətlərindən danışılıb, iki ölkə xalqlarının daha da yaxınlaşmasında mətbuatın rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən inkişaf etdirilir və daha da zənginləşdirilir.
Qonaqlara məlumat verilib ki, AZƏRTAC Pakistanın APP, PPİ, DND kimi informasiya agentlikləri ilə mütəmadi informasiya mübadiləsi aparır, beynəlxalq media qurumlarında bir-birlərini dəstəkləyir. “Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında (OANA) vitse-prezident olan AZƏRTAC-ın təşəbbüsü ilə PPİ agentliyi qurumun texniki komitəsinə üzv qəbul edilib. Bizim ümumilikdə Pakistan mediası ilə sıx əlaqələrimiz var. Gələcəkdə Pakistanda da müxbir məntəqəsi açmağı planlaşdırırıq. Düşünürəm ki, bu, informasiya sahəsində əlaqələrimizin daha da möhkəmlənməsinə müsbət təsir edər”, - deyə Aslan Aslanov bildirib.
İki dövlət arasında sıx dostluq əlaqələri mətbuat qurumlarının da əməkdaşlığı genişləndirməsinə təkan verir. Bu barədə danışan “Pakistan in the World” jurnalının baş redaktoru Tazin Axtar AZƏRTAC-ın fəaliyyəti ilə yaxından tanış olduqlarını qeyd edib. “Biz, pakistanlı jurnalistlər, AZƏRTAC-ın xəbərlərindən daim geniş istifadə edirik. Çünki indiki güclü informasiya axınının olduğu hazırkı dövrdə agentlik daha etibarlı və səhih məlumatlar yayır”, - deyə o bildirib.
Pakistanlı jurnalistlərə 100 yaşını qeyd etməyə hazırlaşan AZƏRTAC-ın keçdiyi yol, 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik etməsi barədə məlumat verilib, sosial media və ənənəvi mətbuatın qarşılıqlı əlaqəsi, feyk xəbərlərlə mübarizənin əhəmiyyəti, yeni texnologiyalardan istifadənin və media qurumları arasında təcrübə mübadiləsinin üstünlükləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə “İslamabad Post”, “National Herald Tribune”, “Daily Azkaar”, “Pakistan Observer”, “Morning Mail” qəzetlərinin, “24 News”, “HUM News” telekanallarının, “BOL News Network”, “Express” media qurumlarının, “Pakistan in the World”, “Centreline” jurnallarının, həmçinin İordaniyanın Petra xəbər agentliyinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20

