/ / Əli Əhmədov: İnsana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsini təşkil edir
Əli Əhmədov: İnsana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsini təşkil edir
08.02.2020 [10:52]
“Fevral ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyalarının artırılması ilə əlaqədar Sərəncam imzaladı. Sərəncama əsasən yanvar ayının 1-dən etibarən bütün əmək pensiyalarının 16,6 faiz artırılması nəzərdə tutulur. Etiraf etmək lazımdır ki, pensiyaların ciddi şəkildə, qeyd edildiyi kimi 16,6 faiz artırılması əhalinin böyük bir kateqoriyasının, təxminən 1,2 milyon insanın ailə büdcəsinə əhəmiyyətli əlavədir. Cəmi bir neçə ay bundan əvvəl pensiyaların minimum həddinin 70 faizdən çox artırılmasını da nəzərə alsaq, pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılmasına Prezident İlham Əliyevin birbaşa göstərişi ilə dövlət tərəfindən göstərilən diqqətin və dəstəyin miqyasını təsəvvür etmək mümkündür”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov özünün facebook səhifəsində paylaşdığı “Pensiyaçılara böyük hədiyyə” sərlövhəli məqaləsində qeyd edib.
Əli Əhmədov bildirib ki, pensiyaların nəzərəçarpan dərəcədə artırılması ilə əlaqədar Sərəncam hər şeydən əvvəl Prezident İlham Əliyevin bəyan etdiyi “siyasətimizin mərkəzində Azərbaycan insanı dayanır” prinsipinin növbəti əyani təcəssümü sayıla bilər. İnsana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsini təşkil edir və məhz elə bu səbəbdən də xalqla hakimiyyətin qırılmaz vəhdəti deyilən fenomen meydana çıxmışdır.
Baş nazirin müavini vurğulayıb ki, Prezidentin Sərəncamı ilə pensiyaların əhəmiyyətli dərəcədə artırılması xüsusunda qeyd olunmalı digər vacib cəhət ondan ibarətdir ki, sözügedən təşəbbüs mahiyyət etibarı ilə ölkədə həyata keçirilən iqtisadi və sosial islahatların həm nəticəsi, həm də mühüm komponentidir. Əhalinin rifahının yaxşılaşdırılmasının ölkədə həyata keçirilən islahatların əsas məqsədi olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Lakin haqqında söhbət açdığımız 6 fevral Sərəncamının ölkədə həyata keçirilən islahatların birbaşa nəticəsi olduğu ayrıca vurğulanmalıdır. Artıq bəyan edildiyi kimi, pensiyaların 16,6 faiz artırılması il ərzində 500 milyon manatdan çox vəsait tələb edir və bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Sosial Müdafiə Fondu Xidmətinin imkanları hesabına qarşılanacaq. Ayrıca qeyd etmək istədiyimiz də məhz elə bundan ibarətdir. Ölkədə uğurla həyata keçirilən islahatlar yeni iş yerlərinin açılması, əməkhaqlarının hiss olunan miqyaslarda artması, qeyri-formal məşğulluğun aradan qaldırılması, bütün sahələrdə əmək və maliyyə intizamının gücləndirilməsi ilə müşayiət olunur. Qeyd olunan pozitiv proseslərin hər biri isə öz növbəsində dövlətin maliyyə imkanlarını artırmaqla əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş siyasətin reallaşmasını mümkünləşdirir. Başqa sözlə deyilsə, əhalinin rifahının yaxşılaşdırılması öz təcəssümünü Azərbaycan hökumətinin yalnız bəyanatlarında deyil, real fəaliyyətində və onun nəticəsində tapır. Pensiyaların 16,6 faiz artırılması Prezident İlham Əliyevin elan etdiyi islahatlar konsepsiyasının uğurla həyata keçirildiyini təsdiq edən ən tutarlı dəlil kimi qiymətləndirilməlidir. Xalq bir neçə il əvvəl elan edilmiş və bu gün də davam etdirilən genişmiqyaslı islahatların bəhrələrini artıq görür və inanır ki, islahatların getdikcə daha inamla həyata keçirilməsi əhalinin rihafını bundan da artıq yaxşılaşdırmaq imkanı yaradacaq.
“Bu yerdə Azərbaycana, onun uğurlu siyasətinə qara yaxmağa çalışan, yalan və manipulyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını xatırlamağa dəyər. Daha doğrusu, onlara xatırlatmaq lazımdır ki, təxminən son yarım il ərzində təkcə pensiyaların artırılması sahəsində iki möhtəşəm sosial layihə həyata keçirilib: ötən il minimum pensiyalar 70 faizdən çox, bu il isə bütün əmək pensiyaları 16,6 faiz artırılmışdır. Lakin biz dünyanın bir çox regionlarında Azərbaycanda pensiyaların və əməkhaqlarının əhəmiyyətli şəkildə artırılmasının tam əksini təşkil edən mənzərə ilə rastlaşırıq. Avropanın mərkəzində bir ildən çox davam etməkdə olan məşhur sarı jiletlər hərəkatı pensiya təminatının pisləşməsinə etiraz kimi meydana gəlib və bu günə qədər aktuallığını itirməyib. Avropanın başqa bir ölkəsində bir neçə il əvvəl hökumət pensiyaların azalması kimi qeyri-populyar qərar qəbul etmək zorunda qaldığından dəfələrlə kabinet dəyişikliklərindən yan keçə bilməyib, ciddi iqtisadi və siyasi böhran mərhələsini yaşamağa məhkum olmuşdur.
Nümunələri artırmaq olar. Lakin buna ehtiyac duymuram, çünki məqsədim hansısa ölkələri tənqid etmək deyil. Görünən odur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı radikal müxalifəti həddindən artıq narahat edir, onların siyasi perspektivlərinin üstündən xətt çəkir, əhali arasında nüfuzunu heçə endirir. Bu səbəbdən də onlar sağlam olmayan siyasi ambisiyalarını həyata keçirmək naminə ən çirkin üsullara əl atır, anti-Azərbaycan qüvvələrlə birləşir, onların əlaltısına çevrilirlər. Bir sözlə, Azərbaycanın yüksəlişə doğru möhtəşəm addımları düşmənlərimizin və radikal müxalifətin yuxusunu qaçırıb.
Heç şübhəsiz, Azərbaycanın uğurları xalqımızın qürur mənbəyidir. Digər tərəfdən, ölkəmiz dünya birliyinin bir parçasıdır və onun inkişafı həm də bütünlükdə dünyanın inkişafı, bəşəri tərəqqiyə layiqli töhfədir. Elə buna görə də bütün mötəbər reytinqlərdə Azərbaycanın inkişafı özünün layiqli yerini tutur. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin peyğəmbərcəsinə dediyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikirləri artıq reallığa çevrilib. Ölkəmiz dünyanın ən uğurlu dövlətləri sırasında layiqli yerlərdən birini tutur. Buna sevinmək, bununla qürur duymaq lazımdır”, - deyə Əli Əhmədov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

