Aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasını şərtləndirib
23.04.2020 [10:54]
Ekspertlərin qənaətinə görə, siyasi qüvvələrlə dialoqun aparılması, siyasi partiyaların qeydiyyata alınması və digər mühüm addımlar ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürü kimi dəyərləndirilə bilər
2020-ci ilin əvvəlindən daha geniş vüsət alan siyasi islahatlar ölkəmizdə siyasi dialoq mühitinin daha yüksək səviyyəyə çatdırılmasında əsaslı rol oynayıb. Qısa zaman çərçivəsində reallaşdırılan islahatlar, həmçinin kadr islahatları daha təkmil və çevik idarəetmənin formalaşdırılmasına yol açıb. Təbii ki, bu yeniliklər, aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, bu ilin fevral ayında keçirilmiş VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ölkəmizdə yeni siyasi sistemin formalaşmasında əsaslı rol oynadı. Daha dəqiq desək, seçkilərdən sonra parlamentin tərkibinin əsaslı şəkildə dəyişilməsi, ilk dəfə olaraq parlament rəhbərliyinə, sədr müavini vəzifəsinə müxalifət partiyasının nümayəndəsinin seçilməsi, eləcə də Milli Məclisin komitələrində rəhbər vəzifələrdə müxalifət nümayəndələrinin təmsil olunması müasir Azərbaycanda yeni siyasi konfiqurasiyanı ortaya çıxarmış oldu. Eləcə də bu ilin əvvəlindən başlayaraq hakimiyyətin ölkəmizdəki bütün siyasi qüvvələrlə dialoq aparmaq üçün müraciət etməsi həyata keçirilən uğurlu siyasi islahatlar kursunun aparıcı amilinə çevrildi. Bununla yanaşı, bir müddət öncə Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyata alınması da ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürü kimi dəyərləndirilməlidir.
Məsələ ildə bağlı fikirlərini bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlərin Azərbaycanın qüdrətinin daha da artmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, 2020-ci ilin fevralın 9-da ölkəmizdə keçirilmiş azad, demokratik və şəffaf parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib: "Yeni parlamentin formalaşdırılması zamanı həm müxalifət partiyalarının nümayəndələrinin, həm də müstəqil millət vəkillərinin Milli Məclisin rəhbərliyində, komitələrdə sədr və sədr müavini qismində təmsil olunması bir daha hakimiyyətin siyasi münasibətlərin sağlamlaşdırılmasında, siyasi mühitin daha yüksək səviyyəyə çatdırılmasındakı iradəsini ortaya qoyur. Müasir dövrdə həyata keçirilən islahatlar Azərbaycanda siyasi münasibətlərin inkişafına təkan verməklə yanaşı, ölkəmizdəki vətəndaş-dövlət birliyinin daha da möhkəmlənməsinə yol açacaq".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov da son dövrlərdə ölkəmizdə həyata keçirilən siyasi islahatları yüksək qiymətləndirib. Millət vəkili bildirib ki, dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda islahatlar hakimiyyətin hər üç qolunu əhatə edir: "Parlament səviyyəsində reallaşdırılan islahatlar milli həmrəyliyə xidmət edən yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından olduqca önəmlidir. Paralel olaraq hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi strateji əhəmiyyətə malikdir. Milli maraqları üstün tutan siyasi qüvvələrin mütləq əksəriyyəti bu dialoq təklifinə müsbət reaksiya verməklə konkret mövqe sərgilədilər”.
Açıqlamasında ölkəmizdə yeni siyasi partiyaların qeydiyyata alınması məsələsinə də münasibət bildirən Vüqar İskəndərov bunu yeni siyasi münasibətlərin təzahürü kimi dəyərləndirib: "Yeni siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə çoxpartiyalı sistemin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı, siyasi dialoq prosesinə əlavə töhfə verən təqdirəlayiq haldır. Bir sözlə, yeni siyasi partiyaların qeydiyyatı dövlətimizin siyasi dialoqun və milli həmrəyliyin daha da güclənməsi istiqamətində davamlı addımlar atmasının növbəti təzahürüdür".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12

