/ / Eldar İbrahimov: Bu gün Azərbaycan dünyanın ən güclü, ən qüdrətli və ən nüfuzlu dövlətlərindəndir
Eldar İbrahimov: Bu gün Azərbaycan dünyanın ən güclü, ən qüdrətli və ən nüfuzlu dövlətlərindəndir
29.04.2020 [10:49]
“Bu gün dünya siyasi-iqtisadi, sosial-mənəvi böhran məngənəsindədir. 2008-ci ildən başlayan maliyyə-iqtisadi böhran hələ də davam etməkdədir. Yaxın və Orta Şərqdə, Afrikada yaşanan vətəndaş müharibələri, qanlı qarşıdurmalar, qırğınlar, aclıq, ölüm, səfalət, insanlıq faciəsi və dramı günümüzün, dövrümüzün acı yaşantıları, reallıqlarıdır. Bunlar azmış kimi, son 3 ayda yaşanan, dünyanı lərzəyə salan, iqtisadiyyatları çökdürən, insanların həyatını məhv edən koronavirus pandemiyası da bir tərəfdən. Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməyib. Bizdə də infeksiyaya yoluxanlar, dünyasını dəyişənlər var. Amma bütün dünya bu böhranla, bu bəla ilə üz-üzə və aciz durumda qalarkən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin son dərəcə müdrik, düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizədə də uğurlara imza atmaqda, tarix yazmağa davam etməkdədir”. Bu fikirləri Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Eldar İbrahimov bildirib ki, pandemiya şəraitində də ölkəmizdə sosial, siyasi sahədə, hüquq sistemində islahatlar davam etdirilməkdədir. Onun sözlərinə görə, ölkəmizdə yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində atılan ardıcıl addımlar öz uğurlu, müsbət nəticələrini verdiyi kimi, adlarıçəkilən sahələrdə davam etdirilən islahatlar prosesi də gözləntiləri doğrultmaqdadır: “Buna elə son misal olaraq, Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, onlara təzminat ödənilməsi ilə bağlı qərarların çıxarılmasını qeyd etmək olar. Bunlar məhz ölkə Prezidentinin rəhbərliyi ilə istər siyasi sahədə, istərsə də məhkəmə-hüquq sistemində aparılan islahatlar prosesinin məntiqi nəticəsidir. Bildiyiniz kimi, hələ ötən ilin martında- Azərbaycan xalqına Novruz təbrikində ölkə Prezidenti digər sahələrdə olduğu kimi, siyasi sahədə, məhkəmə-hüquq sistemində də islahatların aparılacağı anonsunu vermişdi. 2003-cü ilin oktyabrından verilən vədlər bir-bir yerinə yetirildiyi kimi, çox keçmədən həm siyasi sahədə, həm də məhkəmə-hüquq sistemində islahatların yeni və geridönməz mərhələsinə start verildi. Milli Məclis rəhbərliyinə, konkret olaraq Sədr müavini vəzifəsinə ilk dəfə olaraq müxalifət partiyası üzvünün seçilməsi, komitə və komissiya sədrləri və müavinləri arasında parlamentdə yer almış bütün partiyaların nümayəndələrinin təmsilçiliyi, Prezident Administrasiyasının müvafiq şöbəsinin rəhbərinin partiya liderləri ilə görüşlər keçirməsi, yeni yaradılmış daha iki partiyanın bugünlərdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması və nəhayət, Ali Məhkəmənin yuxarıda qeyd etdiyimiz son qərarı ölkə Prezidentinin formalaşdırdığı siyasətin, Onun şəxsi iradəsinin və qətiyyətinin göstəricisidir. Bunlar həm də xaricdənkimsənin müdaxiləsi və diktəsi olmadan həyata keçirilir, seçim özümüzün, iqtidarındır, Azərbaycan dövlətinə və onun rəhbərinə məxsusdur. Suveren Azərbaycan Respublikası 1993-cü ilin yayından bu yana müstəqil, heç kimdən asılı olmayan siyasət xətti yürütməkdədir və bu yolda da heç bir əngəl, maneə tanımayıb, tanımır, bundan sonra da tanımayacaqdır”.
Eldar İbrahimov bununla yanaşı, hələ də aramızda tarixdən, yaşananlardan ibrət dərsi götürməyənlərin olduğunu da təəssüflə qeyd edib. Milli Məclisin İntizam Komissiyasının sədrinin sözlərinə görə, onlar ölkədə baş verən bu qədər müsbət işləri, əldə edilən uğurları, nailiyyətləri gözügötürməyən, qısqanclıqla yanaşan qruplar, "sapı özümüzdən olan baltalar"dır. Bunlar o qruplardır ki, 1992-1993-cü illərdə Azərbaycanı fəlakət, məhv olmaq, dağılmaq, parçalanmaq, müstəqilliyini itirmək həddinə çatdırmışdılar. YAP İdarə Heyətinin üzvü deyib ki, onların səriştəsizlikləri, bacarıqsızlıqları və qətiyyətsizlikləri ucbatından ölkəni xaos, anarxiya bürümüşdü: “Azərbaycan xalqının təkidli tələbindən sonra yenidən siyası hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin dühası sayəsində həm Azərbaycan fəlakətlərdən qurtulmuş, həm də bu qrupun üzvləri qiyamçı polkovnikin dar ağacından xilas edilmişlər. 1993-cü ilin iyun hadisələrindən sonra qaçıb orada-burada gizlənənlər yenə də Heydər Əliyevin humanistliyi, insanpərvərliyi sayəsində siyasətə dönmüş, öz fəaliyyətlərini davam etdirmələri üçün onlara növbəti şans-meydan verilmişdi. Amma onlar bu yaxşılıqların müqabilində yenə də əvvəlki xislətlərindən əl çəkməyərək, açıq və gizli şəkildə Azərbaycan dövləti və dövlətçiliyinə qarşı xəyanət yolu tutub, iqtidara qarşı bütün çirkin addımlara baş vurublar və təəssüflər olsun ki, bu gün də öz məkrli əməllərindən əl çəkmirlər. Onların gözlərini hakimiyyət, pul, kreslo hərisliyi o qədər örtüb ki, müqəddəs heç nə tanımırlar, bütün siyasi və əxlaqi dəyərləri ayaqlar altına atıblar. Azərbaycana qarşı ən amansız mövqedə dayanmış ermənipərəst, anti-Azərbaycan dairələrlə, mərkəzlərlə sinxron fəaliyyət göstərməkdədirlər. İşləri-gücləri ancaq və ancaq həmin dairələrə, Avropa Şurasının Parlament Assambleyasına, Azərbaycanın inkişafını istəməyən bəzi beynəlxalq təşkilatlara şər-böhtan dolu donoslar yazmaqdan ibarətdir. Bu qrupun başında da Əli Kərimli, onun rəhbərlik etdiyi AXCP və millilikdən çox-çox uzaqda olan “Milli şura” adlanan dərnək dayanır. 2013-cü ildə Azərbaycanda hakimiyyət çevrilişi etmək üçün xarici, anti-Azərbaycan, ermənipərəst qüvvələrin təsiri ilə yaradılmış “Milli şura”nın məqsədi Azərbaycanı onu sevməyən dairələrin təsiri altına salmaqdan ibarət idi. Əli Kərimli xaricdən, çirkli mənbələrdən aldığı təlimatlar və maddi yardımlar əsasında bu qondarma qurumu yaşatmağa, onu Azərbaycanı istəməyən qüvvələrin əlində dövlətə, iqtidara qarşı təzyiq vasitəsinə çevirməyə cəhd etməkdədir və bu gün də məkrli planlarından əl çəkmir. Ancaq o və onun kimilər bir məqamı unudurlar ki, indiki Azərbaycan 1991-1993-cü illərin zəif, gücsüz, kənardan idarə olunan, məhz onların bərbad günə saldığı Azərbaycan deyil”.
Eldar İbrahimov söyləyib ki, bu gün Azərbaycan dünyanın ən güclü, ən qüdrətli, ən nüfuzlu dövlətlərindəndir. “Bunu təkcə biz demirik, bütün dünya, beynəlxalq birlik deməkdə və etiraf etməkdədir. Azərbaycanı qüdrətli, güclü edən isə onun Lideridir-ölkə Prezidenti cənab İlham Əliyevdir! Odur ki, istər Əli Kərimli, istərsə də yan-yörəsində özü ağılda olan adamlar bilsinlər və unutmasınlar ki, Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlət başçısı onların xain əməllərinin gerçəkləşməsinə imkan verməyəcək. Bu günə kimi imkan verməyib, bu gün də imkan vermir, sabah da imkan verməyəcək. Hər dəfə olduğu kimi, yenə də məğlub, rəzil-rüsvay durumuna düşəcək, məkanları tarixin zibilliyi olacaqdır. Azərbaycan iqtidarının və müstəqil Azərbaycan dövlətinin ömrü isə Azərbaycan xalqının ömrü kimi uzun olacaq. Dağ dağa söykənib nəhəngləşdiyi kimi, Azərbaycan dövləti və Azərbaycan iqtidarı da Azərbaycan xalqına söykənib hələ çox xarüqələr yaradacaq, hələ çox tarixlər yazacaq, hələ çox zəfərlərə imza atacaqdır!”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

