“Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur”
29.04.2020 [10:36]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 97-ci kitabı çapdan çıxıb
AZƏRTAC xəbər verir ki, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 97-ci kitabındakı materiallar 2019-cu ilin oktyabr-noyabr aylarını əhatə edir.
Ötən il noyabrın 14-15-də Bakıda Dünya Dini Liderlərinin II Sammiti keçirilib. Prezident İlham Əliyev Sammitin açılış mərasimində geniş nitq söyləyib. Beynəlxalq təşkilatların və dünya dini liderlərinin Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə fikir söylədiyini xatırladan, bu yüksək qiymətin reallığı əks etdirdiyini bildirən dövlətimizin başçısı deyib: “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır”. Prezidentin milli dəyərlər, tolerantlıq, dinlərarası dialoqun əhəmiyyəti barədə bu və digər fikirlərinin yer aldığı dərin məzmunlu nitqinin mətni 97-ci kitaba daxil edilib.
Nəşrdə Azərbaycan Prezidentinin Bakıda keçirilən “Qoşulmama hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə söylədiyi geniş nitqinin mətni, ölkəmizə gələn dövlət və hökumət rəhbərləri ilə görüş və danışıqlarına dair materiallar da toplanıb.
Kitabda Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Rusiya və digər dövlətlərin yüksəkvəzifəli nümayəndələrini, MDB Müdafiə Nazirləri Şurası iclasının iştirakçılarını, ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etməsinə dair informasiyalar verilib.
Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da hər bir cilddə öz əksini tapır.
Oxucular dövlətimizin başçısının Qəbələ və Ağdaş rayonlarına səfərləri zamanı bölgələrdə infrastruktur obyektlərinin açılış mərasimlərində çıxışlarının mətnləri, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşlərinə aid materiallarla bu kitabda tanış ola bilərlər.
Yeni nəşrdə Prezident İlham Əliyevin məsul vəzifələrə təyin etdiyi şəxsləri qəbul etməsinə dair materiallar, “Neft daşları”nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu və digər məktubları da yer alıb.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 97-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15

