Azərbaycanın milli etalonları hazırlanacaq
13.02.2010 [09:16]
İyunun 1-dən etibarən xarici dövlətlərdən Azərbaycana gətirilən avtomobillər Avro-2 standartlarına cavab verməsə onların idxalı dayandırılacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Dövlət Neft Şirkətinin birgə hazırladığı qaydalara əsasən, yaxın aylarda ölkəmizdə Avro-2 standartları tətbiq ediləcək və avtomobillərin mühərriklərinin vəziyyəti, həmçinin, onların yanacaq istehlakı zamanı ətraf mühitə buraxdığı tullantıların miqdarı həmin standartların tələblərinə uyğun olmadıqda bu tipli maşınların gətirilməsinə qadağa qoyulacaq. Bu barədə Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən mətbuat konfransında Ramiz Həsənov qeyd edib ki, artıq Avro-2 standartları ilə bağlı təkliflər hökumətə təqdim olunub və bununla bağlı son işlər aparılır. Monitorinqlər zamanı avtomobillərin istismar müddəti, mühərrikin vəziyyəti ilə bərabər, istehsal tarixi də nəzərə alınacaq. Ramiz Həsənov deyib ki, Nazirlər Kabineti 3-4 gün ərzində hansı istehsal ili olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan olunması ilə bağlı qərar verəcək. R.Həsənov onu da bildirib ki, komitə 2010-cu ilin respublikamızda “Ekologiya ili” elan olunmasını nəzərə alaraq ətraf mühitə buraxılan zərərli maddələrin azaldılması məqsədilə bir sıra addımlar atacaq. Ekoloji mühitə zərər vuran köhnə avtomobillərlə yanaşı, ətraf mühitin çirkləndirilməsinə səbəb olan faktorlar da nəzərə alınacaq.
Ramiz Həsənov Azərbaycanın milli etalonlarının da hazırlanacağını söyləyib. Aprel ayına kimi Milli Etalon Mərkəzinin istifadəyə verilməsi gözlənilir. Mərkəz istifadəyə verildikdən sonra ölkəmizin çəki, təzyiq, sıxlıq, elektrik sahələri üzrə milli etalonu hazır olacaq. Bundan başqa, Azərbaycan öz vaxt etalonunu da yaratmaq istəyir. Amma bu sahədə müəyyən çətinliklər var. Belə ki, hazırda dünyada vaxt etalonu yalnız ABŞ və Rusiyaya məxsusdur. Bu ölkələr isə həmin etalonların digər dövlətlər tərəfindən hazırlanması üçün müəyyən şərtlər irəli sürürlər ki, bu da çətinliklər törədir. Buna baxmayaraq, Azərbaycan ilin sonuna kimi bu sahədə də ciddi addımlar atmağa səy göstərəcək.
Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri istehlak məhsullarının istehsalı və emalı sahəsində müəyyən olunmuş ciddi pozuntular barədə də məlumat verib. Ramiz Həsənov 2009-cu ildə həmin sahələrə dövlət nəzarəti ilə bağlı aparılmış monitorinqlər zamanı 100-lərlə qanun pozuntusuna rast gəlindiyini diqqətə çatdırıb. Məsələn, ötən il komitənin əməkdaşları tərəfindən 390 min manatdan artıq yeyinti məhsulları keyfiyyət göstəricilərinin normalara cavab verməməsi və tərkibində mikrobioloji elementlərin olması səbəbindən satışdan çıxarılıb. Həmin məhsullar sırasında 40 ton qənnadı məmulatı, 1000 ton düyü, 60 min litr alkoqollu içkilər, 10 ton süd, 7,3 ton un və digər yeyinti malları aşkar olunub. Komitə yanacaqdoldurma məntəqələrində benzinin və dizel yanacağının keyfiyyətini və çəkisinin normalara cavab verib-verməməsini də yoxlayıb. 45 yanacaqdoldurma məntəqəsindən 26-da yanacağın keyfiyyəti tələb olunan standartlara cavab verməyib. İran istehsalı olan qaz sobalarının da standartlara cavab vermədiyi müəyyənləşib. Həmin cihazların satışı ilə məşğul olan mənətəqələrin sahibləri uyğunluq sertifikatı təqdim edə bilməyiblər. Komitə rəhbəri uşaq oyuncaqları bazarı ilə bağlı vəziyyətin də ürəkaçan olmadığını xatırladıb. çindən gətirilən oyuncaqlarda toksiki elementlər olduğundan bu mallar uşaqların həyatı üçün təhlükə yarada bilər. Komitənin əməkdaşları ötən il 10 adda minlərlə uşaq oyuncağını satış dövriyyəsindən çıxarıblar.
Ramiz Həsənov ölkəmizdə tanınmış şirkətlərin əmtəə nişanlarından qanunsuz istifadə edərək mal istehsal edən müəssisələrin sayının da artdığını qeyd edib.
Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri respublikamızda rentgen şüalarının təyin edilməsi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) əməkdaşlığa dair anlaşma əldə edildiyini də diqqətə çatdırıb. MAQATE Azərbaycanda dozimetrik laboratoriya açmağa kömək göstərəcək. MAQATE-nin müvafiq avadanlıqlarının quraşdırılacağı laboratoriyada rentgen və digər şüaları müəyyən etmək üçün standartlar və normalar tətbiq olunacaq. R.Həsənov komitənin bu ilin sonuna kimi Avropa Standartlaşdırma tamhüquqlu üzv qəbul olunacağını da söyləyib.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

