Azərbaycanda korrupsiyaya qarşı qətiyyətli mübarizə ardıcıl xarakter daşıyır
23.05.2020 [13:51]
Ekspertlər qeyd edirlər ki, məhkəmə-hüquq sistemində kadr islahatlarının həyata keçirilməsi korrupsiya və rüşvətxorluq kimi neqativ hallara qarşı mübarizənin səmərəliliyini daha da artırır
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də uğurlu islahatlar həyata keçirilir. Ötən ilin aprelin 3-də dövlət başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman isə bu sahədə islahatların genişləndirilməsi istiqamətində mühüm rol oynayır. Eyni zamanda, bu yaxınlarda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi də əksər ekspertlər tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatların yeni mərhələsi kimi xarakterizə olunur. Daha dəqiq desək, məhkəmə-hüquq sistemində aparılan islahatların davamı kimi, dövlət başçısı tərəfindən yeni Baş prokurorun təyinatı, eyni zamanda, ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan genişmiqyaslı mübarizənin davamlı xarakter alması cəmiyyətimizdə rəğbətlə qarşılanır – yüksək qiymətləndirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, ölkəmizdə bütün sahələrin hərtərəfli inkişafı, ictimai-siyasi sabitliyin qorunması, düşünülmüş iqtisadi strategiya nəticəsində islahatların davamlılığı xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların öz Prezidentinin ətrafında sıx birləşməsinə zəmin yaradıb. Millət vəkili qeyd edib ki, əldə edilən nailiyyətlərin, tərəqqinin geniş vüsət almasında vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasının rolu böyükdür: "Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Təəssüflər olsun ki, dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, insanları narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olub. Ölkənin inkişafına, siyasi və iqtisadi islahatlara çox böyük zərbələr vuran korrupsiya və rüşvətxorluq hallarına qarşı amansız mübarizə, göstərilən etimaddan sui-istifadə edən, dövlətin malına göz dikmək kimi mənfi əməllər törədən vəzifəli şəxslərin ifşa edilməsi, layiqli cəzalarını alması cəmiyyət tərəfindən böyük razılıqla qarşılanır. Dövlət başçısı dəfələrlə məmurların diqqətinə çatdırıb: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi Öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.
Millət vəkili qeyd edib ki, ölkə Prezidenti yeni Baş prokuroru videoformatda qəbul edərkən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında priotet sahə kimi dayanmalı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsidir.
“Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı genişmiqyaslı mübarizə aparılır. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımlar cəmiyyətimiz tərəfindən tam dəstəklənir”. Bu fikirləri isə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, təəssüf doğuran cəhət odur ki, bəzi vəzifəli şəxslər cəzalandırılan digər məmurların əməllərini təkrar edir, onlara etibar olunan vəzifədən sui-istifadə edərək öz şəxsi maraqlarını təmin etməyə çalışırlar: “Bunun nəticəsi isə göz qabağındadır. DTX tərəfindən həyata keçirilən son əməliyyatlar bir daha göstərdi ki, dövlət başçısının qeyd etdiyi kimi, bundan sonra da korrupsiya və rüşvətxorluğa qarşı dövlətin apardığı mübarizə amansızlığı ilə seçiləcək”.
Kamran Əliyevin Baş prokuror təyin edilməsinə münasibət bildirən K.Bayramov qeyd edib ki, bu vəzifəyə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisinin təyin olunması məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşdirilməsində və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayacaq. “Ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığı bir vaxtda məhkəmə-hüquq sistemində də kadr islahatlarının həyata keçirilməsi olduqca yüksək dəyərləndirilir. Yeni Baş prokuroru videoformatda qəbul edərkən Prezident İlham Əliyevin ökədə genişmiqyaslı islahatların aparılmasının vacibliyi haqqında səsləndirdiyi fikirlər də bir daha təsdiqləyir ki, kadrların peşəkarlığı dövlət başçısının daim diqqət mərkəzindədir”,-deyən millət vəkili söyləyib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxslərin həyata keçirilən islahatlara kölgə salan qanunazidd əməllərinin qarşısı qətiyyətlə alınır. Bu da ölkəmizdə bütün vətəndaşların qanun qarşısında bərabər olduğunun göstəricisidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22

