/ / Azərbaycan polisinin sayıqlığı və fədakarlığı sayəsində xüsusi karantin rejiminin tələbləri yüksək səviyyədə gözlənilib
Azərbaycan polisinin sayıqlığı və fədakarlığı sayəsində xüsusi karantin rejiminin tələbləri yüksək səviyyədə gözlənilib
10.06.2020 [09:32]
Radikal müxalifətin həftəsonlarında karantin rejiminin sərtləşdirilməsini sabotaj etmək və sosial şəbəkələrdə polisə qara yaxmaq cəhdləri cəmiyyətdə ikrah hissi ilə qarşılanıb
Məlum olduğu kimi, yeni növ koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər öz müsbət nəticəsini verdi. Lakin ölkəmizdə karantin rejiminin yumşaldılması ilə paralel şəkildə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması müşahidə edilir ki, bu da məhdudlaşdırıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini gündəmə gətirib. Xəbər verildiyi kimi, iyunun 4-də Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib. Həmin qərara əsasən 2020-ci il iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla). Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Hər zaman dövlətçiliyimizə sadiq olan Azərbaycan polisi şənbə və bazar günlərində gücləndirilmiş iş rejimində çalışıb
Qeyd olunan ərazilərdə sərtləşdirilmiş karantin rejiminə əməl olunması istiqamətində bütün çətinliklər isə Azərbaycan polisinin üzərinə düşüb. Hər zaman dövlətçiliyimizə sadiq olan polislər Nazirlər Kabinetinin müvafiq qərarının icrasını yüksək səviyyədə təmin etmək üçün şənbə və bazar günlərində gücləndirilmiş iş rejimində çalışıb, sərtləşdirilmiş karantin rejiminə nəzarəti yüksək səviyyədə təmin ediblər. Polis əməkdaşlarının öz üzərlərinə düşən vəzifəni peşəkarlıqla yerinə yetirmələri nəticəsində paytaxt Bakının həmişə gur izdiham müşahidə edilən küçə və prospektlərində, park və meydanlarında, eləcə də qərarda göstərilən digər şəhərlərdəki və Abşeron rayonundakı yaşayış məntəqələrində tam sakitlik müşahidə olunub, xüsusi karantin rejiminin tələbləri gözlənilib.
Təbii ki, sərt karantin rejiminin tələblərini pozanlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq cəza tədbirləri də görülüb.
Bütövlükdə, Azərbaycan cəmiyyəti ötən şənbə və bazar günlərində polis əməkdaşlarının öz peşə borclarını yerinə yetirmələrinə vicdanla yanaşdıqlarının, həmçinin onların mədəni davranışının, dövlətçiliyimizə sədaqətinin bir daha şahidi oldu. Bu baxımdan, sosial şəbəkələrdə yayılan bir sıra kadrlar olduqca təsirlidir. Həmin kadrlardan birində polis əməkdaşları icazəsi olmayan qadını humanizm nümunəsi göstərərək bacısının dəfn mərasiminə çatdırırlar. Digər videogörüntülərdə biz polislərimizin qəfil səslənən Azərbaycan himninə böyük sayğı göstərdiklərinin şahidi oluruq. Belə nümunələrin sayı kifayət qədər çoxdur.
Radikal müxalifətin karantin rejiminin sərtləşdirilməsini sabotaj etmək cəhdləri fiaskoya uğrayıb
Lakin bütün bunlarla yanaşı ötən şənbə və bazar günləri Azərbaycan cəmiyyəti, eyni zamanda, bir daha radikal müxalifət təmsilçilərinin nəyə xidmət etdiklərinin şahidi oldu. Məlum oldu ki, ölkənin bütün resursları pandemiyaya qarşı mübarizəyə səfərbər edildiyi bir vaxtda radikallar görülən tədbirləri, o cümlədən həftəsonlarında karantin rejiminin sərtləşdirilməsini sabotaj etməyə uğursuz cəhdlər göstərirlər. Bu günlərdə qondarma “Milli şura” təmsilçiləri xüsusilə fəallaşıblar. Dağıdıcı düşərgə təmsilçiləri ayrı-ayrı xaricdən idarə olunan internet media resurslarından bəhrələnməklə davamlı şəkildə “qara piar” kampaniyası aparırlar. Bundan əvvəl radikalların ölkəmizdə həyata keçirilən müxtəlif dəstək proqramlarını qərəzli tənqid atəşinə tutduqlarının şahidi olmuşduq. İndi isə onlar həftəsonlarında karantin rejiminin sərtləşdirilməsinin sabotaj edilməsinə cəhdlər göstərirlər və bu məqsədlə ayrı-ayrı vətəndaşları öz vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı çıxmağa səsləyirlər. Bildirmək yerinə düşər ki, son günlərdə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən polis əməkdaşlarıın ünvanına təhqiramiz ifadələrin işlədilməsi, bütövlükdə, polisin nüfuzuna xələl gətirilməsinə hesablanan paylaşımların edilməsi məhz radikal müxalifətin apardığı “qara piar” kampaniyasının tərkib hissəsidir və bu cür əməllər cəmiyyətdə ikrah hissi ilə qarşılanıb.
Beləliklə, görünən odur ki, radikalların digər dağıdıcı çağırışları kimi, həftəsonlarında karantin rejiminin sərtləşdirilməsini sabotaj etmək cəhdləri də fiaskoya uğradı. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri həftəsonu günlərində karantin rejiminin sərtləşdirilməsi şəraitində polis əməkdaşlarının öz peşə fəaliyyətini yerinə yetirmələrinə hərtərəfli dəstək verdilər ki, bu da təqdirəlayiq haldır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət ünvanlayaraq onlara göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

