/ / Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri üçün yüksək özünüidarəetmə statusundan başqa alternativ yoxdur
Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri üçün yüksək özünüidarəetmə statusundan başqa alternativ yoxdur
18.06.2020 [09:02]
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin erməni əsilli vətəndaşlarımıza müraciətinə münasibət bildirən ekspertlərin fikrincə, hazırda Dağlıq Qarabağ regionunda yaşayan erməni sakinlər bu çağırışları müsbət dəyərləndirməlidirlər
Məlum olduğu kimi, Azərbaycan Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində qətiyyətli və ardıcıl mövqe nümayiş etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, o cümlədən Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmaqla, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Bu baxımdan, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevin bu günlərdə Dağlıq Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə müraciəti mühüm əhəmiyyət daşıyır. Erməni dilində səslənən müraciətdə sülh şəraitində birgəyaşayışa nail olunması və öz yurdundan didərgin salınmış azərbaycanlıların işğal altındakı Dağlıq Qarabağ bölgəsinə geri qayıtmasının vacibliyi vurğulanır. Bölgənin azərbaycanlı sakinləri adından Dağlıq Qarabağ bölgəsinin hər bir erməni əsilli sakininə ünvanlanan müraciətdə erməni vətəndaşlarının Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində muxtar qurum statusu altında yaşamasının mümkünlüyü qeyd edilir, yüksək özünüidarəetmə statusundan başqa alternativ olmadığı bildirilir.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramin Məmmədov deyib ki, sülh danışıqlarının aparıldığı bu illər ərzində Azərbaycan dövləti dəfələrlə beynəlxalq hüququn prinsipləri əsasında Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinlərinə ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində və Azərbaycan Respublikasının konstitusiyasına uyğun olaraq yüksək özünüidarəetmə statusu verməyə hazır olduğunu bəyan edib: “Üstəlik, bütün dünyaya məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal altındadır və və regionun erməni sakinləri Ermənistanın işğalçı rejiminin əsarətində yaşamağa məcbur ediliblər. Buna görə də bölgənin erməni sakinləri gələcəkləri naminə vətəndaşı olduqları Azərbaycan dövlətinin təklif etdiyi həll variantına dəstək verməlidirlər”.
R.Məmmədov deyib ki, artıq bölgənin hər iki icması sülh şəraitində birgəyaşayış barəsində düşünməlidir: “Buna nail ola bilsək, öz yurdlarından didərgin salınmış azərbaycanlıların işğal altındakı Dağlıq Qarabağ bölgəsinə geri qaytması da mümkün qədər tez baş tutar. Bütün hallarda sülh şəraitində birgəyaşayışa hazır olmaq üçün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin erməni sakinlərində dövlətimizə qarşı vaxtilə yaradılmış mənfi stereotiplər dağıdılmalıdır”.
İcma rəhbərinin müraciətinə toxunan Milli Məclisin deputatı Elman Məmmədov isə qeyd edib ki, Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın yaratdığı xunta rejiminin girovuna çevrilən sadə erməni sakinləri sülh şəraitində birgəyaşayış naminə öz dövlətlərinin müharibədən öncə olduğu kimi, onlara sahib çıxacaqlarını başa düşməlidirlər: “Hazırda işğal altında qalan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların işğal faktoru ucbatından müəyyən dərəcədə nəzarətsiz qalması, mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətin meydanına çevrilməsi sivil və normal həyat arzusu ilə yaşayan insanları qane də bilməz. Ona görə də Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan tərəfindən edilən sülh çağırışlarına ciddi yanaşmalıdır”.
E.Məmmədovun sözlərinə görə, Azərbaycan tərəfi öz ərazi bütövlüyü və suverenliyini pozan heç bir həll variantını qəbul etmir və öz erməni vətəndaşlarına başqa alternativi olmayan yüksək özünüidarəetmə statusu təklif edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

