/ / İtaliya mətbuatı Avropa Parlamentinin Azərbaycanın işğal edilmiş ərazilərini Ermənistanla birləşdirən magistral yolun inşasına etirazından yazır
İtaliya mətbuatı Avropa Parlamentinin Azərbaycanın işğal edilmiş ərazilərini Ermənistanla birləşdirən magistral yolun inşasına etirazından yazır
19.06.2020 [09:09]
İtaliyanın “Notiziegeopolitiche” və “Eurasianews” analitik xəbər portallarında Roma Sapienza Universitetinin Avropa tarixi üzrə tədqiqatçısı Dariuş Rahiminianın Avropa Parlamentinin üzvlərinin Ermənistanı Azərbaycanın işğal edilmiş əraziləri ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı yaydıqları bəyanat və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni fəaliyyətinə dair məqalələri dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsini Qafan rayonu ilə birləşdirəcək magistral yolun inşasına dair xəbərin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən ötən il açıqlandığı, həmin yolun Qubadlı və Cəbrayıldan keçməsinin planlaşdırıldığı bildirilib. Habelə son günlərdə Dağlıq Qarabağ bölgəsindəki qeyri-qanuni separatçı rejimin rəhbəri Araik Harutyunyanın Azərbaycanın işğal olunmuş Zəngilan rayonuna səfəri zamanı Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərinə gedən üçüncü magistral yolun inşası üçün hazırlıq işlərinin getdiyinə dair bəyanat verdiyi də qeyd olunub.
Məqalələrdə sözügedən layihənin təfərrüatlarını öyrəndikdən sonra Avropa Parlamentinin (AP) Cənubi Qafqazdakı proseslərə daha yaxından cəlb olunan üç üzvü - Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın bu təxribatı qınayan birgə bəyanatı da qeyd olunub. Bəyanatda deyilir ki, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından keçərək Ermənistandakı Qafan rayonunu işğal altında olan Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüququ pozub. Müraciətdə bu addımın Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını təsdiq edəcəyini, buna görə də bu təşəbbüsün etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmədiyini və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəklərini bəyan edərək bu vasitəçiliyin uğur qazanması üçün Ermənistan və Azərbaycan hökumətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda öz öhdəliklərini gücləndirməyə çağırış etdikləri qeyd olunub.
Müəllif, eləcə də 1992-ci ildən etibarən Ermənistan tərəfindən işğal edilmiş ərazilərin bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasının bir hissəsi kimi tanındığını xatırladıb. O, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinin Dağlıq Qarabağ bölgəsini ətraf rayonlarla birlikdə Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq etdiyini, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti ifadə etdiyini, Azərbaycan ərazilərinin işğalını pislədiyini və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini bildirib. Müəllifin fikrincə, AP üzvlərinin bəyanatı göstərir ki, Avropa Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllini süni şəkildə uzatmaq və status-kvonu qorumaq cəhdlərinin zərərli təsirlərini başa düşür və Ermənistan rəhbərliyini təxribatçı ifadələrdən çəkinməyə və Azərbaycanla konstruktiv dialoqa başlamağa çağırır.
Sözügedən üçüncü yolun inşasının Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii sərvətlərin daha da təcavüzkar bir səviyyədə talan edilməsinə hədəfləndiyi də məqalədə əksini tapıb. Qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət haqqında ətraflı məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatından və “Azərkosmos” ASC ilə birlikdə hazırladığı və Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz fəaliyyətin peykdən çəkilmiş təsvirlərini əks etdirən hesabatlardan əldə etmək, təbii ehtiyatların istismarı, bölgənin infrastrukturundakı dəyişiklikləri, suvarma sistemlərinin inşasını və kənd təsərrüfatı işlərini açıq şəkildə görmək mümkündür. Müəllif beynəlxalq qurumların bu problemə dəfələrlə geniş yer verdiyini bildirərək bu xüsusda İsrail beyin mərkəzi Kohelet Policy Forumunun iki hesabatında beynəlxalq şirkətlərin bu ərazilərdəki qanunsuz iqtisadi fəaliyyətlərinə və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşmalara xüsusi diqqət yetirdiyini xatırladıb. Habelə müəllif ingilis tədqiqatçı Harold Kanenin “Narko Qarabağ” adlı kitabına istinad edərək orada ələ keçirilən torpaqların insan alveri, silah, narkotik və çirkli pulların yuyulması üçün fəal istifadəsindən bəhs edildiyini diqqətə çatdırıb və “üçüncü yolun” əslində nəyə xidmət edəcəyini vurğulayıb. Müəllif bildirib ki, Ermənistanın daha geniş miqyasda qarşıya qoyduğu məqsəd hərbi işğala əsaslanan status-kvonu möhkəmləndirmək, münaqişənin sülh yolu ilə həllini pozmaq və Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək istəyidir.
Yazıda Avropa Parlamentinin nümayəndələrinin bəyanatının Ermənistanda böyük narazılığa səbəb olduğu, Ermənistanın ombudsmanı, insan hüquqları müdafiəçisi Larisa Alaverdyanın bu sənədi “Ermənistan parlament diplomatiyasının tam iflası”, analitik Karen Bekaryanın isə bu hadisəni “Ermənistanın xarici siyasətinin Avropa və parlament diplomatiyasına münasibətdə rüsvayçı uğursuzluğu” kimi qələmə verdiyi bildirilib. Beynəlxalq ictimaiyyətin artıq təcavüzə biganə qalmadığını, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha adekvat cavab verdiyini vurğulayan müəllif, bu xüsusda son olaraq Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in birmənalı olaraq tanınmamasını xatırladıb. O bildirib ki, çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlarda qondarma “seçkilər”in heç bir hüquqi əsasının olmadığı, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası qətnamələri əsasında həllinin mümkün olduğu və Azərbaycanın Qarabağ bölgəsində istənilən seçkinin yalnız Azərbaycan Respublikasının Konstitusiyasına əsasən keçirilə biləcəyi qeyd edilib. Bu xüsusda, müəllif sözügedən dövlətlər arasında İtaliyanın da olduğunu bildirib və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadığı ilə bağlı açıqlamasını xatırladıb.
İtaliyanın belə bir mövqeyinin Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış, Azərbaycan və İtaliya münasibətləri tarixində ən yüksək səviyyəli siyasi sənəd olan “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”yə uyğun olduğunu vurğulayan müəllif əlavə edir ki, bu sənəddə tərəflər bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiq edir. Eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi sülh yolu ilə nizamlanmasını dəstəkləyir.
Bildirilir ki, Avropa parlamentarlarının bəyanatı Avropa İttifaqının Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı mayın 11-də qəbul etdiyi yekun qərarı ilə tam uyğunluq təşkil edir. Belə ki, Azərbaycanın da iştirakçısı olduğu Şərq Tərəfdaşlığı ölkələrinə münasibətdə Avropa İttifaqının siyasətinin əsas parametrlərini müəyyənləşdirən həmin yekun qərar Helsinki Yekun Aktının və ATƏT-in Paris Nizamnaməsinin prinsiplərində də qeyd olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalar kimi ortaq öhdəlikləri təsdiq edir.
Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən bu əhəmiyyətli dəstəyi əsas tutaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanı beynəlxalq sülhə hörmət etməyə məcbur etməli olduğunu bildirən müəllif, eyni zamanda, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələrək Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi güc də daxil olmaqla bütün vasitələrdən istifadə etmək hüququnu həmişə özündə saxladığını qeyd edir.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

