Kütləvi qeyri-şüuri davranış, çarpaz hibrid müharibə, sosial şəbəkələr və pandemiya
20.06.2020 [08:59]
“Sosiologiyada bəzən mübahisələr doğuran, bəzən isə qəbul edilən bir terminologiya var: Kollektiv qeyri-şüuri davranış. Mən bu anlayışı tamamilə qəbul edirəm və əminəm ki, bu çox dəqiq ifadədir. Amma bir fakt da ondan ibarətdir ki, kollektiv qeyri-şüuri davranış yalnız ekstremal şəraitdə baş verir. Bunun baş verməsi üçün, ilk növbədə, cəmiyyətdə xaos və bir ekstremal vəziyyət yaratmaq tələb olunur”. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, hazırda azərbaycanafob “virtual diktatura” bu ilkin zəmini yaratmağa cəhd edirlər: “Bundan sonra bir neçə sosial aktiv fərd üzərində qurulan oyun kollektiv şüuru blokadaya alır. Onların şüuraltı davranışları ilə manipulyasiya edilir və cəmiyyət öz davranışları üzərində nəzarəti itirən bir kütləyə çevrilir. Nəticədə isə dediyimiz təzahürlər-kollektiv psixoz, kollektiv nevroz, kollektiv nifrət və kollektiv xaos baş verir. Eyni zamanda, şərti katalizator adlandıracağımız fərdlər vasitəsilə bu kollektiv qeyri-şüuri davranış idarə olunur, yönləndirilir, onlara “ideya”lar verilir. Nəticədə isə toplum bu kollektiv qeyri-şüuri davranışın əsirinə çevrilir. Təbii ki, hərəkət qeyri-şüuri olduğu üçün artıq bu prosesdə şüurlu mühakimə də iştirak etmir. Hadisələrin inkişafına şüurlu yanaşma arxa plana keçir və demək olar ki, unudulur. Bu zaman həmin aqressiya təkcə bir hədəfə deyil, bütövlükdə tarixi keçmişə, milli-mənəvi dəyərlərə, milli mentalitetə və cəmiyyətin qəbul etdiyi bütün normal münasibətlərə qarşı yönəlmiş olur. Bu isə toplumda əsrlərboyu bərpa olunmayan fəsadlara gətirib çıxarır”.
H.Babaoğlunun sözlərinə görə, cəmiyyətin qeyri-sağlam münasibətlərə olan immunitetini öldürür. Bu immunitetin bərpası isə onilliklər tələb edir: “Ona görə də hər bir xalq kütləvi psixoza və kollektiv qeyri-şüuri davranış tələsinə düşmədən öncə, bu barədə mütləq düşünməlidir. Şübhəsiz ki, bu həm də həmin xalqın ziyalılarının və intellektual ictimai institutlarının davranışlarından da xeyli dərəcədə asılıdır. Ona görə də inkişaf etmiş, özünü və dəyərlərini dərk edən cəmiyyətlərdə kollektiv qeyri-şüuri davranışlar olmur. Hazırda koronovirus pandemiyası dünyada qlobal ekstremal vəziyyət yaradıb və deməli kollektiv qeyri-şüuri davranış üçün real sosial psixoloji zəmin var. Bu sosio-psixoloji davranış isə qeyri-şüuri və kütləvi olduğu üçün fərdin sosial davranışı zamanı sosial məsuliyyəti avtomatik olaraq rədd edir. Belə vəziyyətə cəmiyyətin ümumi maraqlarını təhlükə altına alan ekstremal hadisələrin yaranma ehtimalı artır. Hazırkı mərhələdə ayrı-ayrı güc mərkəzləri sosial şəbəkələrdən xüsusi informasiya aləti kimi istifadə etməklə kütləvi xaos və iğtişaşlar törətməyə cəhd edirlər. Bu günlərdə Azərbaycanın koronavirusa qarşı mübarizədə əldə etdiyi uğurları heçə endirmək üçün paralel olaraq iki istiqamətdə milli maraqlarımıza qarşı hücumlar təşkil edilir. Bunlardan biri internet resurslarında xüsusi olaraq yaradılan “virtual sosial liderlər”, yaxud “beşinci kolon” vasitəsilə, digəri isə klassik və ənənəvi sosial aktorlar vasitəsilə (şərti olaraq sərhəd hadisələri timsalında) həyata keçirilir. Ancaq bu paralel hadisələr, heç şübhəsiz ki, eyni mərkəzdən idarə olunur və bu mərkəzin adı antiazərbaycançı və islamafob mərkəzlərdir. Sərt sosial özünütəcridlə bağlı hadisələr daha çox sosial şəbəkələr vasitəsilə istismar edilir. Vətəndaşlarımızın ölkəyə gətirilməsi ilə bağlı yaradılan xüsusi mexanizm də klassik aktorlar tərəfindən istismar edilir. Nəticədə milli maraqlarımız çarpaz və hibrid hücuma məruz qalır.
Ona görə də belə məsələlərdə ilk növbədə cəmiyyətimizin ictimai fəal institutları ciddi şəkildə maariflənmə və pozitiv yönləndirmə hərəkətləri etməli, ikincisi isə, sosial şəbəkələrdəki virtual lliderlərə qarşı hüquq mühafizə orqanlarımız qəti tədbirlər görməlidirlər. Bunun üçün qanuni və hüquqi əsaslarımız kifayət qədərdir. Sadəcə, kibercinəyatkarlığa qarşı mübarizə polislərimizi və digər təhlükəsizlik orqanlarında olan müvafiq qurumlarımızı daha da gücləndirməliyik. Eyni zamanda düşünürəm ki, Operativ Qərargah nəzdində sosial psixologiya və kütləvi davranışların analizi üzrə ixtisaslaşmış mütəxəssislərdən ibarət xüsusi qrup yaradılmalı, ayrı-ayrı faktlar analiz edilərək onların baş verməməsi üçün xüsusi rəylər hazırlanmalıdır ki, Operativ Qərargah qərarlar qəbul edərkən həmin analizin nəticələrinə uyğun olaraq xüsusi vacib sosio-psixoloji nüansları nəzərə alsın.
Əslində isə, bizim milli mentalitetimizi formalaşdıran iki mühüm komponent, dini və milli ənənələrin hər ikisi kütləvi qeyri-şüuri davranışı rədd edir. Bu isə daha effektiv tədbirlər almağımıza əlavə yardım göstərə bilər”.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50

