Azərbaycan Respublikası Xocalı soyqırımına lazımi hüquqi, siyasi qiyməti verib
19.02.2010 [09:47]
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan dövləti maddi və mənəvi cəhətdən çox böyük itkilərlə üzləşib. Bu münaqişə nəticəsində, ölkənin 20 faiz torpaqları işğal olunub, yüzminlərlə insan şəhid olub, 1 milyona yaxın vətəndaşımız öz dədə-baba torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Eyni zamanda, bu münaqişə tarixində xalqımız çox böyük faciələrin, soyqırımların qurbanı olub. Bu dəhşətli hadisələrdən biri də heç şübhəsiz ki, Xocalıda törədilmiş soyqırımıdır. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə rus-erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifələrindən biridir. öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməklə erməni şovinistləri, ideoloqları Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq istəyirdilər. Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst oldu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldılar. 150 nəfərin taleyi hələ də məlum deyil. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edildi, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olundu. Lakin bu qanlı hadisələrə, Xocalıda soyqırım törədilməsinə baxmayaraq, o zamankı hakimiyyət təmsilçiləri olayları, sadəcə, kənardan izləməklə yetinərək, soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, baş verənlərə lazımi hüquqi, siyasi qiymət verilməsi yönündə heç bir addım atmadılar. Yalnız, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına müvafiq hüquqi, siyasi qiymət verildi. Tarix boyu Azərbaycan xalqının başına gətirilən digər faciələr kimi, məhz Xocalı soyqırımına da ilk siyasi qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyev verdi. Ulu öndər bu faciə haqqında danışarkən qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar: “Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdi ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Eyni zamanda, ümummilli liderimizin təşəbbüsü ilə Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclis Xocalı soyqırımına hüquqi qiymət verib. Bununla bağlı faciənin ikinci ildönümü ərəfəsində Milli Məclis geniş müzakirələr apararaq, müvafiq qərar qəbul edib. “Xocalı soyqırımı (genosidi) günü haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı” adlanan sənəddə deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının təklifini müzakirə edərək qərara alır:
1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin.
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı soyqırımı günü”nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin (müraciətin mətni əlavə olunur).
Bakı şəhəri, 24 fevral 1994-cü il”.
Beləliklə, bu faktlardan da aydın olur ki, Azərbaycan Respublikası Xocalı soyqırımı haqqında həm siyasi, həm də hüquqi qərar qəbul edib. Amma buna baxmayaraq, hələ də bir sıra müxalifət yetkililəri və onların nəzarətində olan mətbuat orqanları Xocalı soyqırımına yetəri siyasi, hüquqi qiymət verilmədiyini iddia edirlər. Bu iddiaların absurd və həqiqətdən uzaq olduğunu isə yuxarıda göstərdiyimiz faktlar da təsdiq edir. Əgər müxalifət təmsilçiləri bu məsələlərdən xəbərsizdirsə, bu, yalnız onların gündəmi izləməməyindən və məlumatsızlığından irəli gəlir.
AQŞİN
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

