Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir
23.02.2010 [08:20]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Təşkilatın Qadınlar Şurasının keçirdiyi tədbirdə Xocalıda həlak olmuş insanların xatirəsi yad edilib. YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirib ki, Xocalı soyqırımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistanın rəsmi siyasətinin nəticəsidir. Onun sözlərinə görə, XX əsrin sonunda baş vermiş bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: “Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı, eyni zamanda, bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 18 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən ruslara məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə divan tutaraq şəhəri yerlə-yeksan ediblər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər sakin əsir götürülüb. Təəssüf hissi ilə qeyd edilməlidir ki, onlardan 700 nəfəri hələ də erməni əsirliyindədir”.
M.İbrahimova vurğulayıb ki, dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər özlərini dünya ictimaiyyətinə “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan ermənilərin və erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirib.
47 saylı orta məktəbin direktoru Aytən Bağırova isə bildirib ki, bu gün dünya dövlətləri ərazi bütövlüyü prinsipini rəhbər tutaraq beynəlxalq terrorizmə və təcavüzkarlığa qarşı vahid cəbhədə birləşməlidir: “Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və bütövlükdə 20 faiz ərazisinin işğal edilməsi, 20 mindən artıq Azərbaycan vətəndaşının dəhşətli terrora və kütləvi qırğınlara məruz qalması ermənilərin sırf etnik təmizləmə siyasəti aparmalarından xəbər verir. Beynəlxalq təşkilatlar və dünya birliyi terrorçuluğu və irqçi ideologiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görməsə bəşəriyyət yeni faciələrilə üz-üzə qala bilər”.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının üzvü Tahirə Şükürova çıxışında qeyd edib ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan hökuməti və parlamenti ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində ardıcıl fəaliyyət göstərib. Məhz Ulu öndərimizin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi Xocalı faciəsini soyqırım kimi qiymətləndirib və beynəlxalq ictimaiyyətə, dünya dövlətlərinə müraciət qəbul edib.
Aybəniz Rüstəmova isə qeyd edib ki, Xocalı faciəsini beynəlxalq aləmdə tanıtdırmaq istiqamətində Yeni Azərbaycan Partiyası ötən dövr ərzində genişmiqyaslı fəaliyyət göstərib. Belə ki, Yeni Azərbaycan Partiyası ötən illərdə ATƏT, AŞ, BMT kimi beynəlxalq qurumlara ünvanladığı müraciət, məktub və sənədlərdə dünya ölkələrini soyqırıma münasibət bildirməyə çağırıb. Onun sözlərinə görə, xaricdə Azərbaycan diaspor təşkilatları da soyqırımın tanınması istiqamətində ardıcıl işlər görürlər.
Tədbirdə daha sonra Nərimanov rayonu 47 saylı orta məktəbin şagirdləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

