“Beşinci kolon”un erməni sevgisi, yaxud dağıdıcılar nə üçün Ermənistanı müdafiə edirlər?
01.07.2020 [09:56]
Ekspertlərin fikrincə, “Milli şura”nın, AXCP-nin, xarici ölkələrdə yaşayan bəzi şəxslərin Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında onların Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktoru dayanır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan qlobal problemlərin həllində fəal rol oynayır, ölkəmizin təşəbbüsü ilə regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələr reallaşdırılır. Eyni zamanda, hazırkı pandemiya şəraitində Azərbaycanın təşəbbüsiləri qlobal həmrəyliyə, birgə səylər əsasında ümumi mübarizə mexanizminin formalaşmasına xidmət edir. Bu məqamda qeyd edək ki, Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə təcrübəsi də beynəlxalq səviyyədə müsbət nümunə kimi səciyyələndirilir. Azərbaycan dövləti işğalçı Ermənistandan fərqli olaraq vətəndaşların sağlamlığının, təhlükəsizliyinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Ermənistanda isə bütün sahələrdə olduqca acınacaqlı durum hökm sürür. İşğalçı ölkədə pandemiyanın nəzarətdən çıxıb, baş nazir isə yoluxma sayına görə Ermənistanın dünyada lider olmasını açıq etiraf edib.
Yeri gəlmişkən, bir müddət öncə Prezident İlham Əliyev də bu ölkədə baş verənlərə münasibət bildirərək Ermənistan hakimiyyətini sərt tənqid etmişdi. Maraqlıdır ki, ölkə Prezidentinin real həqiqətləri əks etdirən fikirləri düşmən ölkə ilə yanaşı, “sapı özümüzdən olan baltalar”ı da narahat edib. Antiazərbaycançı mövqedə olan bəzi ermənipərəst dairələrin “vəkilliyi”ni həyata keçirən xəyanətkar ünsürlər bu dəfə də ənənəvi amplualarından çıxış ediblər. Onlar məhz xarici himayədarlarından aldıqları direktivlər əsasında Ermənistanı müdafiə edib, eləcə də Azərbaycan dövlətinə qarşı şər-böhtan dolu ifadələr səsləndiriblər. Ekspertlərin fikrincə, “Milli şura”, AXCP, həmçinin xarici ölkələrdə yaşayan bəzi şəxslərin Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında onların Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktoru dayanır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq var. Millət vəkili qeyd edib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. İqtisadiyyatın inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər tədbirlər həyata keçirilir: “Dünyada ölkəmizə olan inam və etimad günü-gündən daha da artır. Prezident İlham Əliyev qlobal əhəmiyyət daşıyan bir sıra mühüm təşəbbüslərlə çıxış edir, beynəlxalq səylərə dəstək verir. Pandemiya dövründə Azərbaycan bir çox beynəlxalq videokonfrans formatında görüşlərin təşəbbüskarı və təşkilatçısı oldu. Lakin Ermənistan barədə bunu demək mümkün deyil. Bu ölkədə vəziyyət acınacaqlıdır. Ölkə iqtisadiyyatı çökür, Ermənistan bir çox enerji layihələrindən tamamilə kənarda qalıb. Bu gün Ermənistan iqtisadiyyatı xarici dövlətlərdən bilavasitə asılıdır, iqtisadiyyat getdikcə çökür”.
Millət vəkili onu da bildirib ki, Ermənistan pandemiya sınağından da üzüağ çıxa bilmədi. Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə ilk gündən operativ və adekvat qərarlar qəbul etdiyini, pandemiyanın vətəndaşlara, ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması məqsədilə ciddi addımların atıldığını söyləyən C.Məmmədov Ermənistanda vəziyyətin tamamilə nəzarətdən çıxdığın, işğalçı ölkənin pandemiya ilə effektiv mübarizə apara bilmədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, pandemiyanın yayılmasının nəzarətdən çıxması, baş nazir Nikol Paşınyanın yoluxma sayına görə Ermənistanın dünyada lider olması barədə etirafı bariz reallıqlardır.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Ermənistan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından müqayisəolunmaz dərəcədə zəif olduğunu deyib. Onun sözlərinə görə, işğalçı ölkədə küçədən hakimiyyətə gələn Nikol Paşinyan bütün vasitələrə əl atsa da, istəyinə çata bilmir. Baş redaktor bildirib ki, özü və ailəsi qaçaqmalçılıqla məşğul olan, Ermənistanın zəngin iş adamlarının pulunu mənimsəmək yolunu seçən Paşinyanın Köçəryan və Sərkisyandan heç bir fərqi yoxdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hakimiyyətini tənqid etməsinin “Milli şura”nı narahat etməsi məsələsinə də toxunan B.Quliyev əlavə edib ki, bu qondarma qurumun üzvlərinin fəaliyyətlərinin əsas məğzi, məzmunu, xisləti antiazərbaycançılıq və antimilli yanaşma üzərində qurulub: “Milli şura” adlanan qurumun təmsilçilərinin tutduğu mövqe xəyanətdən başqa bir şey deyil. Bu gün həm daxildə, həm də xaricdə oturub “Milli şura”nın adından çıxış edənlər Azərbaycanın milli maraqlarını müdafiə etmək əvəzinə, torpaqlarımızın 20 faizini işğal edən terrorçu Ermənistanı dəstəkləyirlər. Qondarma “Milli şura”nın sədri Cəmil Həsənli, bu qurumda təmsil olunan digərləri, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslərin milli hisslərini tam itirməsi, hakimiyyətə qarşı deyil, artıq dövlətə qarşı mübarizə aparması bir daha onların siyasi kimliyinin üzə çıxarır. “Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipindən çıxış edən, öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etməkdən, vətənlərini isə ləkələməkdən belə çəkinməyən bu şəxslərin Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi hər kəsə bəllidir və qondarma “şura”nın son videotoplantısında radikal ünsürlərin “bizim işimiz Azərbaycan hakimiyyətini şərləməkdir” etirafını etməsi isə onların əsl simasını və xislətini aydın nümayiş etdirir”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

