/ / Azərbaycan diplomatı BMT Təhlükəsizlik Şurasının koronavirus pandemiyasına həsr olunmuş iclasında çıxış edib
Azərbaycan diplomatı BMT Təhlükəsizlik Şurasının koronavirus pandemiyasına həsr olunmuş iclasında çıxış edib
04.07.2020 [07:21]
Ermənistanın məqsədi onun etnik təmizləməyə və işğala məruz qoyduğu əraziləri müstəmləkələşdirmək, habelə 700 mindən çox azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmalarına yol verməməkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bu fikri iyulun 2-də BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi: COVID-19-un nəticələri” mövzusuna həsr olunmuş iclasındakı çıxışında söyləyib.
Azərbaycan diplomatı qeyd edib ki, Azərbaycan Təhlükəsizlik Şurasının 1 iyul tarixli iclasının gündəliyindəki “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi” bəndi ilə əlaqədar çoxdan gözlənilən qətnamənin qəbul edilməsini alqışlayır və BMT Baş katibinin bu böhrana cavab səylərini yüksək qiymətləndirir.
Y.Əliyev vurğulayıb ki, indiki vəziyyət pandemiya şəraitində beynəlxalq birliyin üzləşdiyi problemlərin vaxtında və səmərəli həll edilməsi, onun sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün birgə fəaliyyət göstərilməsini tələb edir. Bu məqsədə yalnız pərakəndəliyin aradan qaldırılmasına, əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş birgə, uzlaşdırılmış səylər və BMT-nin aparıcı rolunun vurğulanması yolu ilə nail olmaq mümkündür. Azərbaycan beynəlxalq həmrəyliyin möhkəmlənməsinə, dəstək və resursların hərtərəfli səfərbər edilməsinin inkişafına şərait yaratmaq üçün nə mümkündürsə edir. Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə ianə verib, pandemiyadan zərər çəkmiş 29 ölkəyə təxirəsalınmaz humanitar yardım göstərib.
2020-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının “COVID-19 pandemiyasına qarşı mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda yüksək səviyyəli fövqəladə zirvə görüşü keçirilib. Bu görüş pandemiyanın yayılmasının qarşısının alınması və onun ləğv edilməsi üzrə təcili birgə tədbirlər görülməsinin və əməkdaşlığı genişləndirməyin zəruri olması barədə fikir söylənilmiş yüksək səviyyəli ilk görüşlərdən biri oldu.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş daha bir təşəbbüs 2020-ci il mayın 4-də Hərəkatın Təmas Qrupunun pandemiyaya cavab olaraq “COVID-19 pandemiyasına qarşı birgə fəaliyyət” mövzusunda yüksək səviyyəli onlayn-müşavirənin keçirilməsi ilə başa çatdı. Müşavirənin məqsədi virusun nəticələrini qiymətləndirmək, virusun yayılmasının qarşısının alınması üçün mümkün vasitələrlə bağlı tələblərin aşkar edilməsi idi.
Azərbaycan diplomatı qeyd edib ki, həmin müşavirədə Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv dövlətlər adından dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında xüsusi sessiyasının çağırılması barədə xahişlə müraciət olunmasını təklif edib. Baş Assambleyanın prosedur qaydalarına müvafiq olaraq atılmış növbəti addımlar nəticəsində bütün regionları təmsil edən üzv dövlətlərin və siyasi qrupların əksəriyyəti bu təşəbbüsü dəstəklədiklərini bildirib. Baş Assambleyanın otuz birinci xüsusi sessiyası 2020-ci il iyulun 10-da keçiriləcək.
Y.Əliyev qeyd edib ki, Təhlükəsizlik Şurasının 1 iyul tarixli qətnaməsinə əsasən COVID-19 pandemiyasının görünməmiş miqyas alması beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yarada bilər. Ona görə bütün hallarda döyüş əməliyyatlarının bütünlüklə və dərhal dayandırılması, silahlı münaqişələrin bütün tərəflərinin dərhal uzunmüddətli humanitar fasilə verməsi zəruridir.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi qeyd edib ki, hərbi əməliyyatların dayandırılmasının və humanitar tədbirlərin mühüm vasitəsi olan atəşkəs haqqında sazişlər münaqişələrin tezliklə siyasi yolla nizamlanmasına nail olmaq üçün vicdanla yerinə yetirilməlidir. Təəssüf ki, bəzi silahlı münaqişələrdə uydurma sülhsevərlik, barışığa və atəşin dayandırılmasına sözdə tərəfdar olmaq, əslində isə humanitar prinsiplərin məqsədlərinin düzgün başa düşülməməsi təcavüzkarlar tərəfindən qanunsuz güc tətbiq edilməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və beynəlxalq hüququ pozan digər hərəkətlər nəticəsində hərbi işğalı möhkəmlətmək niyyəti ilə istifadə edilir.
Beləliklə, 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs müəyyən edildiyi vaxtdan Ermənistanın silahlı qüvvələri mütəmadi olaraq atəşkəs rejimini pozub, iki dövlət arasında təmas xətti və dövlət sərhədi boyunca yerləşən Azərbaycan şəhər və kəndlərini atəşə tutublar. BMT Baş katibinin qlobal atəşkəsə çağırmasına baxmayaraq, belə hallar davam edir. Ermənistan, o cümlədən işğal olunmuş ərazilərdə hərbi qüvvə toplamaq və bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirmək yolu ilə işğal status-kvosunu möhkəmlətmək üçün məqsədyönlü siyasət yürüdür. Bu, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. Y.Əliyev vurğulayıb ki, istər davam edən sülh prosesi, istərsə də ictimai səhiyyə sahəsində qlobal fövqəladə vəziyyət təcavüzkarı öz qanunsuz fəaliyyətinə son qoymağa inandıra bilməyib.
Əksinə, 2020-ci il martın 31-də və aprelin 14-də Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qanunsuz “seçkilər” keçirib. Bu, bir daha əyani şəkildə göstərir ki, Ermənistan beynəlxalq humanitar hüquq prinsiplərinin pozmaqla insanların rifahını və təhlükəsizliyini özünün siyasi məqsədlərinə qurban verir. Buna görə də Ermənistanın guya BMT Baş katibinin qlobal atəşkəsə çağırışını dəstəkləməsi və bu çağırışa sədaqəti barədə bəyanatı tamamilə yalandır.
Azərbaycan diplomatı çıxışının sonunda bəyan edib ki, BMT-nin yaradılmasından keçən 75 il ərzində beynəlxalq mübahisələrin tənzimlənməsi, münaqişələrin nizamlanması, müstəmləkəçiliyin kökünün kəsilməsi, müharibədən, zorakılıqdan və qeyri-sabitlikdən əziyyət çəkənlərin həyat qabiliyyətinin bərpa olunması üçün çox iş görülüb. Lakin münaqişələrin bərpasının davam etməsi, köçkünlərin sayının artması və nifrət zəminində zorakılıq ilə əlaqədar ciddi problemlər hələ də qalır. Bütün dünyada insanlar sürəkli xarici işğaldan, etnik təmizləmələrdən və beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət olmamasından əvvəlki kimi əziyyət çəkirlər. Həlli uzanan münaqişələr, onların siyasi, hərbi və humanitar nəticələri unudulmamalıdır. BMT Nizamnaməsinə və beynəlxalq hüquqa riayət edilməsi münaqişəli vəziyyətlərin və onların neqativ humanitar nəticələrinin nizamlanmasına yönəlmiş hər hansı səylərin ayrılmaz hissəsi olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

