/ / Xüsusi karantin rejiminin uzadılması, əlavə məhdudiyyətlərin tətbiqi pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb
Xüsusi karantin rejiminin uzadılması, əlavə məhdudiyyətlərin tətbiqi pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb
04.07.2020 [07:22]
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarından da bəllidir ki, koronavirusa yoluxma sabitləşib, əvvəlki tendensiya artıq yoxdur. Ötən iki həftə ərzində tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi müsbət nəticəsini verdiyindən dinamikanın saxlanılması şərt oldu. Bu səbəbdən də, sərtləşdirilmiş karantin rejiminin uzadılması, əlavə məhdudiyyətlərin tətbiqi pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, yollardan postların yığışdırılmasından sonra polislərin daha da gücləndirilmiş iş rejiminə keçməsi, qapalı və ictimai məkanlarda polis nəzarətinin gücləndirilməsi ilə sərtləşdirilmiş karantin rejiminin tətbiqi pandemiyanın təsirlərinin azaldılması baxımından nəticənin daha da yaxşılaşmasına öz müsbət töhfəsini verəcək. Ayın 5-dən sonrakı iki həftə ərzində də sərt qaydalar olacaq, hətta çoxsaylı insanların istifadə etdiyi metro xidməti tamamilə bağlanacaq. Eyni zamanda, həftə sonlarında ümumiyyətlə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Digər məhdudiyyətlər də tətbiq ediləcək. Eləcə də ictimai və sosial məsuliyyətin artırılması məqsədilə cərimələrin artırılmasını nəzərdə tutan qanun da artıq qüvvədədir. Beləliklə də, hökumət yoluxmanın sürətini və sayını azaltmaq üçün bu gün üçün məqbul olan məhdudiyyətləri tətbiq etdi. Amma bu, insanlarımızda əvvəlki dövrdəki laqeydliyi, məsuliyyətsizliyi yenidən alovlandırmamalıdır. Biz birlikdə güclü olduğumuz üçün pandemiyaya qarşı mübarizədə də birgə addımlamalıyıq. Bu dövrü səbirlə, təmkinlə keçirməliyik, qayda və qanunlara mütləq riayət etməliyik. Ehtiyac olmadığı təqdirdə evdən çıxmayaq, mağazaya, ictimai məkanlara gedərkən maskadan istifadə edək, sosial məsafəni qoruyaq, bir-birimizə hörmət edək.
“Vətəndaşlarımız bir həqiqəti bilməlidir ki, nə qədər səbirli olub bu məhdudiyyətlər dövrünü təmkinlə başa vursaq, bir o qədər də karantin şəraitindən tez çıxarıq, bütün məhdudiyyətlər də aradan qalxar. Beləliklə də, normal yaşayış tərzimizə yenidən dönmüş olarıq”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, nə qədər ki pandemiya şəraiti və karantin sürəcək, bunun dövlətimizə də, hər bir vətəndaşımıza da zərəri olacaq. Təsəvvür edin ki, hazırda koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatına 2 trilyon dollara qədər zərər dəyib. ABŞ-da əhalinin təxminən 40 faizi işsiz vəziyyətə düşüb. Avropa iqtisadiyyatının bərpası üçün 400 milyard avro tələb olunur. Hətta, bu gün Avropa ölkələrində gənclərin işsizlik səviyyəsi 30 faizə yüksəlib. Bütün bunlar əlbəttə ki, Azərbaycana da təsir edir. Amma hər bir halda dövlət müxtəlif proqramlarla vəziyyəti stabil saxlamağa çalışır. Lakin bilməliyik ki, səbirli və təmkinli olmağımız, pandemiyanı birgə tez bir zamanda məğlub etməyimiz nəticəsində dövlətimizin vəziyyəti, iqtisadiyyat stabilləşəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

