Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinın məlumatı
05.03.2010 [10:02]
“Azadlıq” qəzetinin “Turan”ın bölgə müxbirinə istinadla verdiyi məlumatda bildirilir ki, “Keçən il dekabrın 28-dən etibarən ötən iki ayda Naxçıvanın Bənəniyar kəndində Aşura mərasimi ilə bağlı sakinlərə edilən təzyiqlər nəticəsində 4 nəfər - Fərzalı Əliyev, Əliyar Əliyev, Eldəniz Cəbiyev və Rza Nuriyev vəfat edib, bir nəfər - Əli Rəhimov hələ də ağır xəstədir”.
Leyla Yunus isə “Bənəniyar hadisələri zamanı işgəncədən artıq dörd nəfərin dünyasını dəyişdiyini” deyərək bu faktların hüquq-müdafiə təşkilatlarının hesabatlarına salınacağı ilə təhdid edir.
Bəs əslində nə baş verib? Faktların təhlili göstərir ki, ötən ilin dekabrından bu günə kimi həmin kənddən dünyasını dəyişən insanların hamısı işgəncə qurbanları kimi qələmə verilir. Bir qayda olaraq, yoxlanılmamış və əsassız materiallar dərc edən “Azadlıq” qəzetində iddia olunur ki, Fərzalı Əliyev işgəncə qurbanıdır. Əslində isə 1969-cu il aprelin 1-də Bənəniyar kəndində anadan olan Əliyev Fərzalı Əli oğlu səkkiz ay əvvəl ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orada yaşamış və tikintidə çalışıb. ürəyindən şikayətləri olmuş, iki dəfə gizli infarkt keçirib. 2010-cu il yanvarın 15-də ürək ağrılarından şikayəti ilə Bakı şəhərindəki Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib, orada infarkt xəstəliyindən vəfat edib.
“Azadlıq” qəzetinin “işgəncə qurbanları”nın siyahısında Əliyar Əliyev adlı şəxsin də adı var. Əslində soyadı qeyd olunduğu kimi Əliyev yox, Həsənov olan Əliyar Tahar oğlu Həsənov 1964-cü il iyulun 1-də Bənəniyar kəndində anadan olub, Rusiya Federasiyasının Saratov şəhərində yaşayıb, böyrək çatışmazlığı xəstəliyinə düçar olub, uzun müddət Bakı şəhərində müalicə alıb. Böyrək çatışmazlığı problemi ilə bağlı həmin şəxsdə karlıq və qaraciyər xəstəliyi yaranıb və o, 2010-cu il yanvarın 18-də kəskin böyrək çatışmazlığından vəfat edib.
“Azadlıq” qəzeti xərçəng xəstəliyindən dünyasını dəyişmiş Bənəniyar kənd sakini mərhum Cəbiyev Eldəniz Məhəmməd oğlunu da “işgəncə qurbanları” sırasına daxil edib. 1975-ci il sentyabrın 22-də Culfa rayonunun Bənəniyar kəndində anadan olan Eldəniz Cəbiyevə 2009-cu ilin avqust ayında ağ ciyər xərçəngi diaqnozu qoyulub. Naxçıvanda, Bakıda və İran İslam Respublikasında müalicə olunub. O, yanvarın 2-dən 24-dək müalicə almaq məqsədi ilə İrana gedib, Təbrizdə “Şəhriyar” xəstəxanasında müalicə alıb, səhhəti ağırlaşdığından kəndə gətirilib və fevralın 6-da xərçəng xəstəliyindən vəfat edib.
“Azadlıq” qəzeti və ona məxsus böhtançı kampaniyası “işgəncə qurbanları” siyahısında Rza Nuriyevin də adını hallandırır. Bildiririk ki, Culfa rayon Bənəniyar kənd sakini 1948-ci il təvəllüdlü Nuriyev Rza İbrahim oğlu fevralın 23-də Naxçıvan Muxtar Respublikası Kardioloji Dispanserinə gətirilib və onda kardiogen şok, II dərəcə şəkərli diabet diaqnozu təsdiq edilib, təcili tədbirlər görülüb. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq, Rza Nuriyev kəskin ürək-damar çatışmazlığından və yüksək şəkərdən vəfat edib.
Qəzetin adı çəkilən məqaləsində Bənəniyar kənd sakini Rəhimov Əli Qəzənfər oğlunun da guya işgəncə nəticəsində xəstəlik tapdığı iddia edilir. Əslində isə Qəzənfər Rəhimov 1989-cu ildə beyin insultu keçirib. Həmin dövrdən birinci qrup əlildir. Bədəninin sağ tərəfi iflic vəziyyətindədir.
öz əcəli ilə dünyasını dəyişmiş, yaxud xəstəlik taparaq əlil olmuş insanları “işgəncə qurbanları” kimi hüquq-müdafiə təşkilatlarının hesabatlarına saldırmaq istəyənlərin çirkin niyyəti və mənəviyyatsızlığı göz qabağındadır. Hətta, bu insanlar xəstə təxəyyülləri nəticəsində o dərəcədə reallıq hissini itiriblər ki, bundan əvvəlki yazılarında Bənəniyar kənd sakini Nadir Ələkbərovu da “işgəncə qurbanları” sırasına daxil ediblər. 1958-ci ildə Bənəniyar kəndində anadan olmuş Nadir Qadir oğlu Ələkbərov 1976-cı ildə hərbi xidməti bitirdikdən sonra yaşayış yeri kimi Rusiya Federasiyasını seçib, orada qalıb. Voloqda şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nadir Ələkbərov 2010-cu il fevralın 3-də Voloqda şəhərində vəfat edib, orada dəfn olunub. Valideynləri mərhuma Bənəniyar kəndində yas saxladığından bu fakt da “hüquq müdafiəçilərinin” işinə yarayıb və Nadir Ələkbərov “işgəncə qurbanları” siyahısına düşüb.
“İşgəncə qurbanları” siyahısına daxil edilən Eldəniz Cəbiyevin ailəsi isə vəfat edən insanların acısından öz məqsədləri naminə istifadə edənlərə yerini göstərmək, məhkəməyə müraciət etmək qərarına gəlib.
Bir daha bildiririk ki, əsassız ittihamlarla başlanan kampaniya reallığı əks etdirmədiyindən Muxtar Respublika sakinləri tərəfindən nifrətlə qarşılanır və rədd edilir.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25

