/ / Deputat: Qəbul olunan qərarlara və qoyulan qaydalara riayət etmək bizim vətəndaşlıq borcumuz və vəzifəmizdir
Deputat: Qəbul olunan qərarlara və qoyulan qaydalara riayət etmək bizim vətəndaşlıq borcumuz və vəzifəmizdir
25.08.2020 [08:50]
Bütün dünyanı bürüyən koronavirus pandemiyasının qarşısının alınması istiqamətində ölkəmizdə də son 6 ayda çox ciddi addımlar atılıb. Xüsusilə Prezident İlham Əliyevin bu məsələyə vaxtında çevik reaksiya göstərərək təxirəsalınmaz təbirlər görməsi ilə ölkəmizdə “gizli düşmən”lə mübarizədə böyük uğurlar əldə edilib. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bu məsələdə də Azərbaycan dünyada nümunə kimi göstərildi. Səhiyyə sistemi Azərbaycandan güclü olan inkişaf etmiş ölkələrlə müqayisədə respublikamızda istər yoluxma, istərsə də ölüm sayında göstəricilər qat-qat aşağı oldu və minimum itki qeydə alındı. Təbii, istərdik ki, mövcud statistikada əksini tapan mənfi rəqəmlər də olmasın, amma bunlar bizim imkanlarımız və arzularımız xaricində olan məqamlardır. Ancaq sevindirici məqam odur ki, artıq yoluxma və ölüm sayında daha müsbət dinamika yaşanır, həm yoluxma, həm də ölüm hallarının sayı aşağı düşməkdədir. Dediyim kimi, bunlar görülən işlərin, çəkilən zəhmətin, edilən çağırışların və tətbiq olunan qadağaların hesabınadır. Əgər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vaxtında sərtləşdirilmiş və xüsusi karantin rejimi, qadağalar, məhdudiyyətlər tətbiq edilməsəydi, həmçinin görülən saysız-hesabsız işlər, atılan addımlar olmasaydı, bu gün tamamilə arzulamadığımız, qətiyyən görmək istəmədiyimiz bir mənzərə ilə üz-üzə qalardıq. Çox şükürlər ki, biz görülmüş qabaqlayıcı və uzaqgörən tədbirlər nəticəsində pandemiyanın ağır fəsadlarından, itkilərdən maksimum şəkildə yayına bildik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.
Deputat qeyd edib ki, görülən bu qədər işlərin, çəkilən zəhmətlərin, əldə edilən uğurların fonunda bəzi vəzifəli şəxslərin qoyulan qadağalara, tətbiq olunan karantin qaydalarına və şərtlərinə əməl etməməsi, bundan müxtəlif yollarla yayınması hamımızı dərindən üzür və narahat edir. Çünki bu, yolverilməz və qəbuledilməzdir. Əgər qaydalar qəbul olunubsa, qadağalar müəyyənləşdirilibsə, kimliyindən, tutduğu mövqedən, sosial durumundan asılı olmayaraq, hər kəs onlara birmənalı şəkildə əməl etməlidir. Bu, bizim vətəndaşlıq borcumuz və vəzifəmizdir. Hamımız qaydalara, qadağalara, qanunlara əməl etməyə borcluyuq. Hamı qanun qarşısında bərabər, eyni hüquqlara malikdir.
Allahdan hər bir ailəyə övlad toyu, gözəl günlər qismət etməsini diləyən J.Əliyeva bildirib ki, indiki çətin şəraitdə qaydalara, şərtlərə riayət etmək zəruridir. Əgər qərar verilibsə ki, pandemiya dövründə toy şənlikləri keçirmək olmaz, deməli, hamı buna əməl etməlidir. Burada ikinci bir fikir, mövqe, yanaşma olmamalıdır. Hər zaman dediyimiz kimi, biz yalnız qaydalara, qanunlara əməl etməklə, həmrəylik və məsuliyyət nümayiş etdirməklə birlikdə bu bəladan qurtula və xilas ola bilərik.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

