Azərbaycanda keyfiyyətcə yeni, daha səmərəli idarəetmə sistemi formalaşdırılır
29.08.2020 [01:04]
Prezident İlham Əliyev: Dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər
Azərbaycanda həyata keçirilən dövlət siyasəti ardıcıl və konseptual səciyyə daşıyır. Atılan bütün addımların, görülən bütün işlərin arxasında milli inkişafa xidmət edən konkret məqsədlər və strateji hədəflər dayanır. Bu baxımdan, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan kadr və struktur islahatları da mühüm əhəmiyyətə malikdir.
İnkaredilməz reallıqdır ki, məqsədyönlü siyasət sayəsində Azərbaycan uğurla inkişaf edir, ölkəmizin daha müasir siması formalaşır və buna müvafiq olaraq yeni çağırışlar meydana çıxır. Azərbaycanın bütün dövlət qurumlarının, əhaliyə ictimai xidmətlər göstərən təşkilatların, eləcə də kadrların fəaliyyəti də məhz bu meyarlara cavab verməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev keçirdiyi müxtəlif tədbirlərdə indiki şəraitdə respublikamızda struktur və kadr islahatlarının zəruriliyini əsaslandırıb. Prezident İlham Əliyev vəzifəyə yeni təyin etdiyi kadrları qəbul edərək onlara yerlərdə işi necə qurmaq barədə konkret tapşırıqlar verir. Dövlət başçımız bu qəbildən olan son qəbulunu avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirib.
Ölkəmizdə kadrlar seçilərkən onların vətənpərvərliyi və peşəkarlığı əsas götürülür
Son vaxtlarda Prezident İlham Əliyevin müxtəlif vəzifələrə yeni təyin olunan kadrları videoformatda qəbul edərkən səsləndirdiyi fikirlərə istinad edərək deyə bilərik ki, hazırkı mərhələdə dövlət başçımızın kadrlara verdiyi tələblər kifayət qədər yüksəkdir. Kadrlardan çeviklik və öz işlərinə yeni yanaşma tələb olunur. Bu da respublikada aparılan siyasətin dinamizmi ilə bağlıdır. Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Məqsəd ona yönəlib ki, respublikamız indiyə qədər yaradılan baza üzərində bundan sonra daha yüksək sürətlə inkişaf etsin, insanların rifah halı daha da yaxşılaşsın. Prezident İlham Əliyev kadr islahatları ilə, əslində, idarəetməyə yeni nəfəs, daha güclü enerji gətirmək istəyir.
Bundan başqa, hazırda dünyada gedən proseslər kadrların seçiminə olduqca həssas yanaşma tələb edir. Məlum olduğu kimi, müstəqil Azərbaycanın bütün sahələrdə dinamik templərlə inkişafı, beynəlxalq birliyin layiqli üzvünə çevrilməsi, milli maraqlarını qətiyyətlə qoruması ölkəmizin dostlarının, tərəfdaşlarının sayını artırıb.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, indiki mərhələdə ölkədə şəffaflığın artırılması Azərbaycan dövlətinin gündəliyində duran çox vacib məsələdir. Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də güclü siyasi iradə göstərilir. Yaradılan səmərəli antikorrupsiya platformaları vasitəsilə neqativ hallara yol verən məmurlara qarşı ciddi mübarizə aparılır. Son vaxtlarda respublikamızda müvafiq qurumların xətti ilə həyata keçirilən tədbirlər göstərir ki, dövlət başçısının ölkədə şəffaflığın artırılması ilə bağlı qarşıya qoyduğu tələblərə əməl etməyən heç bir məmura güzəşt yoxdur, hansı vəzifəli şəxs qanunları pozursa, əliəyriliyə yol verirsə, tabeçiliyindəkilərdən, sahibkarlardan qeyri-qanuni ödəmələr tələb edirsə, mütləq cəzalandırılır. Dövlət başçımız yuxarıda bəhs olunan qəbulda vəzifəyə yeni təyin etdiyi kadrların seçiminə hansı meyarlarla yanaşdığını açıq şəkildə bildirib. “Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın dövlət başçısının vəzifəyə yeni təyin olunan kadrlara verdiyi ən mühüm tapşırıqlardan biri isə onların yerlərdə xalqla sıx ünsiyyət qurmaları ilə bağlıdır. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev məhz xalqa güvənir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, hər bir məmurun vəzifəsi xalqa xidmət etməkdir. Prezident İlham Əliyev vəzifəyə yeni təyin etdiyi kadrlardan da məhz bu kimi keyfiyyətləri tələb edir. İndiki mərhələdə kadrlar onlara tapşırılan vəzifəni heç bir halda kabinetdə oturaraq icra etməməlidirlər. Məmurlar ictimaiyyətin arasında olmalı, vətəndaşları dinləməli, problemlər barədə onların dilindən eşitməlidirlər və öz fəaliyyətlərini də cəmiyyətin istəyinə uyğun qurmalıdırlar. Məhz bu yolla yeni kadrlar vətəndaş məmnunluğunun artmasına, ölkəmizin inkişafına öz töhfələrini verə bilərlər.
Respublikamızda kadr dəyişiklikləri ilə paralel şəkildə struktur islahatları da həyata keçirilir
Yuxarıda qeyd etdiyimiz kimi, indiki mərhələdə respublikamızda bütövlükdə idarəetmənin çevikliyinin artırılması, vətəndaşlara ictimai xidmətlər göstərilməsinin səviyyəsinin yüksəldilməsi hədəflənib. Müəyyənləşdirilən bu strateji hədəfə uyğun olaraq respublikamızda kadr dəyişiklikləri ilə paralel şəkildə struktur islahatları da həyata keçirilir. Prezident İlham Əliyev yerli jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır. Bu, ümumi islahatlar siyasətinin təzahürüdür. İslahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçirilib. “Struktur islahatlarına gəldikdə, əlbəttə ki, Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatları aparıldı, Nazirlər Kabineti yenidən formalaşdı. Həm vəzifələrə yeni simalar gətirildi, eyni zamanda, struktur dəyişikliyi edildi. Yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq. Bu proses davam etdiriləcək. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər. XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin. Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanda indiki mərhələdə institusional islahatları respublikamızın yeni inkişaf mərhələsinə yüksəlməsi, müasir dövrün trendləri şərtləndirir. Dünya təcrübəsindən də bəlli olduğu kimi, inkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından asılıdır. Vurğulamaq yerinə düşər ki, son vaxtlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Onu da vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanın həyata keçirdiyi struktur islahatları, ölkədə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.
Nəticə etibarilə, Azərbaycanda keyfiyyətcə yeni, daha səmərəli idarəetmə sisteminin formalaşdırılması milli inkişafın dayanıqlılığının təmin olunması və ölkəmizin qarşısında yeni perspektivlərin açılması baxımından mühüm əhəmiyyətə malikdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

