/ / İstanbul Türkiyə-Azərbaycan Dərnəyi Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə etiraz olaraq bəyanat yayıb
İstanbul Türkiyə-Azərbaycan Dərnəyi Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə etiraz olaraq bəyanat yayıb
02.09.2020 [08:52]
Son zamanlar işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı edilən təxribatlar, o cümlədən Suriyadan sonra Livandan olan ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi cəhdi yolverilməzdir. Artıq uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. İşğal altındakı bu torpaqlarda ermənilər tərəfindən törədilən cinayətlər hər kəsə bəllidir. Dünya ölkələri birləşərək dərhal bu işğala son verilməsini tələb etməli, tarixi Azərbaycan torpaqları geri qaytarılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı yayılmış bəyanatda öz əksini tapıb.
İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlunun imzası ilə yayılan bəyanatda deyilir: “Təəssüflər olsun ki, Ermənistan hələ də öz işğalçılıq siyasətini davam etdirir. Beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan torpaqlarından çıxması ilə bağlı verdiyi qərarlara məhəl qoymayan Ermənistan tarixi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyətlərini davam etdirir. Bu qanunsuzluqlardan biri də Suriyadan sonra Livandan olan ermənilərin bu ərazilərə yerləşdirilməsi cəhdidir. Ermənistanın bu hərəkətləri beynəlxalq hüquqa, eləcə də 1949-cu il Cenevrə Konvensiyasına və onun əlavə protokollarına ziddir. Lakin buna baxmayaraq ermənilər öz təxribatçı əməllərindən hələ də əl çəkmirlər. Bəzi xarici qüvvələrin dəstəyi ilə Ermənistan dünyanın gözü qarşısında işğalçı mövqeyini davam etdirir. Bu, yolverilməzdir. Azərbaycana, o cümlədən bütün türk dünyasına qarşı edilən bu haqsızlığa göz yumanları şiddətlə qınayırıq. Azərbaycan ərazilərinin işğalı, eyni zamanda, bölgədə sülhü və sabitliyi təhlükə altıda saxlayır. Bu münaqişənin yeganə həlli Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsidir. Onlar bilməlidirlər ki, türk millətinin səbiri tükənir, artıq “yetər, bəsdir” deyilən nöqtədəyik”.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

