Əli Kərimlinin yeni saxtakarlığı ifşa olunub
25.09.2020 [23:42]
AXCP sədri onu tənqid edən və avtoritar fəaliyyətini narazılıqla qarşılayan şəxsləri partiyadan uzaqlaşdırmaq üçün müxtəlif qeyri-qanuni vasitələrə əl atır
İllərdir, adını “müxalifət” qoyaraq antimilli maraqların əsirinə çevrilən, eləcə də xarici qərəzli xarici dairələrin əlaltısı qismində çıxış edən Əli Kərimlinin rəhbərlik etdiyi partiyadan yalnız maddi gəlir əldə etmək məqsədilə istifadə etməsi hər kəsə bəllidir. Başqa sözlə, istər sədri olduğu AXCP-dən, istərsə də özünün “yedək təşkilat”ına çevirdiyi qondarma “Milli şura”dan korporativ gəlir mənbəyi kimi istifadə edən Ə.Kərimlinin yalnız bir məqsədi var: pul qazanmaq. Bu yolda ona mane olan, işinə əngəl törədən partiya üzvləri isə birmənalı şəkidə cəzalandırılır. Belə ki, onun qeyri-qanuni əməlləri, xaricdən aldığı qrantları mənimsəməsi haqda həqiqətləri dilə gətirən, eləcə də AXCP daxilində yaratdığı avtoritar idarəçiliyi tənqid edən AXCP üzvləri Əli Kərimlinin əmri ilə sosial şəbəkələrdə elə öz partiyadaşları tərəfindən linç edilir, onlara qarşı kampaniyalar belə aparılır. İndiyə qədər Əli Kərimlinin sözügedən fəaliyyətinə etiraz əlaməti olaraq istefa verən və ya saxta sənədlər, protokollar vasitəsilə partiyadan qovulan onlarla partiya üzvləri AXCP sədrini ifşa edərək bununla bağlı ictimaiyyətə açıqlamalar veriblər.
Yeri gəlmişkən, bu günlərdə Ə.Kərimlinin yeni bir saxtakarlıq əməli də faktlarla ortaya qoyulub. Bir müddət öncə özündən xəbərsiz AXCP sıralarından çıxarılmış Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTŞ) sədri Aydın Əliyev bununla bağlı məhkəməyə müraciət edib və Əli Kərimlinin onu sənədsiz, sübutsuz, heç bir iclas keçirilmədən, protokol sənədləri hazırlanmadan qeyri-qanuni şəkildə xaric etməsinə etiraz edib. A.Əliyev məhkəmə vasitəsilə partiyadan qanunsuz yolla uzaqlaşdırıldığını sübut etmək üçün vəsatət qaldırıb və partiya sıralarına bərpa olunmağını tələb edib. Vurğulanmalıdır ki, A.Əliyev Ə.Kərimlinin partiyadakı özbaşınalığını, qeyri-qanuni fəaliyyətini tənqid edən şəxs kimi tanınır.
Məhkəmədə etdiyi qeyri-qanuni əmələ don geyindirmək üçün isə Ə.Kərimli yeni bir saxtakarlığa əl atıb. Belə ki, yayılan səs yazısında Ə.Kərimlinin partiyanın başqa bir üzvünə-İradə adlı xanıma guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırır. O, öz qeyri-qanuni əməlinə haqq qazandırmaq üçün digər partiya üzvlərindən-müavini Nurəddin Məmmədlidən və Saqif adlı şəxsdən də “istifadə oluna biləcəyi”ni deyir.
Bəli, bu fakt bir daha Əli Kərimli üçün heç bir mənəvi dəyərin olmadığını üzə çıxarır. Digər tərəfdən bu faktlar və mövcud vəziyyət bütövlükdə radikal düşərgənin hansı vəziyyətdə olduğunu bir daha aşkara çıxarır. Bu, həm də onu növbəti dəfə sübut edir ki, adını “demokrat” qoyan Ə.Kərimli adi bir tənqidə və ya fərqli fikirə qarşı bu cür dözümsüzlük nümayiş etdirir, öz ambisiyaları naminə hər cür saxtakarlığa imza atmağa hazırdır. Təbii ki, əsas olan onun gəlir mənbəyinə çevrilmiş AXCP-nin əldən çıxmamasıdır.
Sosial şəbəkələrdə yazılmış rəylərdə də vurğulanır ki, bu gün antiazərbaycançı mərkəzlərin “istinad nöqtəsi”nə çevrilmək üçün əldən-ayaqdan gedən, maddiyyat qarşılığında Azərbaycana qarşı hazırlanan məkrli planların icrasında rol almaq üçün min bir dona girən Ə.Kərimli onun çirkin fəaliyyəti haqda məlumatlı olan şəxsləri neytrallaşdırmaq üçün belə addımlar atır. Amma anlamır ki, Azərbaycan cəmiyyəti Ə.Kərimlinin kim olduğunu, onun hansı “əqidə”yə xidmət etdiyini və kimlərlə əlbir olduğunu yaxşı bilir. Necə deyərlər, Ə.Kərimli nə qədər çalışsa da, cidanı çuvalda gizlədə bilmir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

