Sərdar Cəlaloğlu: Vətən müharibəsində iqtidar-müxalifət söhbəti ola bilməz
29.09.2020 [09:08]
“Hazırkı vəziyyətdə bütün siyasi partiyaların həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Mən Prezident İlham Əliyevin xalqa müraciətini və Təhlükəsizlik Şurasının iclasındakı çıxışını diqqətlə dinlədim, Onun qətiyyətli mövqeyinin şahidi oldum. Cəbhədə qazanılan uğurlara görə ölkə Prezidentini, ordunu və xalqımızı təbrik edirəm. İnanıram ki, ordumuz sona qədər döyüşəcək və Dağlıq Qarabağ işğaldan tam azad ediləcək. Döyüşlərin getdiyi bir vaxtda müxalifətin də üzərinə vəzifələr düşür və biz bu məsuliyyətdən kənarda qalmamalıyıq. Bu, Vətən müharibəsidir, Vətən müharibəsində iqtidar-müxalifət söhbəti ola bilməz. Mən tam arxayınam ki, Dağlıq Qarabağ qısa müddətdə işğaldan azad olunacaq”. Bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Ermənipərəst qüvvələrin, müəyyən beynəlxalq təşkilatların müharibənin dayandırılması çağırışına münasibət bildirən partiya sədrinin fikrincə, bu, tamamilə yanlışdır. Onun sözlərinə görə, beynəlxalq hüquqda işğalçı ilə işğala məruz qalan bərabər tutula bilməz: “Kimsə bu müharibənin dayandırılmasını istəyirsə, Ermənistana müraciət etməlidir ki, işğalçı qoşunlarını torpaqlarımızdan çıxarsın. Xankəndidə Azərbaycan bayrağı dalğalanmalıdır və Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər istisna olmaqla, Qarabağda bir erməninin də izi qalmamalıdır. Eyni zamanda, Ermənistan 30 il ərzində vurduğu ziyana görə Azərbaycana təzminat ödəməli, dinc insanlara qarşı törətdiyi qətliama görə beynəlxalq məhkəməyə verilməlidir. İlk növbədə, Xankəndi azad olunmalıdır. Çünki ilanın başını əzmək lazımdır. Əminliklə deyə bilərəm ki, qələbə bizimdir. Biz ədalətli, doğru yoldayıq. Biz müxalifət partiyası olaraq Qarabağ uğrunda Prezident İlham Əliyevlə bir yerdəyik, bu məsələdə məsuliyyəti bölüşməyə hazırıq. İnanıram ki, qısa müddətdə Bakıda qələbə atəşfəşanlığı edəcəyik”.
Müxalifətin radikal qanadının siyasi partiyaların birgə bəyanatına qoşulmamasına gəlincə, S.Cəlaloğlu deyib: “Kim bizimlə bir yerdədir, onlarla irəli getməliyik. Belə bir məsələdə birlik nümayiş etdirməyənlərin mövcudluğunu unutmaq lazımdır. Əgər bu gün Vətən müharibəsi gedirsə, kimlərsə bu məsələdə həmrəylik göstərmirsə və bununla da dolayısı ilə ermənilərin əlinə işləyirsə, bu, onların vicdanına yazılan ləkədir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59

