Ermənistanın dinc əhaliyə xain hücumları tərtərliləri qorxutmur
29.09.2020 [09:44]
Ön xətdə Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam edir. Cəbhə bölgəsində yerləşən digər rayonlarda olduğu kimi, Tərtərdə də yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərdən ölən və yaralananlar var, evlərə və infrastruktura ciddi ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri Tərtər rayonunda düşmənin atəşinə məruz qalan ərazilərə gedərək, qəhrəman tərtərlilərlə həmsöhbət olub.
Tərtər şəhər sakini 84 yaşlı Aşur Muradov düşmən təxribatlarına baxmayaraq heç zaman doğma şəhərini tərk etmədiyini bildirdi: “İstər 1990-cı illərin əvvəllərində, istərsə də sonrakı dövrlərdə - 2016-cı ilin aprelində Tərtər dəfələrlə düşmənin hücumlarına, top atəşlərinə məruz qalıb. Amma nə mən, nə də ailəm heç vaxt şəhərimizi tərk etməmişik. Çünki biz öz torpaqlarımızdayıq, öz şəhərimizdəyik və Vətənimizi sevirik. Düşmən bilsin ki, təxribatları ilə heç nəyə nail ola bilməyəcək. Qüdrətli ordumuz bütün torpaqlarımızı işğalçılardan azad edəcək”.
Sonra ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağılan evlərdən bir neçəsinə baş çəkdik. Tərtər şəhər sakini Zenfira Sultanova ilə düşmən mərmisinin partlaması nəticəsində dağılan evinin qarşısında söhbət etdik. O bildirdi ki, mərmi evə düşən vaxt xoşbəxtlikdən evdə olmayıblar: “Biz evdən çıxandan 10 dəqiqə sonra mərmi düşdü. Evi yeni təmir etmişdik. Ancaq evimizin dağılmasına görə məyus olmuruq. Təki erməni işğalına son qoyulsun. Təki qələbə qazanaq”.
Digər sakin Elxan İsmayılov dedi ki, ermənilər şəhəri atəşə tutanda küçədə olub: “Qəfildən yaxınlıqda güclü partlayış səsi eşidildi. Baxdım ki, evimiz dağılıb”.
Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış kompleksi də düşmənin artilleriya atəşinə məruz qalır. Biz yaşayış kompleksində olarkən də ərazidə çoxsaylı mərmi partlayışlarının şahidi olduq. Lakin partlayış səsləri və dağıntılara baxmayaraq məcburi köçkünlərin çöhrəsində nikbinlik, qələbəyə əminlik, torpaqlarımızın işğaldan azad olunacağına böyük inam hiss edilirdi.
Elə Kəlbəcər rayonundan olan məcburi köçkün Münəvvər Cəmilova da tezliklə doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə etdi. “Eşidilən atəş səsləri, partlayışlar bizi qorxutmur. Hər birimizi düşündürən əsas məsələ doğma torpaqlarımızın azad olunmasıdır. Ordumuzun bir sıra kəndlərimizi və yüksəklikləri azad etməsi xəbərini eşidəndə sevincdən gözlərimiz yaşardı. Murov zirvəsinin azad edilməsi isə doğma Kəlbəcərimizə qayıtmaq inamımızı daha da artırdı. Biz ordumuzun qələbə qazanacağına, bütün torpaqlarımızın azad olunacağına əminik”, - deyə Kəlbəcərdən olan məcburi köçkün bildirib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

