Nərimanov rayonunda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
17.03.2010 [10:34]
Novruz bayramı ilə əlaqədar respublikamızda və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə rayon ərazisində yerləşən 177 saylı orta məktəbdə reallaşıb. Tədbiri giriş sözü ilə məktəbin direktoru, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Həqiqə Məmmədova açaraq söyləyib ki, el-obamızın gözəl adət-ənənələri var. Azərbaycan xalqının milli adət-ənənələrini yaşatmaq isə bu gün gənc nəsillərin payına düşür. Novruz bayramının özünəməxsus ənənələrindən danışarkən H.Məmmədova bildirib ki, bu ərəfədə küsülülər barışır, böyüklər ziyarət olunur, bayram xonçaları bəzədilir, bərəkət rəmzi olan səmənilər cücərdilir.
Novruz bayramının yaz fəslinin gəlişini, təbiətin canlanmasını xarakterizə etdiyini deyən YAP Qadınlar Şurasının sədr müavini, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova isə diqqətə çatdırıb ki, 2009-cu ildən Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi, mədəni irs siyahısına daxil edilib. Həmçinin, BMT Baş Assambleyasının builki sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib. “Bugünkü tədbirimiz torpaq çərşənbəsinə, el arasında axır çərşənbə kimi bilinən günə təsadüf edib. Əslində, Novruz bayramı təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram hesab oluna bilər. Novruz bayramı bir növ həyatın dirçəlişi deməkdir” söyləyən M.İbrahimova hər il Novruz bayramının ölkəmizin hüdudlarından kənarda da həmvətənlərimiz tərəfindən möhtəşəm şəkildə qeyd olunduğunu vurğulayıb.
M.İbrahimova çıxışında, eləcə də, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Novruz bayramı ilə bağlı fikirlərini xatırladaraq Ulu öndərin Novruz bayramını xalqımızın ən əziz bayramı hesab etdiyini diqqətə çatdırıb.
M.İbrahimova çıxışının sonunda Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzu edib.
Tədbirin bədii hissəsində məktəblilərin əl işlərindən ibarət sərgi təqdim olunub. Sonra qalanan tonqal ətrafında məktəblilər xalq oyunlarımızı nümayiş etdiriblər. Gənc idmançılar isə öz məharətlərini göstəriblər. Həmçinin, Azərbaycan milli rəqslərindən nümunələr təqdim olunub. Novruz bayramının sevimli personajları Kosa və Keçəlin, Bahar qızının, eləcə də, Azərbaycan xalq nağıllarından birinin sevimli qəhrəmanı Cırtdanın şən bayram zarafatları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
TURANƏ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

