Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazır
02.10.2020 [09:08]
Prezident İlham Əliyev: Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir
Xəbər verildiyi kimi, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Bəhs olunan görüşdəki çıxışında Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial yanaşmadan çıxış etdiyini xüsusi olaraq nəzərə çatdırıb. Ölkəmiz işğal faktı ilə heç vaxt barışmayıb. Azərbaycan dövləti respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına güclü siyasi iradə ortaya qoyur və bütün mümkün vasitələrdən istifadə etməklə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmağa çalışır. Azərbaycan Ordusunun komandanlığı tərəfindən sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verməsi respublikamızın öz ərazi bütövlüyünün təmin olunmasında qətiyyətli olduğunu bir daha təsdiqləyir. İşğalçı qüvvələri öz ərazisindən qovub çıxarmaq Azərbaycanın suveren və müstəsna hüququdur. Ölkəmizin ədalətli müharibə apardığını bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.
Bütün Azərbaycan yaralı və şəhid olmuş hərbçilərimizin valideynləri ilə qürur duyur, onlara belə qəhrəman övladlar yetişdirdikləri üçün minnətdardır
Azərbaycan cəmiyyətini fərqləndirən əsas cəhətlərdən biri insanların vətənpərvərliyi ilə bağlıdır. O cümlədən ölkəmizin ərazi bütövlüyünün pozulması, torpaqlarımızın 20 faizinin düşmənin təcavüzünə məruz qalması Azərbaycanın hər bir vətəndaşının qəlbini göynədir. Düz 30 ildir ki, xalqımız qələbə gününü, işğal faktının aradan qaldırılmasını gözləyir. Deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması Azərbaycan cəmiyyəti üçün bir nömrəli ümummilli məsələyə çevrilib. Bu məsələdə dövlətimiz, Prezident, Ali Baş Komandan İlham Əliyev güclü və qətiyyətli siyasi iradə ortaya qoyur. Eyni zamanda, ölkəmizdə hər kəs torpaqlarımızın işğaldan azad edilməsinə öz töhfəsini verməyə hazırdır. Təsadüfi deyil ki, ordumuzun komandanlığı tərəfindən sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilməsi Azərbaycan cəmiyyətində böyük coşqu yaradıb. Bu günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ünvanına ölkənin bütün regionlarından çoxsaylı məktublar gəlir. Həmin məktublarda vətəndaşlar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan hərbi əməliyyatları yekdilliklə dəstəklədiklərini bildirirlər.
Belə önəmli dönəmdə, həmçinin ordumuzun şəxsi heyətinə də yüksək əhval-ruhiyyə hakimdir. Bu günlərdə ön xəttən gələn xəbərlər bir daha təsdiqləyir ki, əsgər və zabitlərimiz torpaqlarımızın işğaldan təmizlənməsi uğrunda aparılan döyüşlərdə əsil qəhrəmanlıq göstərirlər. Təbii ki, müharibə həm də itkilər deməkdir. Vətən torpağının erməni vandallarından təmizlənməsi uğrunda döyüşlər aparan ordumuz şəhidlər verib, 20-dək mülki şəxs həyatını itirib, eyni zamanda, yaralılarımız var. Ancaq döyüşlərdə düşmən gülləsinə tuş gələn əsgər və zabitlərimiz heç də ruhdan düşməyiblər. Bəhs olunan görüşdə də bildirildiyi kimi, bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə - tezliklə sağalıb yenə də döyüş bölgələrinə getmək, Vətən uğrunda haqlı savaşı davam etdirmək istəyi ilə yaşayırlar.
Eyni zamanda, yaralı hərbçilərimizə dövlət xüsusi qayğı göstərir, onların müalicələri ən yüksək səviyyədə aparılır. Dövlətimizin yaralı hərbçilərin yanında olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib”.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, 30 ildir ki, müharibə şəraitində yaşayan Azərbaycanda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi münasibət var və onların sosial müdafiəsi getdikcə gücləndirilir. Belə ki, bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə cari ilin sonunadək 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcək. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaq. Bütövlükdə, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunəvi ölkədir.
Azərbaycan əsgəri və zabiti xilaskarlıq missiyası ilə öz doğma torpağı uğrunda vuruşur
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqedən çıxış etməsi ilk növbədə o amillə şərtlənir ki, ölkəmiz işğalçılıq siyasəti həyata keçirmir. Prezident İlham Əliyev müxtəlif səviyyəli tədbirlərdə dəfələrlə bəyan edib ki, bizim Ermənistanın ərazisində hər hansı bir hərbi planımız yoxdur, bizim məqsədimiz respublikamızın ərazi bütövlüyünü və suverenliyini təmin etməkdir. Sentyabrın 27-dən bütün cəbhəboyu başlayan döyüşlər də bizim torpaqlarda gedir, erməni əsgərləri məhz Azərbaycan torpaqlarında ölürlər. Sual olunur: Erməni əsgərlərinin suveren dövlətin - Azərbaycanın ərazisində nə işi var? Bəhs olunan görüşdə də bildirdiyi kimi, Ermənistan ordusu Azərbaycan torpaqlarından qeyd-şərtsiz, tam və dərhal çıxmalıdır, yalnız bu halda döyüşlər dayanacaq, qan tökülməyəcək, bölgəyə sülh gələcək. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Əgər beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər işğalçını dayandıra bilmirsə, Azərbaycan əsgəri işğalçını dayandıracaq, haqq-ədaləti bərpa edəcək. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri tarix yazır. Azərbaycan əsgərinin, zabitinin xilaskarlıq missiyası ilə vuruşduğunu nəzərə çatdıran dövlətimizin başçısı “Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir”, - deyə vurğulayıb.
Məlum olduğu kimi, Prezidenti İlham Əliyev xəbərdarlıq etmişdi ki, Azərbaycana qarşı iyul və avqust aylarında törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq. Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmayaraq təxribatları davam etdirdi və indi bunun layiqli cəzasını çəkir. Artıq bir neçə gündür ki, Azərbaycanın Silahlı Qüvvələri bütün cəbhəboyu düşmənə sarsıdıcı zərbələr endirir. Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib, Murovdağ silsiləsindəki,Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər ordumuzun nəzarəti altına keçib, çoxlu sayda texnika, silah-sursat anbarları dağıdılıb, düşmən həmçinin canlı qüvvə sarıdan böyük itkilərə məruz qalıb. Uzun fasilədən sonra Azərbaycan əsgəri döğma torpaqlara qayıdıb. Azad edilən ərazilərdə Azərbaycan bayraqların sancılmasını görmək son dərəcə qürurvericidir. Artıq bu torpaqlardan Azərbaycan əsgərini heç kim çıxara bilməyəcəcək. Ordumuzun uğurlarını yüksək dəyərləndirən Prezident İlham Əliyev “Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir”, - deyə bildirib.
Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etməlidir
Bu gün Ermənistanın özü, erməni xalqı bu ölkənin cinayətkar, xunta hakimiyyətinin başladığı və hazırda da davam etdirdiyi işğalçılıq siyasətinin girovuna çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Artıq hər kəsə bəllidir ki, Azərbaycanın apardığı məqsədyönlü siyasət Ermənistanı dalana salıb, bütün regional layihələrdən kənarda qoyub. Forpost dövlətin başladığı müharibə erməni xalqına heç bir xoşbəxtlik gətirməyib, əksinə, sülh olmadıqca ermənilərin həyat səviyyəsi daha da aşağı düşür, onlar yeni fəlakətlərlə üzləşirlər. Erməni xalqı öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməməli və öz övladlarını başqa ölkənin torpağına - Azərbaycan torpaqlarına göndərməməlidir. Erməni xalqı anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Prezident İlham Əliyev erməni xalqının bədbəxtliyinin səbəblərinə diqqət çəkərək vurğulayıb: “Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq”.
Bu məqamda onu da vurğulayaq ki, Ermənistan hərbi birləşmələrindən fərqli olaraq Azərbaycan Ordusu mülki erməni əhalisini hədəf götürmür. Silahlı Qüvvələrimiz mülki əhaliyə qarşı heç vaxt vuruşmayıb. Azərbaycan Ordusunun hədəfləri işğalçı Ermənistanın silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

