Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin Sədri ilə Parlamentlərarası İttifaqın Prezidenti arasında telefon danışığı olub

Milli Məclisin Sədri ilə Parlamentlərarası İttifaqın Prezidenti arasında telefon danışığı olub

02.10.2020 [09:33]

Oktyabrın 1-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barron arasında telefon danışığı olub. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Telefon söhbətində Milli Məclisin Sədri Parlamentlərarası İttifaqın Prezidentinə sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən cəbhə xəttində törədilən hərbi təxribatlar barədə məlumat verib. Milli Məclisin Sədri Ermənistanın son 30 ildir davam edən işğal siyasətinin regionda sülhə və sabitliyə təhlükə olduğunu vurğulayıb.
Sahibə Qafarova qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təxribat törətməklə aşkar şəkildə beynəlxalq birliyin çağırışlarına məhəl qoymadığını nümayiş etdirir. İşğalçı ölkə mülki vətəndaşları da hədəfə alaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur.
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Prezidenti Qabriela Kuevas Barronla telefon danışığında beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçı siyasətini sərt şəkildə qınamağa çağırıb.
Qeyd edək ki, Parlamentlərarası İttifaq dünyanın 179 ölkəsinin parlamentini özündə birləşdirən ən böyük beynəlxalq parlament təşkilatıdır.

Paylaş:
Baxılıb: 407 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30