Milli birlik və həmrəylik Azərbaycanın bugünkü siyasi palitrasının reallığıdır
09.10.2020 [08:50]
Son illərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Ölkəmizin iqtisadi imkanları genişlənib, sosial sahədə inqilabi qərarlar qəbul olunub ki, bu da vətəndaşların həyat şəraitimiz əsaslı şəkildə yüksəlməsinə imkan verib.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında söyləyib.
V.Rəhimzadə bildirib ki, Azərbaycanda siyasi, iqtisadi islahatlar paralel şəkildə aparılır və həm konseptual, həm də struktur xarakteri daşıyır. Əlbəttə ki, islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. O deyib: “Ötən ildən başlayaraq dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edirdi. Hakimiyyətin hər üç qolunda - qanunvericilik, icra və məhkəmə-hüquq sistemlərində islahatlar yeni hədəflərin gerçəkləşməsini şərtləndirirdi. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə kadr islahatlarının həyata keçirilməsində, həmçinin bir sıra şöbələrin birləşdirilməsində, eyni zamanda, yenilərinin yaradılmasında məqsəd qarşıya qoyulan hədəflərə çatmaq, yeni prioritetlər müəyyənləşdirmək idi. Prezident Administrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində isə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da hakimiyyətin siyasi islahatların daha da təkmilləşdirilməsində son dərəcə maraqlı olmasından xəbər verirdi. Artıq bu gün sözügedən şöbənin səmərəli fəaliyyəti nəticəsində ümummilli məsələlərdə siyasi birlik mühiti formalaşıb. Ölkəmizdə demokratik təsisatlar möhkəmləndirilir, siyasi plüralizm və çoxpartiyalı demokratik siyasi sistem inkişaf etdirilir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb və siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti bərqərar olub. Təsadüfi deyildir ki, 27 sentyabr tarixində Ermənistan hərbi birləşmələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatından sonra 50 siyasi partiya orduya və Ali Baş Komandana dəstək bəyanatı imzaladılar”.
Baş redaktor əlavə edib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycanda ilk dəfə olaraq 50 partiya vahid təşəbbüslə çıxış etdi, ölkə Prezidentinin Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda titanik fəaliyyətini birmənalı şəkildə dəstəklədi, dövlətimizin başçısının haqlı mövqeyini və həyata keçirdiyi bütün tədbirləri sonadək müdafiə edəcəklərini yekdilliklə ifadə etdi. Bütün bunlar da onu göstərir ki, bu gün siyasi partiyalar dövlətçiliyimizin təməl prinsiplərinin müdafiəsi və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə milli birlik və həmrəylik nümayiş etdirirlər. Artıq milli birlik və həmrəylik Azərbaycanın bugünkü siyasi palitrasının reallığına çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

