/ / Prezidentin köməkçisi: Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozur
Prezidentin köməkçisi: Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozur
15.10.2020 [09:07]
Ermənistanın rəsmi şəxsləri açıq şəkildə müraciət edərək xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib: “Bu gün həm müxtəlif internet resurslarında, həm də sosial şəbəkələrdə digər ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı çoxsaylı məlumatlara rast gəlinir.
Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur. BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası”nda qeyd olunur ki, üzv dövlətlər muzdluları cəlb və istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər.
BMT-nin silahlı muzdlularla bağlı çoxsaylı qətnamələri var. Bu qətnamələr silahlı muzdlu fəaliyyəti ilə məşğul olanlara və onlardan istifadə edənlərə qarşı cəzasızlığı qınayır, bütün dövlətləri beynəlxalq hüquq qarşısında öhdəlikləri çərçivəsində silahlı muzdluları və onlardan istifadə edənləri məsuliyyətə cəlb etməyə çağırır. Silahlı muzdlulardan insan hüquqlarını pozmaq vasitəsi kimi istifadə edilməsi ilə bağlı BMT-nin müvafiq işçi qrupu da var.
Bundan əlavə, Avropa Şurasının “Terrorizmin qarşısının alınması üzrə 2005-ci il Varşava Konvensiyası”nın 2015-ci ildə qəbul edilmiş Əlavə Protokolu da terrorizm məqsədilə xaricə gedən şəxslərə qarşı ölkələr tərəfindən cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutur.
Bu faktlar göstərir ki, beynəlxalq ictimaiyyət silahlı muzdlu probleminin kəskinliyini və ona qarşı mübarizənin labüdlüyünü dərk edir. Ermənistan isə bunun tam əksini edir və hətta silahlı muzdluların istifadəsini qanuniləşdirmək istəyir. Bununla da növbəti dəfə beynəlxalq hüququ pozur və BMT-nin qadağalarına qarşı gedir.
Bir sıra dövlətlərin qanunvericiliyində xaricdəki döyüşlərdə silahlı muzdlu kimi iştirak edən vətəndaşlara qarşı uzunmüddətli həbs və böyük məbləğdə cərimələr nəzərdə tutulur. Bu qəbildən olan silahlı qruplaşmanın yaradılmasında və idarəçiliyində yer alan şəxsləri isə daha ağır cəzalar gözləyir. Həmçinin hərbi əməliyyatlarda iştirak edən şəxslərin müəyyən hüquqlardan məhrum edilməsi (səsvermə, seçkilərdə iştirak, vəkillik, şahidlik, himayədarlıq, oturum icazəsi) də nəzərdə tutulur.
Avropanın bir sıra dövlətləri qeyri-qanuni silahlı qruplaşmalara qoşulmalarına görə öz vətəndaşlarına qarşı ciddi tədbirlər görür. Məsələn, cari il iyulun əvvəllərində Fransada İŞİD-in tərkibində döyüşlərdə iştirak etmiş Tiler Vilus adlı şəxs 30 il müddətinə azadlıqdan məhrum edilib. Amma Xocalı soyqırımında iştirak etmiş Qilbert Minasyan adlı Fransa vətəndaşı “Libyration” qəzetinə müsahibəsində Fransa vətəndaşlarını muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün səfərbər etdiyini bildirib.
Son hərbi əməliyyatlar başlamazdan əvvəl də Ermənistan silahlı muzdluların, terroristlərin Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsini təşkil edirdi.
Xaricdən silahlı muzdluların gətirilməsi Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilərək könüllülərin müdafiəyə cəlb olunması məsələsinin müzakirəsi zamanı daha aydın oldu. Bu addımla Ermənistan könüllülər adı altında faktiki olaraq digər ölkələrdən silahlı muzdluları və terrorçuları öz ordusuna cəlb etmək məqsədi güdür.
Son döyüşlər zamanı isə bu proses daha da sürətləndirilib. Həm əvvəlcədən əldə olunmuş məlumatlar, həm də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında rast gəlinmiş hallar açıq şəkildə Ermənistan tərəfində xarici ölkələrdən gələn silahlı muzdlu döyüşçü və terroristlərin vuruşduğunu sübut edir. Bizdə buna aid bir çox foto və video dəlillər var. Muzdlular arasında erməni əsilli xarici ölkə vətəndaşları yetərincədir. Həmin şəxslər mülki Azərbaycan əhalisinə qarşı hücumlarda iştirak edirlər. Bu şəxslərin erməni əsilli olması onların Azərbaycan ərazilərində döyüşməsinə haqq qazandırmır və onları xarici döyüşçü statusundan azad etmir.
Bu xüsusda, aidiyyəti ölkələri belə addım atan vətəndaşları ilə bağlı ciddi tədbirlər görməyə, onların işğal olunmuş ərazilərə gəlmələrinin qarşısını almağa, eləcə də bu şəxslərə qarşı cinayət işləri açmağa çağırırıq.
İşğal altındakı ərazilərimizdə vuruşan və hərbi əməliyyatlarda iştirak edən zaman həmin şəxslər avtomatik olaraq Azərbaycan Ordusunun legitim hədəfinə çevrilirlər. Döyüşdən sağ çıxıb öz ölkələrinə qayıdan silahlı muzdlular isə öz cəmiyyətləri üçün böyük təhlükə mənbəyinə çevriləcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

