Mais Səfərli: Azərbaycan cəmiyyətinin möhkəm birliyi düşməni çox qorxudur
16.10.2020 [08:50]
“Humanitar atəşkəslə bağlı razılaşmanı pozan Ermənistan özünün təcavüzkar xislətinə sadiqdir. Moskvada əldə olunan razılaşmadan dərhal sonra mövqelərimizə hücum edildi, mülki əhalimiz, yaşayış məntəqələri raket hücumuna məruz qaldı. Bu, qəbul olunmazdır. Ona görə də, ordumuz haqlı olaraq düşmənə layiqli dərs verir”. Bu fikirləri Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
M.Səfərli bildirib ki, Ermənistanın mülki insanları hədəfə alması Azərbaycan cəmiyyəti tərəfindən hiddətlə qarşılanır. Hazırkı şəraitdə Azərbaycanda milli birliyin və həmrəyliyin nümayiş etdirilməsi son dərəcə vacibdir. Onun sözlərinə görə, son zamanlar aparılan mühüm islahatların nəticəsidir ki, bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyalar ümummilli məsələdə vahid mövqedən çıxış edir: “Ölkədə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri siyasi islahatlardır. Partiyalar arasında dialoq uğurla davam edir. Prezident Administrasiyasında yeni yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu dialoqu aparır. Kiçik istisnalarla Azərbaycanda fəaliyyət göstərən siyasi arenanın bütün iştirakçıları bu dialoqda uğurla iştirak edirlər. Dialoqun nəticəsi kimi ölkədə hakimiyyətlə siyasi seqmentin iştirakçıları arasında çox normal münasibətlər var. Ümummilli məsələlərdə isə birlik var. Hələ iyul ayında Ermənistan Tovuz rayonu istiqamətində hərbi təxribat törədərkən 40-dan çox partiya ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdiyini təsdiqləyən birgə bəyanat imzaladı. İndi isə sentyabrın 27-də ermənilərin növbəti hücumu zamanı 50 partiya birgə bəyanat imzalayaraq yenə də Ali Baş Komandanın yanında olduğunu nümayiş etdirdi və bu gün də eyni mövqedəyik. Ermənistanın və düşmənlərimizin havadarlarının ən çox qorxduqları Azərbaycandakı milli birlikdir. Yəni Prezident, ordu, xalq birliyi, o cümlədən siyasi təşkilatların həmrəyliyi düşmənlərimizi çox qorxudur”.
Partiya sədri onu da söyləyib ki, oktyabrın 3-də 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüş də çox böyük əhəmiyyətə malikdir: “Görüşdə iştirak edən partiya rəhbərlərinin hamısı bəyan etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik. Bu hadisə böyük rezonans yaradıb. Görüş dünya mətbuatında da geniş işıqlandırıldı, hətta manşetlərə də çıxarıldı. Bu gün ordumuzun cəbhədə inamla irəliləməsinin səbəblərindən biri də odur ki, hərbçilərimiz arxa cəbhədə güclü birliyin olmasından əmindirlər. Xalqımız, o cümlədən siyasi təşkilatlar, vətəndaş cəmiyyəti ordu və Prezidentin ətrafında sıx birləşib. Bu gün biz yumruq kimi birləşmişik. Bu, indiki mərhələdə çox vacib amildir”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

