Adil Əliyev: Zəfər bizimdir
17.10.2020 [08:31]
Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanlarında şücaət göstərir, qəhrəmanlıqlarla dolu zəfər dastanını yazır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev xatırladıb ki, rəsmi Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə hər iki tərəfin razılığı əsasında humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan şərtlərə qətiyyən əməl etmədi. İşğalçı ölkə üzərinə götürdüyü öhdəliyi kobudcasına pozdu və təmas xəttindən kənarda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin dinc əhalisini raket zərbələrinə məruz qoydu. Cənubi Qafqazın ən böyük su elektrik stansiyası yerləşən Mingəçevir şəhəri, Goranboy, Ağcabədi, Tərtər, Bərdə rayonları intensiv olaraq atəşə tutuldu.
Xocalı soyqırımını törətmiş faşist Ermənistanın mülki əhalini hədəfə almasının yenilik olmadığını qeyd edən Milli Məclis Sədrinin müavini bildirib: “Mənfur xislətli qonşularımız 30 ilə yaxındır ki, hər zaman bölgələrimizdə mülki əhalini hədəfə alır, fasiləsiz olaraq qətllər törədir. Ermənistanın cəbhə xətti ilə əlaqəsi olmayan ərazilərə raket zərbələri endirməsinin, mülki əhalini hədəfə almasının yeganə səbəbi ölkəmizi əks-hücuma təhrik etməkdir. İstəyirlər ki, biz də Ermənistanın digər şəhər və rayonlarına zərbələr endirək, bununla da işğalçı dövlət üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və digər dövlətləri müharibəyə cəlb etsin - baxmayaraq ki, artıq KTMT-yə üzv olan dövlətlər çoxdan Ermənistandan üz çevirib. Bu ilin iyulunda da onlar törətdikləri təxribatla əlaqədar KTMT-yə müraciət edib kömək istəmişdilər. Bu təşkilat isə Ermənistanın müraciəti ilə əlaqədar heç görüş belə təşkil etmədi, əksinə, üzv dövlətlərdən bəziləri Azərbaycanla həmrəy olduğunu bildirdi”.
A.Əliyev diqqətə çatdırıb ki, bu gün dünyanın bir çox dövləti Azərbaycanın haqq mübarizəsini, öz torpaqları uğrunda mübarizə apardığını görür, bilir və buna görə də bizi daha yaxından dəstəkləyir, xeyrimizə bəyanatlar qəbul edirlər. Xüsusilə də dünyanın lider dövlətlərindən biri, ölkəmizlə tarixi bağlılığı olan dost və qardaş Türkiyə Respublikası bu proseslərdə əsl qardaşlıq örnəyi ortaya qoydu. Münaqişənin ilk vaxtlarından dəstəyini əsirgəməyən Pakistan və Ukrayna dövlətlərinin ədalətli mövqeyi də bizim üçün olduqca vacibdir. Hazırda dünyanın bizim haqq işimizə bu səviyyədə dəstək olmasının səbəbi yalnız Azərbaycanın qüdrətli və regionda lider dövlət olması deyil, eyni zamanda, ölkəmizin dürüst şəkildə yürütdüyü xarici siyasətdir.
Biz münaqişənin sülh yolu ilə həllini uzun illər gözlədik. Bütün hallarda sülhün tərəfdarı olduğumuzu göstərdik. Bu gün bir daha qeyd edirik ki, münaqişənin diplomatik həll yoluna, beynəlxalq hüquq normalarına üstünlük veririk. Lakin mövzu artıq Vətənimiz, torpağımız, ərazi bütövlüyümüzdürsə və qarşı tərəf təcavüzkar siyasətindən heç bir vəchlə əl çəkmirsə, o zaman söz artıq Azərbaycan Ordusunundur.
Milli Məclis Sədrinin müavini vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun döyüş meydanında qazandığı uğurlar hər birimizi sevindirir. Demək olar ki, hər gün yeni ərazilərimizin işğaldan azad edilməsi xəbərini eşidirik. Bu qələbələrdə xalqımızın rolu da danılmazdır. İnsanlar artıq öz evlərinin dağılmasından, təsərrüfatlarının məhv olmasından narahat deyillər. Xalqımız ona görə rahatdır ki, dövlətin onların arxasında olmasından, daha yaxşı evlərlə təmin ediləcəklərindən, rifah hallarının yaxşılaşdırılması üçün bütün zəruri tədbirlərin görüləcəyindən əmindir.
“Hamımızın yeganə məqsədi, nə olursa olsun, işğal altındakı torpaqlarımızın azad edilməsidir. Xalq-Ordu vəhdəti ilə yanaşı, diplomatiya sahəsindəki uğurlarımız da baş verən müsbət proseslərin məntiqi davamıdır. Bu gün heç bir dövlət və ya beynəlxalq təşkilat haqq mübarizəsini dayandırması ilə bağlı Azərbaycana ciddi təzyiq edə bilməz, buna haqları yoxdur. Axı münaqişənin nizama salınması məqsədilə mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləri 28 ildir faktiki olaraq heç bir iş görməyiblər. Qəbul etdikləri bəyanatlarda ölkəmizin ərazi bütövlüyünü tanısalar da, Ermənistana həmin ərazilərdə işğala son qoyması ilə bağlı təsir göstərməyi bacarmayıblar. ATƏT-in Minsk qrupu bu 28 ildə ortaya bir iş qoya bilməyibsə, deməli, artıq tərkibi dəyişməlidir. Habelə Minsk qrupunda təmsil olunan ölkələrdən hər hansı biri Ermənistanın mövqeyini müdafiə edirsə, deməli, Azərbaycanın layiqli tərəfdaşı olan Türkiyə də o qrupda yer almalıdır.
Bu o deməkdir ki, Ermənistan bu gün həm cəbhədə, həm də diplomatiyada məğlub olub. Bu bir az da belə davam etsə, işğalçı ölkənin tənəzzülü qaçılmaz olacaq. Zəfər bizimdir, zəfər xalqımızındır! Qarabağ Azərbaycandır!”, - deyə Adil Əliyev fikrini tamamlayıb.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

