Azərbaycanda siyasi fəaliyyəti olmayan partiyalara ehtiyac yoxdur
30.03.2010 [08:17]
“Siyasi partiyalarda bir nizam-intizam yaradılmalıdır. Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş, amma hansısa bir fəaliyyəti olmayan çoxlu sayda partiyaların mövcud olmasına heç bir ehtiyac yoxdur”. Trend News-un məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini, İcra katibi Əli Əhmədov səsləndirib. Əli Əhmədovun sözlərinə görə, bu, partiyalar “bolluğu” Azərbaycanın siyasi partiyalar sisteminə sanki bir ağırlıq gətirir və bu baxımdan, bunu tənzimləməyə ehtiyac var.
“Güman edirik, Azərbaycanda bir neçə siyasi partiya və onların ətrafında birləşərək formalaşan siyasi təşkilatlar yarana bilər ki, bunlar da bütövlükdə ölkəmizin siyasi spektrini həm düzgün əks etdirə, həm real şəkildə fəaliyyət göstərən siyasi qurumlar kimi özlərini tanıda bilərlər. Bu məsələ ilə bağlı YAP olaraq bizim düşüncələrimiz bundan ibarətdir”, - deyə İcra katibi əlavə edib.
Hər hansı partiyanın YAP-a birləşməsi məsələsinə gəldikdə, Sədr müavini deyib ki, bu barədə konkret düşünməyiblər və konkret bir fikirləri də yoxdur: “Kimlər bu fikirdədirlər və belə bir fikrin ortaya atılması hansı məqsədlərdən irəli gəlir, burada hansı mexanizmlər mövcuddur, bunların hamısı ciddi şəkildə müzakirə olunmalıdır. Eyni zamanda, hamıya məlumdur ki, YAP kifayət qədər böyük, güclü, kütləvi bir partiyadır. Bununla belə, biz heç bir partiyanın xətrinə dəyə biləcək fikir də səsləndirmək istəməzdik, amma həqiqət bundan ibarətdir ki, YAP-ın öz qarşısına qoyduğu vəzifələri yerinə yetirməsindən ötrü kiminləsə birləşməyə elə bir ehtiyacı yoxdur”, - deyə Əli Əhmədov vurğulayıb.
Bununla belə, Sədr müavini qeyd edib ki, bütövlükdə YAP-ı bir sıra onlara yaxın olan partiyaların dəstəkləməsini, iqtidarın həyata keçirdiyi siyasəti müdafiə etməsini yüksək qiymətləndirirlər: “Biz belə hesab edirik, o partiyaların da özlərinə məxsus elektoratı var və öz elektoratlarının mövqeyini ifadə edərək Azərbaycan Prezidentini, onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Bu da Azərbaycanın reallığından biridir”.
Xatırladaq ki, Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc bugünlərdə iqtidaryönlü partiyaların hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi təşəbbüsü ilə çıxış edib. Millət vəkili Azərbaycanda cəmi 5-6 güclü partiyanın fəaliyyət göstərməsinin, bu baxımdan da iqtidaryönlülərin məhz YAP ətrafında təmərküzləşməsinin daha düzgün və daha məqsədəmüvafiq olduğunu qeyd edib.
Əli Əhmədovun fikrincə, növbəti parlament seçkilərinə qədər “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklərin qəbul olunmasına da ehtiyac yoxdur: “Birincisi, buna zaman yoxdur, vaxt çatmaz, ikincisi, seçki ərəfəsində bütövlükdə siyasi partiyaların konfiqurasiyasına hər hansı bir təsir göstərə biləcək yeni Qanunun da qəbul edilməsi düzgün olmazdı. Bu baxımdan, ən azı bu iki arqumenti səsləndirərək qeyd etmək istəyirəm ki, indi buna ehtiyac yoxdur. Eyni zamanda güman edirəm, bu məsələ ən azından seçkiyə qədər həll olunmayacaq. YAP olaraq, bu gün bizi düşündürən məsələlərin hamısı növbəti parlament seçkilərinin keçirilməsinə hazırlıqdan ibarətdir. Qeyd etdiyim kimi, bu kampaniyanın keçiriləcəyi 2010-cu ildə siyasi partiyaların fəaliyyətinə təsir göstərə biləcək məsələlərlə məşğul olmağa bəlkə ehtiyac yoxdur və buna heç vaxt da olmayacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25

