Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fuad Əliyev: Xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi şanlı qələbəmizə mühüm töhfə verdi

Fuad Əliyev: Xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi şanlı qələbəmizə mühüm töhfə verdi

25.11.2020 [09:10]

“44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, müharibə başa çatsa da, Azərbaycan xalqı hansı mənfur düşmənlə mübarizə apardığını yaddan çıxarmamalıdır. Ona görə də, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qorunub saxlanması məsələsində daim həmrəylik nümayiş etdirmək əsas vəzifəmiz olmalıdır. Çünki məhz xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi şanlı qələbəmizə mühüm töhfə verdi”.
Bunu “Yeni Azərbaycan” qəzetinə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.
Partiya sədrinin sözlərinə görə, işğalçıların Azərbaycan torpaqlarında törətdikləri vandallıqlar sübut edir ki, biz mənfur düşmənlə üz-üzəyik: “Onlar qanunsuz məskunlaşdıqları evləri, meşələri yandırırlar. Bununla hansı dağıdıcı missiyanın daşıyıcısı olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Dövlət başçısının da vurğuladığı kimi, işğalçı Ermənistan bu illər ərzində və hazırda törətdiyi cinayətlərə görə mütləq cavab verməlidir. Liberal Demokrat Partiyası olaraq biz bu vandalizm aktlarını, o cümlədən təbiətə vurulan ziyanı əks etdirən materialları beynəlxalq təşkilatlara göndərmişik”.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30