Muğam Azərbaycan xalqının sərvətidir
09.04.2010 [10:21]
Moskvada, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğamı gecəsi keçirilib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun RF nümayəndəliyinin başçısı Leyla Əliyeva, habelə çoxsaylı qonaqlar rəngarəng xalılardan, milli geyimlərdən, musiqi alətlərindən, Azərbaycan muğamının tarixini və müasir vəziyyətini əks etdirən kitab və vəsaitlərdən ibarət sərgiyə maraqla tamaşa ediblər.
Rusiya mədəniyyət nazirinin müavini Andrey Busıgin təşkilatçıları və qonaqları salamlayaraq deyib ki, Azərbaycanın musiqi mədəniyyəti incilərini Moskvada təqdim edən bu tədbir olduqca maraqlı hadisədir.
Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin başçısı Leyla Əliyeva tədbirin təşkilatçılarına, qonaqlara, habelə Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib ki, muğam Azərbaycan xalqının sərvətidir, onun kökləri çoxəsrlik bir tarixə gedib çıxır. O deyib: “Muğam həmişə Azərbaycanın incisi olmuşdur. Azərbaycan xalqı muğamı həmişə sevmiş və qiymətləndirmişdir. Bizim üçün muğam bir növ genetik koddur. O, dilimiz, incəsənətimiz və ədəbiyyatımızla yanaşı durur. Muğam özündə bir çox yeni musiqi janrlarını - muğam operasını, caz muğamı və s. təcəssüm etdirir. Azərbaycan mədəniyyətinin üzeyir Hacıbəyli, Niyazi, Vaqif Mustafazadə kimi böyük xadimlərinin adları muğamla bağlıdır. Sevindirici haldır ki, son illər getdikcə daha çox gənc muğamı öyrənməyə meyil edir, yeni-yeni istedadlı muğam ifaçıları ortaya çıxır.
Bu yaxınlarda Bakıda Beynəlxalq Muğam Mərkəzinin açıldığını, elmi simpoziumun və Beynəlxalq muğam festivalının keçirildiyini xatırladan Leyla Əliyeva deyib: “çox xoşdur ki, bu tədbir Qlinka adına Dövlət Muzeyində keçirilir, çünki musiqi xalqları və millətləri birləşdirməyə qadirdir və onun üçün heç bir sərhəd yoxdur”.
Leyla Əliyeva tədbirin ev sahiblərinə minnətdarlığını bildirərək, Azərbaycanın milli musiqi alətləri olan ud və sazı Qlinka adına muzeyə hədiyyə etmişdir.
Muğam gecəsinin təşkilatçılarına və şəxsən Leyla Əliyevaya minnətdarlığını bildirən Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin direktoru Mixail Brızqalov bu hadisəni Rusiya paytaxtının musiqi və mədəni həyatında əlamətdar hadisə adlandıraraq vurğulayıb ki, Heydər Əliyev Fondunun hədiyyəsi olan Azərbaycanın milli musiqi alətləri muzeyin zəngin kolleksiyasında layiqli yer tutacaq.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Mədəniyyət Nazirliyinə, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirərək diqqətə çatdırıb ki, Leyla Əliyeva əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənələri davam etdirir. Səfir bildirib ki, məhz Heydər Əliyevin hakimiyyəti dövründə muğam YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb. Prezident İlham Əliyev də bu gözəl ənənəni davam etdirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamın təbliğində böyük rol oynayır.
Sonra Azərbaycan muğamının tarixi və müasir vəziyyəti haqqında sənədli film nümayiş etdirilib, Bakıda keçirilmiş Beynəlxalq muğam müsabiqəsinin qaliblərinin və laureatlarının iştirakı ilə konset olub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

