/ / Politoloq: Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur
Politoloq: Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur
30.11.2020 [12:16]
“Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq”, - deyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir əsgər və zabitinin 44 günlük Vətən müharibə dövründə ən ümdə arzusu 30 ildir həsrətində olduğumuz torpaqlara üçrəngli bayrağımızı sancmaq oldu. Mərd oğullarımız bu tarixi missiyanı şücaətlə yerinə yetirdi. Lakin təəssüf ki, Birinci Qarabağ müharibəsi və ümumiyyətlə, dünya təcrübəsi də göstərir ki, itkisiz müharibə olmur. Mürəkkəb coğrafi şəraitdə, relyefdə müharibə daha böyük itkilərə səbəb olur. Dağlıq Qarabağın bir çox əraziləri müdafiə üçün ideal şəraitə malik olduğuna görə ordumuz üçün əlavə çətinliklər qaçılmaz olub. Mənfur düşmən qarşı tərəfə maksimum itki vermək məqsədi ilə işğal etdiyi ərazilərdə müasir texnologiyalara uyğun müdafiə sədləri qurub, istehkamlar tikib. Azad olunan Ağdam, Füzuli rayonlarında istehkamların vizual müşahidəsi bu sistemin yaradılmasına uzun illər və böyük məbləğdə vəsait sərf edildiyini aydın göstərir. XXI əsrin müharibələri hər nə qədər daha öncəki əsrlərdə və illərdə olan müharibələrdən fərqlənsə də, belə hərbi əməliyyatlarda hücumda olan tərəfin həm texnika, həm də canlı qüvvə baxımından böyük itkilər verməsi mütləq şərtdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib: “Ayrı-ayrı vaxtlarda düşmənin müdafiə səddini yararaq torpaqların işğaldan azad olunması məqsədilə həyata keçirilən əməliyyatlar zamanı Azərbaycan tərəfinin canlı qüvvə baxımından 15 min, hətta 20 min nəfər itki verəcəyi proqnozlaşdırılırdı. Qeyri-rəsmi statistikaya əsasən, Birinci Qarabağ müharibəsində 15-20 min insan həlak olub. SSRİ-nin Əfqanıstana təcavüzü, ABŞ-Vyetnam müharibəsi, NATO qüvvələrinin Əfqanıstan və İraqda, Rusiyanın Çeçenistanda anti-terror əməliyyatları və digər müharibələrin təcrübəsi də böyük sayda insan itkisinin olduğunu deməyə əsas yaradırdı. Azərbaycan Ordusunun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiqi hesabına Azərbaycan öz itkilərini tam minimallaşdıra bildi və ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın da nümunəsini ortaya qoydu.
Ermənistan hökuməti hər nə qədər növbəti dəfə öz ictimaiyyətini aldadaraq müharibədə 2-3 min əsgər və zabitinin həlak olduğunu iddia etsə də, kadrların təhlili zamanı itkilərinin ən azı 10 min nəfərı yaxın olduğu aydındır. Digər tərəfdən, Ermənistan hökuməti yalnız Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində xidmət edən Ermənistan vətəndaşı olan hərbçiləri nəzərə alır. Lakin Ermənistan Dağlıq Qarabağ erməniləri və xaricdən gələn çoxsaylı muzdlular məsələsinə toxunmur, onları hesablamır.
Müharibənin digər üzü isə itkin düşən şəxslərlə bağlıdır. Bəzən həlak olmuş hərbçilərimizi mürəkkəb coğrafi şəraitə malik ərazilərdən çıxartmaq mümkünsüz olub. Həmin şəxslərin axtarılıb tapılması zaman tələb edir. Hər nə qədər çətin olsa da, müharibədə əzizləri itkin düşmüş, cəsədləri tanınmaz halda olan vətəndaşlarımızın səbirli olması arzuediləndir. Bütün bu çətinliklərə baxmayaraq, onlarla bağlı xüsusi araşdırma aparılır, lazım gəldikdə isə hətta genetik müayinə həyata keçirilir. Azərbaycan dövləti itkin düşən şəxslərin tapılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı bütün mümkün işləri görəcək. Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir”.
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22

