Hilmi Bengi: Yüz yaşlı AZƏRTAC Azərbaycanın dünyada tanıdılmasına önəmli töhfələr verib
07.01.2021 [09:07]
Türkiyədə beynəlxalq indekslə nəşr edilən, geniş oxucu auditoriyasına malik “İletişim” (“Jurnalistika”) jurnalında Türk Ticarət və Sənaye Palatasının İqtisadiyyat və Texnologiya Universiteti rektorunun müşaviri, Anadolu Agentliyinin sabiq baş direktoru, tanınmış publisist Hilmi Benginin “Bir əsr yaşı olan informasiya agentliyinin - AZƏRTAC-ın Azərbaycanın dünyada tanıdılmasında rolu” sərlövhəli elmi məqaləsi dərc olunub.
Tədqiqat xarakterli məqalədə Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-ın 100 il ərzində keçdiyi mürəkkəb və şərəfli yol, fəaliyyətinin müxtəlif mərhələləri, qloballaşan dünyanın informasiya məkanında yeri və rolu, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində gördüyü işlər tarixi faktlar və mənbələr əsasında araşdırılaraq təhlil olunur.
Müəllif qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin səsi olaraq 100 il əvvəl fəaliyyətə başlayan AZƏRTAC (Azərbaycan Teleqraf Ajansı) yalnız iki ay müstəqil agentlik kimi fəaliyyət göstərə bilib. Sonrakı illərdə sovet xəbər agentliklərinin filialına çevrilib və adı bir neçə dəfə dəyişdirilib. Azərbaycanın yenidən müstəqillik qazanması ilə tarixi adı bərpa olunan AZƏRTAC bu dönəmdə böyük inkişaf yolu keçərək beynəlxalq informasiya təşkilatlarında fəal mövqeyi ilə ölkənin dünyada tanıdılmasına önəmli töhfələr verib.
AZƏRTAC-ın yaradılmasını şərtləndirən amillərdən bəhs edən Hilmi Bengi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, ilk milli hökumətin çətin siyasi münasibətlər şəraitindəki fəaliyyətinə, eləcə də Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasına qısa ekskurs edir, agentliyin həmin dövrdəki 58 günlük fəaliyyətinə bu hadisələr fonunda nəzər yetirir.
Məqalədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Dövlət İnformasiya Agentliyinin yenidən qurulması, fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar, bu məqsədlə imzalanmış fərman və sərəncamların əhəmiyyəti diqqətə çatdırılır. “Heydər Əliyev dönəmində AZƏRTAC” və “İlham Əliyev dönəmində AZƏRTAC” başlıqlı iki bölmədə AZƏRTAC-ın fəaliyyətinə göstərilən diqqət və qayğının nəticələri agentliyin inkişaf dinamikası əsasında təhlil olunur. Həmçinin müasir dövrdə xəbər agentliklərinin dünya informasiya məkanında mövqelərini şərtləndirən cəhətlər AZƏRTAC-ın timsalında şərh edilir. Agentliyin işinin müasir informasiya texnologiyaları əsasında yenidən qurulması, beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə nail olunmasında göstərilən səylər, dünya informasiya məkanına inteqrasiya prosesləri, nüfuzlu regional qurumlar və aparıcı ölkələrin milli xəbər agentlikləri ilə əlaqələr ətraflı təhlil edilməklə yanaşı, AZƏRTAC-ın inkişafını təmin edən hüquqi bazanın əsasları da tədqiqata cəlb olunur.
Diqqətə çatdırılır ki, AZƏRTAC-ın inkişaf tarixinin böyük bir mərhələsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra başlanan inkişaf prosesi nəticəsində agentliyin fəaliyyətində ciddi dönüş yaranıb, o, Cənubi Qafqazda SİTA-nın xəbərlərini yayan əsas mərkəzə çevrilib, sovet məkanında birincilər sırasında yeni informasiya texnologiyaları ilə təchiz edilib.
Tədqiqat işində AZƏRTAC-ın beynəlxalq əlaqələrinə geniş yer ayrılır. Agentliyin Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyası (BSANNA), Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Dünya Xəbər Agentlikləri Konqresi və digər beynəlxalq media qurumları ilə əməkdaşlığını ayrı-ayrılıqda araşdıran müəllif belə bir nəticəyə gəlir ki, 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda uğurla sədrlik etməsi AZƏRTAC-a dünya informasiya məkanında böyük nüfuz qazandırıb.
Diqqətə çatdırılır ki, agentliyin 2017-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən yeni Nizamnaməsində qarşısına Azərbaycan həqiqətlərini dünyada daha geniş coğrafiyada yaymaq vəzifəsi qoyulan AZƏRTAC hazırda 150-dən çox ölkənin milli informasiya agentliyi ilə xəbər mübadiləsi aparır. Onun 21 ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir.
AZƏRTAC-ın keçdiyi inkişaf yolunu arxiv sənədləri və çoxsaylı mənbələr əsasında əks etdirən məqalədə Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Qələbədən də bəhs olunur və müəllif tədqiqatına aşağıdakı fikirlə yekun vurur: “Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi zamanı AZƏRTAC-ın dünya mediasında yer alan xəbərləri, fotoşəkilləri və videomaterialları agentliyin ölkənin xarici arenada təbliği və onun imicinin beynəlxalq aləmdə düzgün şəkildə əks etdirilməsində oynadığı təsirli rolu bir daha nümayiş etdirdi”.
Qeyd edək ki, “TUBITAK-Ulakbim” və “DOAJ” tərəfindən indeksləşən nəzəriyyə və araşdırma jurnalı olan “İletişim”in məsul redaktoru Ankara Hacı Bayram Vəli Universitetinin dekanı, professor Zakir Avşardır.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

