/ / “Amnesty International” Ermənistanın dinc əhaliyə qarşı raket hücumları ilə bağlı yeni hesabat yayıb
“Amnesty International” Ermənistanın dinc əhaliyə qarşı raket hücumları ilə bağlı yeni hesabat yayıb
15.01.2021 [09:03]
“Amnesty International” təşkilatı 44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair yeni hesabat yayıb.
AZƏRTAC xəbər verir ki, hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarəolunmayan çoxsaylı raket sistemlərindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir. Hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra “Amnesty International”ın ekspertlərinin raket zərbələrinə məruz qalmış bir sıra ərazilərə səfər etdikləri qeyd olunur. Bildirilir ki, həmin ekspertlər vəzifəli şəxslərlə, raket zərbələrindən sağ qalmış insanlarla və həlak olmuş mülki şəxslərin yaxınları ilə görüşüblər. Təşkilatın böhran qrupu raket qalıqlarını təhlil edərək müharibə zamanı çəkilmiş videoları, fotoları və peyk şəkillərini də araşdırıblar.
Diqqətə çatdırılır ki, “Amnesty International” Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhər və kəndlərinə mülki vətəndaşların həlak olması ilə nəticələnən səkkiz raket zərbəsinin endirilməsini sənədləşdirib.
Qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncə şəhərindəki Muxtar Hacıyev küçəsinə endirdiyi “SCUD-B” ballistik raketinin zərbəsi nəticəsində 21 mülki şəxs qətlə yetirilib və 50-dən çox insan yaralanıb. Bu hücum zamanı Südabə Əsgərova adlı şəxsin 15 yaşlı qızı Nigar doğum günündən bir gün əvvəl həlak olub. “O, mənim yeganə övladım idi”, - deyə Südabə Əsgərova “Amnesty International” təşkilatına bildirib.
64 yaşlı Ramiz Qəhrəmanov isə bildirib ki, raket hücumu zamanı onun 34 yaşlı qızı Xatirə, 11 yaşlı nəvəsi Orxan, 6 yaşlı nəvəsi Məryəm və 18 yaşlı nəvəsi Ləman həlak olub.
Hesabatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində evlərə böyük ziyan dəyib və həmin vaxt 5 mülki şəxs qətlə yetirilib, 14 nəfər yaralanıb. Ölənlər arasında həmin vaxt həyətdə oynayan 7 yaşlı Aysu İsgəndərova da olub.
Bildirilir ki, Ermənistan silahlı qüvvələri oktyabrın 28-də cəbhədən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərini bir neçə iriçaplı raketlərlə atəşə tutub. Atılan raketlərdən üçü şəhərin mərkəzinə, ikisi iki xəstəxananın yaxınlığına düşüb. Üçüncü raket - 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqlarından ibarət Rusiya istehsalı olan 9M55 “Smerch” raketinin şəhərin əhalinin sıx yaşadığı yerə düşməsi nəticəsində 21 mülki şəxs həlak olub.
Həmçinin diqqətə çatdırılır ki, münaqişə başladığı gün - sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi endirməsi nəticəsində Qurbanovlar ailəsinin 5 üzvü həlak olub və yaşadıqları ev dağılıb.
Xəbər lenti
Hamısına baxElm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04

