/ / Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin dəmir məntiqi döyüş meydanında dəmir yumruğa çevrilərək xalqımıza tarixi Zəfər qazandırdı
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin dəmir məntiqi döyüş meydanında dəmir yumruğa çevrilərək xalqımıza tarixi Zəfər qazandırdı
17.02.2021 [09:01]
“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş panel müzakirələrdən və təbii ki, Prezident İlham Əliyevin işğalçı ölkənin qlobal miqyasda dövlətimizə qarşı apardığı yalan və böhtandan ibarət, təxribat xarakterli informasiya siyasətinə vurduğu həlledici zərbədən bir il ötür. Bu konfransda Azərbaycan Prezidentinin Ermənistanın baş nazirinə verdiyi dərs təkcə işğalçı ölkənin deyil, bütövlükdə dünyanın hər yerində təşkilatlanmış, qlobal media resurslarında öz şəbəkələrini yaratmış, vahid mərkəzdən idarə olunan erməniliyin və onların çoxsaylı himayədarlarının uzun illərdən bəri dövlətimizə qarşı apardığı siyasətin dünyanın gözü qarşısında darmadağın edilməsi kimi tarixdə qalacaq. Bu, eyni zamanda, Prezident İlham Əliyevin şəxsində liderin, dövlət başçısının öz xalqının maraqlarını necə məharətlə, qətiyyətlə müdafiə etməsinin bariz nümunələrindən biri kimi xatırlanacaq”.
Bu fikirləri açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransından öncə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda mübarizəsinin simvoluna çevrildi, döyüş ruhumuzun dirçəldilməsində, vahid milli hədəf uğrunda mübarizə naminə birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsində müstəsna rol oynadı: “Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tarixi debatda Ermənistanın baş nazirinin və təbii ki, “böyük Ermənistan” xülyası ilə yaşayan bütün erməniliyin iddialarını alt-üst etməsi isə dövlətimizin başçısının informasiya müstəvisində müəyyənləşdirdiyi hücum taktikasının həlledici zərbəsi idi. Bütün bunlar 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın informasiya savaşında da üstün tərəf olmasında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi və yerinə yetirdi, sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi, sözü və əməli ilə tarix yazdı. Azərbaycan Prezidentinin dəmir məntiqi döyüş meydanında dəmir yumruğa çevrilərək xalqımıza tarixi Zəfər qazandırdı!”
PƏRVİZ
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

