AMEA-nın illik ümumi yığıncağı keçirilib
29.04.2010 [11:05]
ötən yığıncaqdan keçən dövr ərzində dünyasını dəyişmiş akademiklərin və dünən doğum günü qeyd olunan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib.
ümumi yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti akademik Mahmud Kərimov açaraq qeyd edib ki, respublikamızın inkişafı naminə aparılan dövlət siyasəti artıq konkret bəhrəsini verir və ölkəmiz növbəti tərəqqi mərhələsinə qədəm qoyur. Yeni mərhələ isə elm sahəsində də sürətli inkişafı zəruri və labüd edir. Elə bununla əlaqədar dövlətimizin başçısı 2009-cu il 4 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nı və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nı təsdiq edib. M.Kərimov Sərəncama əsasən Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Milli Elmlər Akademiyasının müəyyənləşdirildiyini diqqətə çatdırıb və qarşıya qoyulan vəzifələri xatırladıb. O, sözünə davam edərək deyib ki, dövlətimizin başçısının tapşırığına əsasən 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sədrliyi ilə geniş müşavirə keçirilib. Müşavirədə ölkədə ictimai və humanitar elmlərin müasir vəziyyəti, bu sahədə mövcud olan problemlər geniş müzakirə edilib, onların həlli ilə əlaqədar Milli Elmlər Akademiyasının qarşısında yeni vəzifələr qoyulub. Akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 2009-cu il 8 dekabr tarixli nömrəsində dərc olunmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı analitik məqaləsində də ictimai və humanitar elmlər sahəsində vəziyyət ətraflı təhlil olunub, bir sıra çox maraqlı təkliflər irəli sürülüb. Həm müşavirədə, həm də məqalədə söylənən fikirlər yeni mərhələdə elmi tədqiqatların səmərəliliyini artırmağa yönəlmiş xoş məramdan qaynaqlanır. Akademiyanın Rəyasət Heyəti də öz növbəsində 2009-cu il 11 dekabr tarixli iclasında qeyd olunan müşavirə və məqalə ilə əlaqədar müzakirələr keçirib, öz qərarı ilə Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrinə xüsusi tapşırıqlar verib. Hazırda onların həyata keçirilməsi üzrə işlər davam etdirilir. Natiq məlumat verib ki, hesabat ilində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının tərkibi yenidən formalaşdırılıb. Əlaqələndirmə Şurası tərəfindən respublikamızda fəaliyyət göstərən bütün elm və təhsil müəssisələrinin 2009-cu ildəki fəaliyyətinin nəticələri təhlil olunub, müvafiq rəylər hazırlanıb, həmçinin 2010-cu il üçün elmi-tədqiqat işlərinin vahid planı tərtib olunub. 2009-cu ildə AMEA-nın elmi müəssisələrində 139 problemin 470 mövzusu üzrə tədqiqatlar aparılıb və 150-yə yaxın mühüm elmi nəticə alınıb. 43 elmi-tədqiqat işin nəticələri tətbiq olunub, 50 patent alınıb. Həmçinin, 400-ə yaxın kitab, 5600-dən yuxarı məqalə və tezis, o cümlədən 1420-yə qədər məqalə xaricdə çap edilib. “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi tərəfindən ümumi tirajı 30 min nüsxə, ümumi həcmi 1700 çap vərəqi olan 49 adda kitab və 11 adda jurnal buraxılıb.
M.Kərimov xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğını daha da artırıb, ölkəmizdə elmin gələcək inkişafı, elm adamlarının əməyinin qiymətləndirilməsi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Sonra AMEA-nın akademik-katibi Vaqif Fərzəliyevin akademiyanın 2009-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələri haqqında hesabat məruzəsi dinlənilib.
Məruzəçi akademiyanın elmi bölmələrinin ötənilki fəaliyyəti barətə ətraflı məlumat verib. Hesabat məruzəsi ilə bağlı müzakirələrdə AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı, fizika-riyaziyyat və texnika bölməsinin akademik-katibi Akif Hacıyev, təhsil nazirinin müavini İradə Hüseynova, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, BDU-nun rektoru akademik Abel Məhərrəmov çıxış ediblər. çıxışlarda AMEA Rəyasət Heyətinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib, mövcud problemlərdən söz açılıb, təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

