/ / Hikmət Babaoğlu: Dünyanın heç bir lideri medianın gücündən Azərbaycan Prezidenti kimi istifadə edə bilməyib
Hikmət Babaoğlu: Dünyanın heç bir lideri medianın gücündən Azərbaycan Prezidenti kimi istifadə edə bilməyib
02.03.2021 [09:42]
Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında dünyanın aparıcı media qurumlarının diqqətinə bir daha Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında qlobal informasiya məkanına obyektiv məlumatlar verdi. Hər şeydən əvvəl bu, Xocalı soyqırımı və onun dünyaya tanıdılması, eyni zamanda, 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlarla bağlı idi. Ümumiyyətlə, mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, ilk dəfə idi bir lider bu qədər uzun müddətdə və 4 dildə dünyanın ən aparıcı media qurumlarının suallarını cavablandırırdı. Bir dildən digərinə keçid o qədər rəvan baş verirdi ki, bu, media təmsilçilərinin də diqqətindən yayınmır və onların təəccübünə səbəb olurdu: “Əslində, bu hadisə sadəcə dil bilmək deyil, həm də media kimi universal bir alətin imkanlarından milli məqsədlər üçün istifadə etmənin yeni özünəməxsus forması idi. Bu vaxta qədər heç bir siyasi lider “yumşaq güc” adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməmişdi. Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransında, eyni zamanda, bu vaxta qədər yerli və xarici informasiya məkanında suallar doğuran bir sıra məsələlərə aydınlıq gətirdi.
Deputat bildirib ki, bu məsələlərdən biri hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimizə qayıdışla bağlı idi. Azərbaycan Prezidenti Xocalıya da, digər ərazilərimizə də qayıdacağımızı bir daha qətiyyətlə ifadə etdi. İkinci məsələ isə, böyük qayıdışla bağlı planların ardıcıl olaraq həyata keçirilməsi və onun hansı formada aparılmasını özündə ehtiva edirdi. Aydın oldu ki, bununla bağlı Azərbaycanın dəqiq və düşünülmüş planı var və bu, ardıcıllıqla, mərhələli şəkildə həyata keçiriləcək. Başqa bir mühüm məsələ isə Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın regionumuza vəd etdiyi mühüm perspektivlərlə bağlı idi. Bu kontekstdə Prezident İlham Əliyev regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi.
H.Babaoğlunun sözlərinə görə, mətbuat konfransı Azərbaycanın yaratdığı yeni reallıqların regionda əməkdaşlıq üçün yeni tarixi fürsət yaratdığını bir daha aşkara çıxardı. Əgər bu fürsətdən doğru istifadə olunarsa, bütövlükdə, regional və qlobal əməkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarada bilər. Yox, əgər Ermənistan yenə də revanşist cəhdlər edərsə, bu, 90-cı illərdə olduğu kimi, yenidən Ermənistanın özünütəcridinə gətirib çıxara bilər. Nəticədə bu ölkə öz səhvlərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər. Prezidentin fikirləri həm də bəzi ölkələrə bir çağırış idi. Bu çağırış ondan ibarət idi ki, əgər kimsə Ermənistanın olmayan ordusunu modernizə etmək istəyirsə, bu, regiona yaxşı heç nə vəd edə bilməz. Ona görə də hazırkı mürəkkəb tarixi mərhələdə ən doğru yol yeni əməkdaşlıq imkanlarından keçir və Azərbaycanın məqsədi elə budur.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

