/ / Musa Ağayev: Siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə təkan verəcək
Musa Ağayev: Siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə təkan verəcək
13.03.2021 [09:39]
“Azərbaycanda mövcud olan dialoq mühiti siyasi partiyalar arasında inteqrasiyaya və yeni konsolidasiyalara imkan verir. Bu baxımdan, ölkəmizdə son dövrlər müşahidə olunan siyasi dialoq prosesində yeni tendensiyaların da şahidi oluruq”.
Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev söyləyib.
Partiya sədrinin sözlərinə görə, ölkədə aparılan iqtidar-müxalifət dialoqu əksər siyasi partiyalar arasında sağlam münasibətlərin yaranmasına və onların ümummilli maraq kəsb edən məsələlərdə vahid mövqedən çıxış etmələrinə gətirib çıxarıb: “Məhz ölkədə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların aparılması buna imkan verir. Bu baxımdan biz Yeni Zaman Partiyası olaraq həmişə siyasi mədəniyyətin əsas vasitəsi olan dialoqu müsbət qarşılayır və vacib hesab edirik. 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasını da bu kontekstdən dəyərləndirmək mümkündür”.
M.Ağayev deyib ki, məhdud resurslara malik partiyaların kifayət qədər elektorat potensialı olan siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olacaq: “Digər tərəfdən, öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını hesab edən və Yeni Azərbaycan Partiyasının apardığı siyasətin milli maraqlara cavab verdiyini əsas götürən siyasi partiyaların hakim partiyaya qoşulması siyasi partiyalar sistemində normal tendensiyadır. Buna görə də hesab edirəm ki, birləşmə tendensiyası getdikcə artacaq və siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə töhfə verəcək”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

