İtaliyanın AGİ xəbər agentliyi Xocalı soyqırımı barədə məqalə yayıb
16.03.2021 [09:54]
İtaliyanın AGİ xəbər agentliyi XX əsrdə bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımına həsr edilmiş “Xocalı - Qafqazın qəlbində unudulmuş qırğın” adlı məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə oxuculara Xocalı soyqırımı barədə məlumat verilir, faciənin canlı şahidlərinin, jurnalistlərin xatirələri diqqətə çatdırılır.
Qeyd edilir ki, 29 il bundan əvvəl Qarabağ müharibəsi zamanı ən böyük insan qırğınının baş verdiyi Xocalı faciəsi müasir tarixin ən qanlı epizodlarından biridir. Minlərlə insan öz ev-eşiyindən didərgin salındı, yüzlərlə insan erməni silahlılarının güllələrinin qurbanı oldu.
Xocalı faciəsinin ildönümü ərəfəsində Azərbaycanda səfərdə olan məqalənin müəllifi Cüzeppe Di Donna bildirir ki, faciənin Azərbaycan üçün hansı anlama gəldiyini bilmək üçün Bakı küçələrində beş dəqiqə zamana ehtiyac var. Qırğının ildönümü vaxtı şəhərdəki saysız-hesabsız pankart və plakatlar azərbaycanlılara qarşı törədilmiş soyqırımını yada salır. 1992-ci il fevralın 26-na keçən gecə aralarında 83 uşaq, 106 qadın və 70-dən artıq yaşlı insanın olduğu 613 insan qətlə yetirildi və 1275 sakin əsir götürüldü.
Müəllif diqqətə çatdırır ki, Xocalının strateji mövqeyi onun acı taleyinə damğa vurdu. Erməni yaraqlıları gecə vaxtı şəhərə hücum etdilər.
“Ərim orduda xidmət etdiyinə görə onu güllələdilər. On yaşlı qızım əvvəlcə yaralandı, sonra aldığı yaralardan öldü. Mən öz bədənimlə onu qorumağa çalışsam da, özümü vaxtında çatdıra bilmədim. Mənim digər sağ qalanların toplandığı bir yerə gətirdilər. Bizim ayaqqabı və paltarlarımızı soyundurub təpələri aşaraq Ağdama getməyə məcbur etdilər. Hava çox soyuq idi, əl və ayaqlarımız şaxtadan donaraq qaralmışdı”, - deyə həmin hadisələri göz yaşları içində nəql edən Mehriban Əliyeva həlak olmuş əzizlərinin fotolarını da göstərir.
Müəllif həmin vaxt Azərbaycanda ordunun hələ yeni yaranmaqda olduğunu, Ağdamda yüngül silahlarla silahlanmış bir neçə yüz adamdan ibarət könüllü dəstələrin Xocalıdan qaçan insanları xilas etdiyini yazır. Şəhərdən qaçan insanların snayper atəşinə tutulması məsələsini isə Ermənistanın öz boynundan atmağa çalışdığı qeyd edilir.
Könüllülər batalyonuna rəhbərlik etmiş Zahid Qarayev də ağrılı günlərlə bağlı xatirələrini bölüşür: “Qırğından sonrakı günlərdə biz ərazidə ancaq kişi cəsədlərinə rast gəlirdik, lakin sonrakı günlərdə onlarla qadın və uşaq cəsədi tapdıq, onlar soyuqdan donmuşdular. Azərbaycan hərbçilərinin cəsədləri çox vaxt tikanlı məftillərə sarınmış olurdu. İyirmi yaşlı bir qız qaça bilmişdi və biz onu xilas edə bildik”.
“Mənə qəfil zəng gələndə Parisdə idim. Mənə dedilər ki, Xocalıda dəhşətli hadisələr baş verib. Dərhal yola düşdüm və qırğından iki gün sonra Ağdama çatdım. Sağ qalanların üzündə heç bir ifadə yox idi. Ölənlərin cəsədlərini yığmaq üçün azərbaycanlılara qoşuldum. Bəzilərinin gözləri çıxarılmış, çoxu yandırılmışdı. Xocalıda baş verənlər bir etnik təmizləmə, soyqırımı idi,” - deyən məşhur fotoqraf Reza Deqati AGİ üçün gördüklərini nəql edir.
Reza Deqatinin həmin günlərdə çəkdiyi fotolar “National Geopraphic”in səhifələrində bütün dünyaya yayılmasına baxmayaraq, 1992-ci ildə baş verən bu qırğın ötən əsrin “unudulmuş qırğınları” sırasında yer aldı.
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20

